Siyasət
Politoloq: “Münaqişə ilə bağlı vəziyyət bizi aprel döyüşlərinə sürükləyir”- AÇIQLAMA
“Son bir neçə ay ərzində atəşkəs rejimi ilə bağlı tendensiya azalmağa doğru gedirdi. Lakin hazırkı vəziyyətdə bunu demək çox çətindir. Çünki, son günlər ərzində atəşkəs rejimi daha çox pozulmağa başlayıb, erməni təxribatı davamlı şəkil alıb”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Amnistiya aktının icrası başa çatıb
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mərhəmətlik və insanpərvərlik ənənələrindən irəli gələn təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmələr nəticəsində həmin aktın 10931 məhkuma şamil olunduğu müəyyən edilib.
Kürdüstan dövlətinin yaranması bölgə dövlətlərinin marağında deyil” - ŞƏRH
“Bölgədə bir kürd qurumu - yüksək statuslu Şimali İraq Kürd idarəetməsi mövcuddur. İkinci belə bir muxtar qurumun, xüsusilə də Kürdüstan dövlətinin yaranması, baş verən proseslərdə aktiv rol alan bölgə dövlətlərindən heç birinin marağına cavab vermir”. Bunu SİA-ya açıqlamasında Kürdüstan dövlətinin yarana bilmə ehtimalını şərh edən siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
Rusiyanın Suriyadakı bazaları anti-terror əməliyyatı keçirməyə kifayət edir
"Hmeymimdə və Tartusdakı Rusiya hərbi bazaları Suriyada anti-terror əməliyyatları keçirməyə kifayət edir".
Netanyahu yaxın 3 ay ərzində Azərbaycana səfər edəcəyini açıqlayıb
İsrailin baş naziri Benyamin Netanyahu növbəti 3 ay ərzində Azərbaycana səfər edəcək. APA-nın yerli “Homadia” saytına istinadən verdiyi məlumata görə, bu barədə o, ötən gün Nazirlər Kabinetinin iclası zamanı deyib.
Ermənistana ultimatum verilməlidir
“Necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “mərhələli həll” planı işə düşsün və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın? Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır”.
YAP Gənclər Birliyinin sədrindən Amerikaya irad
“Birləşmiş Ştatlar guya ən demokratik dövlətdir və fəaliyyətində əsas istiqamət dünyada insanların xalqların, bərabər yaşaması, və ya demokratik prinsiplərin qurulmasıdır. Amma prezident seçkilərinin təbliğat və təşvigat prosesində iç üzünü göstərdi”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, seçki prosesi zamanı ən ucuz variantlar belə etdilər: “Filankəs min doqquz yüz keçmiş birinci ildə filan xanima salam verməkdən tutmuş hər cür əxlasızlığa əl atdılar bir-birlərinə qarşı. Yəqin bunlarin fəlsəfəsi budur. Dəyərli gənclər sizcə bunlara etibar, inam olarmi?”
Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüşüb.
Qarabağda nə baş verir?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc cəbhədə vəziyyətin gərginləşməsindən danışıb. Olaylar.az bildirir ki, millət vəkili qafqazinfo-ya açıqlamasında deyib ki, cəbhədə vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var: "Ermənistanda müdafiə nazirinin dəyişməsi fonunda yeni nazir bütün cəbhəboyu prosesi öz nəzarətinə götürdüyünə diqqət çəkmək, Qarabağ xəbərləri fonunda öz mövqeyini gücləndirməyə nail olmaq istəyir.
Azərbaycan və İsraili sadəcə əməkdaşlıq deyil, daha çox məsələlər birləşdirir
"Azərbaycan və İsrailin dostluğu neft və silahlanma ilə izah oluna bilməz. Bunu başa düşmək üçün siyasi və dini məsələləri kənara qoymaq və hər iki ölkənin tarixinə və mədəniyyətin onların həyatında tutduğu vacib rola diqqət yetirmək lazımdır".
Azərbaycanlı müşahidəçilər Moldovadakı prezident seçkilərini izləyib
Moldovada keçirilən prezident seçkiləri zamanı səsvermənin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə bu ölkənin Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçilər qismində akkreditə olunmuş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bakı şəhərində təşkil edilmiş seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müşahidə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir qanun pozuntusu aşkar edilməyib.
Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ultimatum verməsi təklif olunur
Necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə "mərhələli həll" planı işə düşsün və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın? Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır. Böyük dövlətlər isə rəsmi İrəvana təzyiq etmək istəmirlər. Demək, yeganə alternativ Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ünvanlayacağı ultimatum olmalıdır.
Putin bu ölkələrdə “narıncı inqilablar” hazırlayır – ŞOK SİYAHI
Azərbaycan bələdiyyə sədri beynəlxalq tədbirdə
Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyələrdə etik standartlar və şəffaflıq” mövzusuna həsr edilmiş 31-ci plenar sessiyası keçirilib.
General Votel ümidsiz danışdı EHTİMAL
“Beş il sonra biz “İslam Dövləti”i qruplaşmasının sələfi ilə döyüşməyəcəyik” “İslam Dövləti” (“İŞİD”) terror qruplaşmasının məhvi Suriyada sabitliyin yaranmasına səbəb olmayacaq, lakin gələcəkdə bu ölkədə normallaşmaya xidmət edəcək”. SİA xəbər verir ki, bu barədə CNN telekanalıa ABŞ silahlı qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri, general Cosef Votel Yaxın Şərqdəki vəziyyəti şərh edərkən deyib.














