Siyasət
Saxta profilləri olanlar cəzalanacaq TƏSDİQ
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi müzakirə olunub. SİA-nın xəbərinə görə, baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib.
Mingəçevir və Yevlaxda pilot layihə əsasında icbari tibbi sığorta tətbiq olunacaq
Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"ndə dəyişiklik edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, fəranda deyilir:
İcra hakimiyyəti başçılarına yeni tapşırıq verilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Şura 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri ilə bağlı qərar qəbul edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Azərbaycanla Belarus arasında əməkdaşlıq sazişi imzalanıb
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində “2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı” imzalanıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats imzalayıblar.
Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 29-da başa çatıb.
Mübariz Əhmədoğlu: “Uorlik ermənilərə xidmət etdiyini sübut etdi”
“Amerikalı həmsədr, səfir Ceyms Uorlikin “tvitter” hesabında yazdığından bəlli olur ki, o özünə yeni iş tapıb, ATƏT-in Minsk Qrupunda həmsədr vəzifəsindən və 30 il xidmət etdiyi ABŞ Dövlət Departamentindən uzaqlaşır. Səfir işləmiş Amerika diplomatının iş yerini Rusiya şirkətinə dəyişməsi Amerikanın Dövlət Departamentində eləcə də Amerika dövlət məmurlarında hökm sürən ab-havanı başa düşməyə müəyyən qədər əsas yaradır”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Müdafiə naziri Moskvaya gedib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub. Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.
Bakı Fransanın təklifini dəstəkləyir
Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda görüş təklifini dəstəkləyir.
Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Belçikanın Brüssel şəhərində Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçiriblər.
Quzey Kıbrıs QHT-ləri ilə əlaqələr müzakirə edilib
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və Demokratik Azərbaycan Naminə İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinin rəhbəri Ufak Arca Turganerlə görüşüblər.
“Həmsədrlərin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək”
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib.
Minsk Qrupunun fəaliyyəti səmərəsizdir
Elşən Musayev: “BMT də öz qətnamələrinə sahib çıxa bilmir” Beynəlxalq birliyin, ATƏT-in Minsk qrupunun “səylərinə”, keçirilən danışıqlar və görüşlərə baxmayaraq Dağlıq Qarabağ problemini hələ də həll etmək qeyri-mümkün olaraq qalır. İşğalçı Ermənistanın bir qayda olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe isə hər ötən gün regionda müharibə riskini artırır.
Azərbaycanda daha bir ölkənin səfirliyi açılır
Cənubi Afrika Respublikasının Azərbaycanda səfirliyi açılacaq. Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının xarici işlər naziri Maite Nkoana-Maşabane Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.














