Referendum şəffaf və demokratik qaydada keçirildi
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir. Seçicilər yüksək fəallıqla səsvermə prosesində fəal iştirak etdilər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünü dəstəklədilər”.
29 Sentyabr 2016 14:45 SiyasətDeputat: "Radikal müxalifətin və onların himayədarlarının hansı fikirdə olmaları heç bir məna kəsb etmir"
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir. Seçicilər yüksək fəallıqla səsvermə prosesində fəal iştirak etdilər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünü dəstəklədilər". Bunu deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimovun sözlərinə görə, bu referendum azad, şəffaf və demokratik qaydada keçirildi: "Bu faktı təkcə yerli müşahidəçilər deyil, çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiqlədilər. Xarici müşahidəçilərin də rəyi belə oldu ki, referendum qanunvericiliyə, demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib.Bütövlükdə, referendumun nəticələri Azərbaycan xalqının cənab Prezidentə olan böyük etimadını və inamını bir daha təsdiqlədi. Seçicilərin 69,7 faizi səsvermədə iştirak edərək yüksək faizlə referenduma çıxarılan məsələləri dəstəklədilər. Bununla da xalqımız Prezident İlham Əliyevin siyasətinə bir daha səs verdi. Vətəndaşlar başa düşürlər ki, Prezident İlham Əliyevin təşəbbüsləri məhz ölkəmizin dinamik inkişafına xidmət edir. Təsadüfi deyil ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərin 60 faizi insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsinə xidmət edir. Xatirinizdədirsə, cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etmişdi. Ötən dövr ərzində bu fikir əminliklə özünü doğruldub. 26 sentyabrda keçirilən referendum bir daha təsdiqlədi ki, xalqımız Prezidentimizə inanır və referendumda fəal iştirak etməklə bu inamı ifadə etdi". Referendumun nəticələrinə xələl gətirmək istəyən radikal müxakifətin mövqeyinə toxunan komitə sədri seyib ki, radikal müxalifətin cəmiyyətimizdə heç bir nüfuzu yoxdur: "Təbliğat kampaniyası müddətində onlar bir neçə mitinq keçirdilər və həmin mitinqlərdə kiçik bir qrup iştirak etdi. Bu fakt onu göstərir ki, müxalifətin ölkəmizdə sosial bazası yoxdur. Həmin mitinqlərdə sadəcə özləri deyib özləri eşitdilər. Onlar heç vaxt ölkə vətəndaşlarının iradəsini ifadə edə bilməzlər.Gördüyünüz kimi, referendumda iştirak edən vətəndaşların mütləq əksəriyyəti Konstitusiya dəyişikliklərini dəstəklədilər. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlardan gələn müşahidəçilər referendumunun şəffaf keçirildiyini bəyan etdilər. Eləcə də, ABŞ referendumun nəticələrini tanıdığını bəyan etdi. Belə olan halda, radikal müxalifətin və onların xarici himayədarlarının hansı fikirdə olmaları heç bir məna kəsb etmir".