Siyasət

"Rusiya və Türkiyə Qarabağla bağlı razılığa gəldilər"

13 Oktyabr 2016 13:28

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib.

“Cinayət törədənlərin bir hissəsi yüksək vəzifələr tutur”

13 Oktyabr 2016 13:20

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: daha konkret və geniş öhdəliyə doğru” adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb. Mövzu ilə bağlı müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımından danışaraq deyib ki, bu qətnamə layihəsinin məqsədi soyqırımların, insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır: “Mənim və mənim kimi minlərlə azərbaycanlının ailə üzvləri, qohumları, bəzilərinin dostları torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı qətlə yetiriliblər.

Prezident İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib

13 Oktyabr 2016 13:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də "Baku steel company" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib. AZƏRTAC  bildirir ki, MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin bu şirkətdə, Prezident İlham Əliyevin isə müxtəlif istehsal müəssisələrində olduqları vaxt çəkilən fotolarından ibarət stend yaradılıb. Şirkət 2001-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb.

Siyavuş Novruzov: “Qadağa qanunun qəbulundan sonra xaricdə dini təhsil alacaq şəxslərə şamil ediləcək”

13 Oktyabr 2016 12:42

“Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir”.

Dəmir Yolunun Səngəçal istehsalat bazası istifadəyə verilib

13 Oktyabr 2016 12:37

“Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib. “OLAYLAR”-ın xəbərinə görə, açılış mərasımində “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov iştirak edib. Məlumat verilib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülmüş və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılmış və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq. Bundan başqa ərazidə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınmışdır. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib, dəmiryolçuları 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik edib, görülən işlərə görə 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivinə təşəkkür edib.

Erməni deputatın həyasızlığı AŞPA-da təəssüblə qarşılanıb 

13 Oktyabr 2016 12:34

Avropa Şurasının Parlament Assambleyasının iclasında çıxış edən Ermənistan nümayəndə heyəti növbəti dəfə qeyri-adekvat və obyektivlikdən uzaq mövqe sərgiləyiblər. Ermənistan nümayəndə heyətinin qadın üzvü Naira Zoqrabyan çıxışında Azərbaycanın ünvanına əsassız ittihamlarla çıxış edib. Aprel hadisələrindən danışan deputat Azərbaycanın cəzalandırılmasını tələb edib. Bundan başqa, o, Roma statununu Azərbaycan tərəfindən ratifikasiya olunmamasını da vurğulayıb. Erməni deputatın yüksək tonda çıxışı avropalı parlamentarilər tərəfindən təəccüblə qarşılanıb.

Atəşkəsin pozulması halları artır

13 Oktyabr 2016 12:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qənirə Paşayeva AŞPA-da Xocalı soyqırımından danışıb

13 Oktyabr 2016 12:21

Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru” adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb.

Prezident İlham Əliyev Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzaladı

12 Oktyabr 2016 17:49

Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.