Yaqub Mahmudov: “Zatını bilməyən oğuldan kişi çıxmaz”

"Əminəm ki, 5 min illik dövlətçilik tariximizi bilən və böyük hökmdarlarımızı tanıyan bugünkü Azərbaycan gəncliyi heç bir zaman məğlub olmayacaq!" Bunu bugün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov "Elm" qəzetinə açıqlamasında bildirib. "Düşünürəm ki, II Azərbaycan Elm Festivalı ölkəmizin tarixinə və gələcəyinə təkan verəcək. Gənclərimiz torpaqları əlində tutmağı bacaracaq. Ümidim odur ki, biz bütöv Azərbaycanı nə vaxtsa bərpa edəcəyik. Bunun üçün isə ən qüdrətli yol tarixdən keçir. Biz tariximizi öyrənməliyik. Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir. Əhali sayından asılı olmayaraq, tərcümeyi-halını bilən xalqı heç kəs, heç zaman məhv edə bilməz. Bizim isə zəngin tariximiz var", - deyə deputat qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31