Siyasət
İcmalçı: “Dövlət başçısının fikiri Ermənistana diplomatik ismarıcdır”
“Prezident İlham Əliyevin “Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək” fikri əmələ və konkret işə söykənir”. Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Millət vəkili: “Ölkəmizə edilən təzyiqlərin qarşısında xalq dayanır”
“Dağlıq Qarabağ problemi bizim üçün həm siyasi, həm iqtisadi, həm də mədəni-mənəvi məsələ olduğu üçün Ölkə başçısı vaxtaşırı olaraq münaqişəyə toxunaraq ən yeni münasibətləri cəmiyyətlə bölüşür. Ötən həftə Nazirlər Kabinetinin iclasında nitq söyləyən Prezident İlham Əliyev bu ənənəni davam etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu yüksək qiymətləndirib
Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, düşmən mövqelərini müşahidə edən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Müdafiə naziri eyni zamanda şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub. Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib. Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və Ali Baş Komandanın əmri ilə işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıdır.
"Bu qadağaların onlara dəxli yoxdur"
Kimsə dini ritual yerinə yetirirsə, evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur. Azvision.az bildirir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Komitə sədri bildirib ki, dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır: "Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir".
Krım, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ kimi “qara dəliklər”, “boz zonalar” mövcud olmamalıdır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.
Səməd Seyidov AŞPA-da Türkiyəni tənqid edən erməni deputatlara sərt cavab verib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında cari məsələ kimi dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət ətrafında müzakirə aparılıb.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin otuzuncu cildi çapdan çıxıb
"Biz müstəqillik baxımından gənc ölkəyik, lakin tariximiz və mədəniyyətimiz çox zəngindir. Əlbəttə ki, ölkəmizin bugünkü sürətli inkişafı, siyasi islahatlar, beynəlxalq birliyə inteqrasiya vacibdir. ... Hazırda iqtisadi göstəricilərimiz çox ümidvericidir. İqtisadi artım ən yüksək səviyyədədir.
Pakistanın baş naziri Azərbaycana gəlib
Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
“Dağıdıcı müxalifət erməni lobbisi tərəfindən idarə olunur”- AÇIQLAMA
“Özlərini “ana” müxalifət adlandırıb, müxalifət düşərgəsini inhisara almağa çalışan Ə.Kərimlinin və A.Hacılının dəstəsi istənilən konstruktiv müzakirələrin əleyhinədirlər. Çünki, xarici ağaları belə istəyirlər”. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov bildirib. Onun sözlərinə görə, AXCP və Müsavat məkrli qüvvələrin əlaltısı olduğundan onlara şans vermək belə düzgün deyil: “Dağıdıcı müxalifət partiyaları öz düşüncələrini, istəklərini həyata keçirmək iqtidarında deyillər. Çünki partiya funksinerləri xaricdən idarə olunurlar. Demək olar ki, dağıdıcı müxalifət erməni lobbisi tərəfindən açıq və ya gizli şəkildə idarə olunur. Amma həmin qüvvələrin nə istəməsindən asılı olmayaraq, onlar ölkəmizdə hər hansı bir xoşagəlməz halların törədilməsinə nail olmayacaqlar. Çünki xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir. Bir sözlə, hər zaman olduğu kimi, bu dəfə də dağıdıcı müxaliflərin məkirli niyyətləri daş olaraq ürəklərində qalacaq”.
Qabil Hüseynli: “Rusiya hərbi silahlanmanı artırır"- AÇIQLAMA
“Ermənistanda Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv-dövlətlərinin keçiriləcək iclasında rəsmi İrəvan üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək. Yəni burada Kollektiv Təhlükəsizlik Şurasının baş katibi məsələsi gündəmdədir. Çox güman ki, ora Ermənistan tərəfinin nümayəndəsinin seçilməsi gözlənilir. Bununla belə şuranın səmtləri getdikcə daha da ciddiləşir”. Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.
Aydın Quliyev: “Proses 6 aya qədər davam edəcək”- AÇIQLAMA
“Ümumiyyətlə Azərbaycanda keçirilən referendumun nəticələrinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq təsdiqlənməsi, referendumda həyata keçirilmiş Konstitusiyaya dəyişikliklərin həyata keçirilməsinin icrasının başlanğıcı kimi sayıla bilər”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Deputat: “Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaq”- AÇIQLAMA
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və ölkəmizin ərazi bütölüyünü bütün dünya qəbul edib. Torpaqlarımızın qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Təkcə bu il ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi b
Xorvatiya prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb
"Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycana rəsmi səfərə gələcək". Bunu Trend-ə diplomatik mənbə deyib. Səfər zamanı Xorvatiya prezidenti ölkə rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Səfər zamanı dövlət başçısını böyük nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Bakıda iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum təşkil olunacaq.
Prezidentin fərmanı...
«Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi çox mühüm addımdır». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.
Dövlət başçısının tapşırıqlarının icrasına start verildi
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.














