Siyasət

Lukaşenko Azərbaycandakı referendumdan danışdı

28 Oktyabr 2016 15:50

“Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm”. “Qafqazinfo” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.

Millətimiz bir ovuc əsgər qiyafəsi geymiş terroristi durdurdu

28 Oktyabr 2016 15:16

Oktyabr ayının 17-18-də Ankarada İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 36-cı sessiyası keçirildi. Tədbirdə ölkəmizi MM sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinin tərkibinə deputatlardan bu sətirlərin müəllifi və Mirkazım Kazımov daxil idilər.

Deputat sifarişlə işləyən jurnalistlərə sanksiya tətbiq etməyə çağırdı

28 Oktyabr 2016 15:09

"Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün ölkədə bununla bağlı real təhlükə var". Bunu deputat Fazil Mustafa parlamentin iclasında deyib.Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır. “Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.

QHT-lər üçün “bir pəncərə” nə vəd edir? 

28 Oktyabr 2016 14:34

Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin.

Qafqaz regionu terror təşkilatlarının yeni hədəfində

28 Oktyabr 2016 14:35

Hər bir ölkə kimi Azərbaycan da terrordan sığortalanmayıb və bunun bir neçə dəfə əyani şahidinə çevrilmişik. Zaman-zaman erməni terror təşkilatları Azərbaycan ərazisində qanlı aksiyalar həyata keçirərək yüzlərlə vətəndaşımızı qətlə yetirib, bir o qədər insana müxtəlif dərəcəli xəsarətlər yetirib.

Akif Nağı: “Onlar ancaq erməni yalanlarını təbliğ edirlər”- AÇIQLAMA

28 Oktyabr 2016 14:28

“Ümumiyyətlə nəinki AŞPA-nın vitse-prezidenti Rene Rukeldir, eləcə də bir sıra deputatlar tez-tez işğal altında olan Dağlıq Qarabağa səfərlər edir və  bununla da ölkəmizə qarşı qərəz nümayiş etdirirlər”. Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Rövşən Rzayev: “Həmsədrlər münaqişənin həll olunmasına əngəllər törədir” - AÇIQLAMA

28 Oktyabr 2016 14:25

“Ümumiyyətlə tək Fransa dövləti ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin süni şəkildə uzadılmasına çalışmır. Minsk qrupunun həmsədrlərinin həmməruzəçiləri də kifayət qədər güclü və çox peşəkar bir diplomat və siyasətçilər kimi artıq 23 ildən çox müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasına əngəllər törədir”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Elşən Musayev: “Rəsmi İrəvan gec-tez uduzub torpaqları qaytarmalıdır”- AÇIQLAMA

28 Oktyabr 2016 14:24

“İlk növbədə qeyd etmək lazımdır ki, artıq növbəti dönəmdə Rusiyanın mövqeyində Azərbaycana təşəbbüskeşliyi görürük. Bunu birbaşa Rusiya artıq dövlət olaraq deyil, müxtəlif vasitələrlə, təmsilçiləri və politoloqları ilə göstərir”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Təhmasib Novruzov: “Müxalifətdə yorğan davası gedir”- AÇIQLAMA!

28 Oktyabr 2016 14:21

“Aparıcı” müxalifət və ya “ana” müxalifət olmaq kimi arzular hər zaman dağıdıcı müxalif partiya sədrlərinin istək və arzuları olub. Ümumiyyətlə, bu gün hansı “ana” müxalifətçilikdən və aparıcı müxalifətçilikdən danışmaq olar? Əlbəttə, danışmaq olmaz. Çünki bu günə qədər müxalifət ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlib, xalqın heç bir siyasi dəstəyini qazana bilməyib və hətta müxalifət öz düşərgəsində irəliyə doğru heç bir addım da ata bilməyib. Belə olan halda, müxalifətin hansı irəliləyişindən və hansı aparıcı müxalifət olmasından söhbət gedə bilər? Təbii ki, heç bir irəliləyişindən və aparıcı müxalifət olmasından söhbət gedə bilməz. Bu baxımdan, onların bu cür iddialarla çıxış etmələri hər kəsdə gülüş doğurur”.

Politoloq: “AXCP rəhbərliyi gəncləri cinayət törətməyə vadar edir”-  AÇIQLAMA!

28 Oktyabr 2016 14:19

“Radikal müxalifətin ənənəvi siyasi xətti cinayətkarlardan məqsədli şəkildə “siyasi məhbus” obrazı yaratmağa çalışmaqdır. AXCP və Musavat partiyası da bu ənənəvi siyasəti davam etdirməyə çalışır. Xüsusilə, AXCP üzvü olan gənclərin “fəaliyyəti” tamamilə radikalizmə söykənir. Onlar elə hesab edirlər ki, istədikləri cinayəti törədə bilərlər, ancaq məsuliyyət daşımamalı və qanun qarşısında cavab verməməlidirlər. Hətta polislə əlbəyaxa olmaq‚ qəsdən polisə müqavimət göstərmək‚ məmurların ünvanına məqsədli şəkildə küçə kəlmələri ilə təhqiramiz ifadələrin işlədilməsi AXCP gənclərinin ənənəvi “siyasi fəaliyyət” prinsipidir”.

Prezident İlham Əliyev regional lider kimi yeni ideyalarla çıxış edir

28 Oktyabr 2016 14:04

Azərbaycan Prezidenti İlham Əliyev ilə bir neçə dəfə görüşmüşəm və o, məndə dünya miqyaslı dövlət xadimi təəssüratı yaradıb. Avropada belə dövlət xadimlərinə az-az rast gəlinir. Elə prezident İlham Əliyevin reytinqinin yüksək olması da bunu göstərir. Azərbaycanın prezident sarıdan bəxti gətirib. Elə Rusiyanın da indiki prezidenti baxımından bəxti gətirib.

Hərbi Dəniz Qüvvələrində seminar keçirilib

28 Oktyabr 2016 13:40

Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin yüksəldilməsi istiqamətində komandir-rəis heyətinin iştirakı ilə seminar keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidmətinin təkmilləşdirilməsi üzrə komandirlərin, qərargah rəislərinin və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin iş sisteminin Azərbaycan Respublikası Silahlı Qüvvələrində tətbiqi" mövzusunda keçirilən seminarda HDQ komandanının şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov bu istiqamətdə şəxsi heyətin üzərinə düşən vəzifə və tapşırıqları diqqətə çatdırıb. Sonra seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi ilə bağlı ətraflı məlumat verilib.

Lavrov Xəzərin statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir

28 Oktyabr 2016 13:31

Moskva Xəzərin hüquqi statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir.

Deputat tələb edir: “Rusiya və İran Ermənistana təzyiqi artırsın”

28 Oktyabr 2016 13:08

Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın.  “Olaylar” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: “Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”. Deputat Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər:  “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik.