Siyasət
Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir
Sıra ilə həm Azərbaycanda, həm Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur.
Əli Həsənov: "Azərbaycan-Rusiya regionlararası forumu iki ölkənin münasibətlərində mühüm meydançadır"
VII Azərbaycan-Rusiya regionlararası forumu iki ölkə arasındakı münasibətlərdə mühüm meydançadır.
Cəbhədə ağır silahlar işə düşdü
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Politoloq: "Münaqişənin həllində hərbi yol gündəmə gələ bilər""- AÇIQLAMA
Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərin azaldığı müşahidə olunur. Bunun fonunda isə cəbhədə atəşkəs rejiminin daha çox pozulduğu diqqəti cəlb edir. Bu baxımdan, bəzi yerli və xarici ekspertlər Dağlıq Qarabağda yenidən aprel döyüşlərinin baş verəcəyinin qaçılmaz olduğunu bildirirlər. Doğurdanmı bu cür döyüşlərin baş verməsi gözləniləndir?
İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verib
Yaqub Mahmudov: “Zatını bilməyən oğuldan kişi çıxmaz”
Yer kürəsi uğrunda müharibə bu ilin sonunda başlayacaq – BÖYÜK SAVAŞ
Siyəzəndə yol tikintisinə 7,1 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Rodriqo Mayanı təltif etdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan suriyalı qaçqınların vəziyyətini yüngülləşdirmək üçün yardım göstərməyə çalışır
Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan Suriyadakı humanitar problemi anlayır və qaçqınların vəziyyətini yüngülləşdirmək üçün beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışır.
Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.
Vyana səfərimdən qeydlər- VİDEO
Oktyabrın 27-28-də Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun insan inkişafı üzrə əlavə görüşü keçirildi. Bu görüş silahlı münaqişə zamanı jurnalistlərin hüquqlarının qorunması və jurnalistika fəaliyyəti də daxil olmaqla ifadə və media azadlığı məsələlərinə həsr edilmişdi. Əsasən üç məsələnin müzakirəsi nəzərdə tutulmuşdu:
Arzu Rəhimov Oğuzda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov niyabrın 17-də Oğuz rayon bölməsinin inzibati binasında vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 14.11.2016-cı il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Deputatımız Avronest Parlament Assambleyasının tədbirinə qatılacaq
Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, iclaslarda Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı iştirak edəcəklər.














