Siyasət

Adambaşına 782,6 dollar xarici borcumuz var

29 Sentyabr 2016 16:27

Azərbaycanın xarici dövlət borcu isə 7,6 mlrd dollar təşkil edir. “Olaylar” Maliyyə Nazirilyinin rəsmi saytına istinadən xəbər verir ki, bu 2017-ci il büdcə layihəsində əksini tapıb. Azərbaycan dövlətinin imzalanmış sazilər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 20%-ni təşkil edir. Bu isə adambaşına düşən xarici dövlət borcu 782,6 dollar edir. Ölkəyə cəlb edilən kreditlərin 39,2% sabit dərəcəli kreditlər, 60,8 %-ni dəyişkən dərəcə ilə olan kreditlər təşkil edir. İmzalanmış müqvilələrə əsasən xarici dövlət borcunun 53,2 faizinin 10 ilə, 41,2 faizini 10 ildən 20 ilədək, 5,6 faizini isə 20 ildən artıq müddətə qaytarmalıdır.

Türkiyədə fövqəladə vəziyyətin müddəti daha 3 ay uzadılacaq

29 Sentyabr 2016 16:00

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra elan olunan fövqəladə vəziyyətin müddəti daha 3 ay artırılacaq.  

UNESCO: "Bakı Beynəlxalq Humanitar Forumu vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır"

29 Sentyabr 2016 15:54

"Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin keçirilməsi bəşəriyyət üçün vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır".

Akif Əlizadə: "Forum taleyüklü məsələlərin həllinə imza atacaq"

29 Sentyabr 2016 15:50

V Bakı Forumu çərçivəsində həyata keçirilən plenar iclasın 2 ci sessiyası öz işinə başlayıb SIA-nın xəbərinə görə, sessiya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin sədrliyi ilə həyata keçirilir. İclasda ilk çıxış edən Akif Əlizadə söyləyib ki, Bakı Forumu əməkdaşlığa böyük töhfə verən forumdur: "Burada görkəmli şəxsiyyətlər bir araya gəlir. Hər il olduğu kimi, bu forum da taleyüklü məsələlərin həllinə imzasını atacaq".

Erməni siyasətinin epilepsiyaları

29 Sentyabr 2016 15:48

Rəsmi İrəvan zaman-zaman məntiqsiz və qərəzli addımları ilə süni gərginliklər yaratmağa çalışır. Xüsusilə Dağlıq Qarabağ məsələsində son dərəcə qeyri-konstruktiv mövqe tutaraq problemin sülh yolu ilə həllinə əngəllər törədir.

Azərbaycan prezidenti: “Regionda və dünyada baş verənlər nikbinlik üçün əsas vermir”

29 Sentyabr 2016 15:38

Azərbaycan prezidentiİlham Əliyev Rusiya hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya mediası referendumun nəticələrindən yazmaqda davam edir

29 Sentyabr 2016 15:37

Sentyabrın 26-da keçirilən referendum, müzakirəyə çıxarılan məsələlərə dünya mediasının marağı səngimir. Qardaş Türkiyə mətbuatı bu sırada xüsusi ilə seçilir. Bu ölkənin əksər mətbu orqanlarında, televiziyalarında referendum barədə türk xalqına ətraflı məlumat verilir.

Azərbaycan XİN: Ermənistan substantiv danışıqlara mane olmağa çalışır

29 Sentyabr 2016 15:01

"Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetindəki çıxışı zamanı ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa çalışıb”.

Beynəlxalq gücləri susduran səbəb

29 Sentyabr 2016 14:52

Referendum geridə qaldı. "Xalq konstitusiya dəyişikliklərinə yox deyəcək" proqnozları doğrulmadı. Səsverməyə qatılanların 90 faizi təqdim edilən dəyişikliklərin lehinə səs verdi. Amma yanlış proqnoz müəlliflərini təkcə ölkə seçicilərinin rəyi deyil, həm də beynəlxalq təşkilatların susqunluğu məyus edib.

Referendum şəffaf və demokratik qaydada keçirildi

29 Sentyabr 2016 14:45

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir. Seçicilər yüksək fəallıqla səsvermə prosesində fəal iştirak etdilər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünü dəstəklədilər”.

Nazir: "Bəlkə mətbuata çox məlumat vermirik, amma həm həmsədrlərlə, həm də nazirlərlə müzakirələr davam etdirilir"

29 Sentyabr 2016 14:19

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensivlik davam etdirilir. Bəlkə biz mətbuata bu barədə çox məlumat vermirik, amma deyə bilərəm ki, həm həmsədrlərlə, həm də öz səviyyəmdə nazirlərlə müzakirələr aparırıq".

Nazir: "Həmsədrlər oktyabrın ikinci yarısında regiona səfər edəcəklər"

29 Sentyabr 2016 14:14

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.

Aydın Əliyev ÜGT-nin Baş katibi ilə görüşüb

29 Sentyabr 2016 14:10

Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş keçirilib.

Elmar Məmmədyarov uruqvaylı deputatlara Qarabağdan danışıb

29 Sentyabr 2016 14:03

 Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, Xerardo Amaria Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan prezidenti Rusiya baş nazirinin müavinini qəbul edib

29 Sentyabr 2016 13:55

Azərbaycan prezidenti İlham Əliyev Rusiya hökuməti sədrinin müavini xanım Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.