Siyasət

Xədicə İsmayıl Əli Kərimli və Cəmil Həsənli haqqında: "Ambisiyaları var, ağılları yoxdur"

27 Oktyabr 2016 17:13

Azərbaycanın radikal müxalifət düşərgəsi nə zaman mövzu sarıdan qıtlıq yaşayırsa, saman çöpündən yapışan kimi, dərhal "siyasi məhbus" məsələsinə üz tutur. Belə demək mümkünsə, bu mövzu artıq onların gündəlik həyatında nəfəslik rolunu oynamağa başlayıb. Ona görə də son 10 gündə radikal düşərgədə "siyasi məhbus" məsələsi ətrafında baş verənləri tamamilə təbii hesab etmək olar. Müzakirələrə və tərəflərin bir-birlərinə qarşı səsləndirdikləri ittihamlara diqqət yetirdikdə, radikalların yeni qovğasının əsas motivləri üzə çıxır.

Leyla Əliyeva: "İşimizlə, ümidlə, inamla və sevgi ilə bütün problemləri həll edə bilərik" 

27 Oktyabr 2016 16:41

Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.

Rasim Musabəyov: "ABŞ-ın seçki sistemində xeyli qüsur var"

27 Oktyabr 2016 16:07

“ABŞ-ın seçki sistemi əlbəttə ki, ideal deyil. Söhbət təkcə sistemdən deyil, həm də onun tətbiqindən gedir”. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Riyaz Sarıkahya: “Kərkük ərazisinin 40 faizi İŞİD-in nəzarəti altındadır”

27 Oktyabr 2016 16:06

“Bir neçə gün əvvəl Kərkükün şəhər mərkəzinə hücumlar təşkil edən İŞİD-in əsas məqsədi valilik binasını və polis idarəsini ələ keçirmək olub”. Bunu SİA-ya açıqlamasında İraq türkmənlərinin lideri Riyaz Sarıkahya deyib. O bildirib ki, təxminən 100 yaraqlı bəzi qrupların yardımı ilə İŞİD-in nəzarəti altında olan Havicə kəndindən şəhər mərkəzinə daxil olub: “Ancaq polis, peşmərgə və Kərkükün ətrafında olan türkmən haşdi qüvvələri Kərkük mərkəzinə gələrək bu binaların ətraflarını mühasirəyə aldılar və vəziyyəti nəzarətə götürdülər. Hər iki tərəfdən təxminən 150 insan öldü. Bir çox İŞİD yaraqlıları isə Kərkükün ərazisində tutularaq saxlandılar. Polis, türkmən və kürd qüvvələri gizlənən İŞİD-çilərin axtarışlarını davam etdirir. Bu axtarışlara görə də şəhərdə bir təlaş və qorxu hökm sürür. Çünki qarşıdurma və partlayışlar baş verir. Ayrıca kürd qüvvələri ilə birlikdə PKK terrorçuları da şəhərə girdilər. Bu vəziyyət də türkmənlərin qorxu və narahatlıqlarını artırdı. Türkmənlər iki terror təşkilatının arasında qaldılar. Onsuzda İŞİD oyununun məqsədi türkmən ərazilərini İraq Kürdüstanına qatmaqdır. Kürdüstana dünyada legitimlik qazandırmaq istəyirlər. Hücumun indi olması Mosul əməliyyatını bir az gecikdirmək, Kərkükdə kürd hakimiyyətini daha güclü hala gətirməkdir. İŞİD-in Kərkükü tam olaraq ələ keçirmə gücü yoxdur”.

Almaniyada ölkəmizə qarşı təxribatın qarşısı alınıb

27 Oktyabr 2016 16:04

Almaniyada Azərbaycana qarşı daha bir təxribatın qarşısı alınıb. Belə ki, Almaniya Drezden Simfonik Orkestri yalançı “Erməni soyqırımı”na həsr edilmiş konserti ləğv edilib. Xatırladaq ki, sözgedən konsertin noyabr ayının 13- də keçirilməsi planlaşdırılırdı. Ancaq bu konsert ictimai təşkilatların, türk diasporasının və hökumətinin ciddi narazılığına səbəb olub. Ciddi narazılığı görən təşkilatçılar geri addım atmaq zorunda qalıblar. Nəticədə konsertə dəvət olunanların dəvətnamələri əllərində qalıb.

Məcburi köçkünlərin əsas arzusu öz evlərinə qayıtmaqdır

27 Oktyabr 2016 15:06

"Bərdədə məcburi köçkünlər üçün çox yaxşı şərait yaradılıb". "Report" xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycan hökuməti tərəfindən Bərdədə məcburi köçkünlər üçün salınmış düşərgəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Dağlıq Qarabağ Türkiyə və Azərbaycanın qanayan yarasıdır"

27 Oktyabr 2016 15:01

Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycanın qanayan yarasıdır. Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.

Adil Əliyev: “Ermənistan rəhbərliyi yenə də Dağlıq Qarabağ münaqişəsi ətrafında manipulyasiya edir”

27 Oktyabr 2016 14:23

“Ermənistan rəhbərliyi yenə də Dağlıq Qarabağ münaqişəsi ətrafında manipulyasiya edir. Şübhəsiz ki,bunun başlıca səbəbi güclü Azərbaycan dövlətindən, Silahlı Qüvvələrimizin qüdrətindən çəkinmələri, eləcə də aprel döyüşlərindən aldıqları ciddi zərbənin nəticəsidir”.

Azərbaycanlı müşahidəçilər Moldovadakı seçkiləri izləyəcək

27 Oktyabr 2016 14:17

Oktyabrın 30-da Moldovada Prezident seçkiləri keçiriləcək. Seçkilərin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı (MDB PAA DİMBİ) Moldovanın Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçib. MDB PAA DİMBİ Bakı filialından “OLAYLAR”-a bildirilib ki, təşkilatın əməkdaşları oktyabrın 30-da Moldova Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində olacaq və səsvermənin gedişini müşahidə edəcəklər.

Danimarka parlamentinin deputatı ilə görüş keçirilib

27 Oktyabr 2016 14:14

Danimarka Vətən Cəmiyyətinin teəşkilatçılığı ilə bu ölkənin parlamentinin deputatı Yildiz Akdoğan və parlamentin keçmiş deputatı, Arus şəhər bələdiyyəsinin üzvü Hüseyn Aracla görüş keçirilib. Cəmiyyətdən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, görüşdə Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, Skandinaviya ölkələri ilə mədəni və elmi əlaqələr ictimai birliyinin sədri, AYB-in üzvü, şair Nazim Əhmədli, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin üzvü Ayaz Məmmədov iştirak edib. Danimarka Parlamentinin millət vəkili ilə görüş zamanı onlara Azərbaycanla bağlı dolğun və ətraflı məlumat verilib. Sonda hər iki vəkillə Azərbaycan bayraqları və hədiyyələr təqdim olunub.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələdə

27 Oktyabr 2016 14:12

Son aylar beynəlxalq münasibətlər sistemi, eləcə də Azərbaycana olan münasibətdə maraqlı bir tendensiya müşahidə edilməkdədir. Belə ki, Birləşmiş Ştatlar və onun bəzi rəsmiləri, konqresmenlər və sentaorları bəzən ölkəmizə qarşı müəyyən qərəzli mövqe qoyub ədalətsizlik nümayiş etdirsələr də, lakin Avropadan bunun əksini müşahidə etməyə başlamışıq. Daha dəqiq desək Avropanın nüfuzlu siyasi institutları, təşkilat və qurumları bunun əksinə olaraq Azərbaycanla daha yaxından əməkdaşlığa maraq göstərirlər. Elə son günlər Avropa İttifaqı ilə rəsmi Bakı arasında aparılan dialoq da bunun bariz nümunəsidir.

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı reallaşır

27 Oktyabr 2016 14:06

Azərbaycanın işğalçı dövlət olan Ermənistan istisna olmaqla qonşu və region ölkələrlə münasibəti yeni əməkdaşlıq formatlarının yaradılması məsələsini gündəmə gətirib. Məlumat üçün qeyd edək ki, artıq region dövlətləri arasında əməkdaşlığın üç formatının yaradılması imkanları mövcuddur. Bunlar Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkiyə-Rusiya formatlarından ibarətdir. Lakin indiyə qədər bu formatlar ətrafında müxtəlif səviyyələrdə müzakirələr aparılsa da onların reallaşması mümkün olmayıb. Ancaq sözgedən formatların region dövlətlərinə müsbət təsiri danılmazdır. Artıq bununla bağlı Azərbaycan-Gürcüstan-Türkiyə formatı presidenti var. Məlumdur ki, bu əməkdaşlıq formatı işləkdir və həmin format çərçivəsində xarici işlər nazirləri tez-tez görüşürlər. Çünki, bu üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. Ekspertlər hesab edirlər ki, sadalanan digər formatların da işlək vəziyyətə gətirilməsi elə bir problem yaratmır. Əksinə, dövlətlərin iqtisadi vəziyətinə müsbət təsiri var. Hazırda hər üç dövlət üçün maraqlı və daha çox əhəmiyyətli olan Azərbaycan-Türkiyə-Rusiya formatının reallaşması real görünür. 

Bu regionda hərbi qarşıdurma görmək istəmirik

27 Oktyabr 2016 14:03

"Avropa İttifaqı Dağlıq Qarabağmünaqişəsinin nizamlanması prosesinə birbaşa cəlb olunmuş struktur deyil. Amma Avropa İttifaqı münaqişənin tezliklə sülh yolu ilə həll olunmasında maraqlıdır".

Azay Quliyev Dillər Universitetinin tələbələri ilə görüşdü

27 Oktyabr 2016 13:21

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Diplomatlar” klubu “Ali Qonaqlar, Elmi Maraqlar” adlı yeni layihəyə start verdi. Layihənin ilk qonağı ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev oldu.

ABŞ-da Azərbaycana həsr olunmuş mərasim keçirilib

27 Oktyabr 2016 13:09

ABŞ-ın Kaliforniya ştatının ən böyük iqtisadi-siyasi mərkəzlərindən sayılan, ştatın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində səfərdə olan Azərbaycannümayəndə heyətinin şərəfinə oktyabrın 25-də Şəhər Şurasında xüsusi mərasim keçirilib. Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak ediblər.