Siyasət
İlham Əliyev: "Amerikadan səslənən son bəyanat, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir"
Amerikadan səslənən son bəyanat, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. AZƏRTAC bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
İlham Əliyevdən mühüm sual
Prezident İlham Əliyev: "Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Referendum: islahatlar yolunda əhəmiyyətli addım
Nəhayət, Azərbaycanda sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan ümumxalq səsverməsi baş tutdu! Seçicilərin aktivliyi kifayət qədər yüksək oldu. Səs verənlərin 92 faizi "hə" dedi. Bu, cəmiyyətin ölkə rəhbərliyinin fəaliyyətinə verdiyi yüksək dəstəyin göstəricisidir. Bunlarla yanaşı, referendum vacib siyasi hadisədir. Onun daxili və geosiyasi təsirləri vardır.
Aİ tezliklə Azərbaycanla yeni razılaşma üzrə danışıqlara başlamağa ümid edir
Avropa İttifaqı Şurasının müvafiq işçi qrupunda Azərbaycanla yeni razılaşma üzrə mandatın müzakirəsi tam sürətlə davam edir.
Rusiya bizə hədə-qorxu gəlirdi ki, Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etməyək
Bakıda “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində "Azərbaycan yolların kəsişməsində: Regional baxış" sessiyası keçirilib.
Avropa Parlamenti ilə ona görə barışdıq ki...
Milli Məclisin ilk iclasında Avropa Parlamenti ilə yenidən əməkdaşlıq edilməsi barədə qərar qəbul edib. Qərarda bildirilir ki, Avropa Parlamentinin 2015- ci ilin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.
Avropa Parlamentindən Azərbaycana qarşı - Təxribat
Belçika hökuməti və Avropa Parlamenti Azərbaycana qarşı təxribat xarakterli addım atıb.
Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri var
Müntəzəm olaraq Azərbaycan-Türkiyə dostluq və qardaşlığına zərbə vurmağa, iki ölkə arasında inciklik, problem yaratmağa cəhdlər göstərilir. Bu günlərdə bilərəkdən, yaxud bilməyərəkdən növbəti bir təxribat xarakterli fikir ortaya atılıb. Belə ki, bir neçə gündür Türkiyənin Kəlbəcərin işğalı zamanı Azərbaycana helikopter vermədiyi məsələsi barədə müzakirələr aparılır.
Vahid Əhmədov: “Şura ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”
Ölkə başçısının sərəncamı əsasında yaradılan komissiya və şuralar ölkəmizin inkişafında böyük əhəmiyyət kəsb edir. Dövlət rəhbərinin ötən gün imzaladığı sərəncamı əsasında yaradılacaq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da onlardan biri olacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Ukrayna səfiri: "Azərbaycanda ukraynalıların hüquqları pozulur"
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycanın baş prokuroru Zakir Qaralovla görüşüb. "Report" xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. O cümlədən, Ukraynada Azərbaycan əsilli Ukrayna vətəndaşlarına, eləcə də bu ölkədə biznesi olan Azərbaycan vətəndaşlarına qarşı törədilən məlum qanun pozuntuları faktları ilə bağlı vəziyyət müzakirə olunub.
Washington Times: "Roma Papasının Azərbaycana səfəri vacib siqnaldır"
Roma Papası Fransiskin müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır. Trend bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Washington Times" nəşrində dərc edilən məqaləsində deyilir.
Qaçqın düşərgəsinə hücum nəticəsində 20-dən çox əsgər öldürüldü
Niger Respublikasında Malidən olan qaçqınların yerləşdiyi düşərgəyə Boko Haram silahlıları tərəfindən edilmiş hücum nəticəsində 20-dən çox əsgər öldürülüb. AZƏRTAC bildirir ki, hadisə ölkənin Qərbi Thoya rayonunda baş verib.
Narkotiklərə nəzarət sahəsində "Ölkə Məruzəsi” BMT-yə təqdim olunub
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına uyğun olaraq, Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri, Dövlət Komissiyasının üzvü Elman Gərayzadə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Putini təbrik edib
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.














