Siyasət

Politoloq: “Azərbaycanın inkişafı Sarkisyanın fikirlərinə təsir edir”- MÖVQE

30 Yanvar 2017 16:13

“Ermənistan prezidentinin “müharibə münaqişənin həllinə heç nə verməyəcək” fikri referendum seçkisi ərəfəsində daxili auditoriyaya hesablanıb”. Bunu politoloq Cümşüd Nuriyev deyib.

Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

30 Yanvar 2017 16:04

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Cocuq Mərcanlı ətrafında minalardan təmizləmə işləri aparılır

30 Yanvar 2017 16:00

Prezident İlham Əiyevin Cocuq Mətcanlı kəndinin yenidən qurulması ilə əlaqədar imzaladığı sərəncam ölkə ictimaiyyətinə yeni nəfəs, yeni ruh verib. Ölkə ictimiyyəti tərəfindən rəğbərtlə qarşılanan bu sərəncam qaçqın və məcburi köçkünlər, xüsusən Cocuq Mərcanlı kəndindən olan köçkünlər üçün göydəndüşmə olub.

Ərdoğan mitinqlərə qatılacaq

30 Yanvar 2017 15:31

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum ərəfəsində təbliğat mitinqlərində iştirak edəcək. Konstitusiya dəyişikliklərinin tərəfdarı olan Ərdoğanın bunun üçün 40-a yaxın mitinqdə çıxış etməsi planlaşdırılır.

Ermənilər təşviş içində

30 Yanvar 2017 15:16

Artıq bir neçə gündür ki, Ermənistan cəmiyyəti ciddi təşviş içərisindədir. İstər ölkənin rəsmi və qeyri-rəsmi mətbu orqanları, internet portalları, istərsə də sosial şəbəkələrdə yer alan məlumatlar, status və rəylərdən bunu açıq görmək mümkündür Aparılan müşahidələr, KİV-lərdə dərc edilən materiallardan gəlinən qənaət ondan ibarətdir ki, bu günlərdə bütün Ermənistan cəmiyyətinin diqqəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir neçə gün əvvəl Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində bərpa işlərinin aparılması ilə bağlı imzalamış olduğu sərəncama yönəlib.

Beyinləri "Böyük Ermənistan" xülyası ilə zəhərlənmiş erməniləri qonşularla dinc yanaşı yaşamaq düşündürmür

30 Yanvar 2017 15:13

Son vaxtlar Sərkisyan hakimiyyətindən bezərək xarici ölkələrə, eləcə də Azərbaycana üz tutan ermənilərin sayı artmaqdadır. Artıq son iki-üç ay ərzində onlarla erməninin Azərbaycana gələrək burada yaşamaq istədiyi barədə məlumat verilib. Kimisi ermənilərin bu istəyini məqbul hesab edir, kimisi isə onların Azərbaycana gələrək burada yaşamasına qarşı çıxır. Bəzi parlamentarilər hesab edirlər ki, ermənilərin Azərbaycana gələrək buradan Ermənistan hakimiyyətinin əleyhinə bəyanatlar verməsi, Sərkisyan rejiminin iç üzünü açması Azərbaycanın maraqlarına uyğundur. Elə millət vəkili Zahid Oruc da bu qənaətdədir. Amma parlamentarinin məlum fikirləri bəzi siyasilər, ekspertlər tərəfindən heç də məqbul hesab edilməyib.

Azərbaycan Prezidenti: "Bizə qarşı çirkin kampaniyalar təşkil edənlərin özləri artıq siyasi səhnədən kənarlaşdırılıblar"

30 Yanvar 2017 15:09

Bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək, əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.

Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır

30 Yanvar 2017 15:04

Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır.

Prezident İlham Əliyev: "Təhlükəsizlik üçün idxaldan asılılıq azalmalıdır"

30 Yanvar 2017 15:02

Rəqəmlər onu göstərir ki, biz son illər ərzində öz ərzaq təhlükəsizliyimizi müəyyən dərəcədə təmin edə bilmişik. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Prezident İlham Əliyev: "Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixi hadisədir"

30 Yanvar 2017 14:55

Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanıb. Bu layihənin icrası çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir.

Prezident İlham Əliyev: "Ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır"

30 Yanvar 2017 14:53

Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün "Azərxalça" yaradıldı və artıq 1-ci fabrik Füzuli şəhərində açılıb və mən orada iştirak etmişəm. Bu il bu fabriklərin sayı 10-a çatdırılmalıdır.

İlham Əliyev: "Məcburi köçkünlər üçün yeni fərdi evlərin tikintisi nəzərdə tutulub"

30 Yanvar 2017 14:52

Mövcud qəsəbələrdə məcburi köçkünlər üçün yeni fərdi evlərin tikintisi nəzərdə tutulub. Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Prezident İlham Əliyev: "Apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik"

30 Yanvar 2017 14:49

Azərbaycan iqtisadiyyatı inkişaf edib və əsas vəzifələr icra edilib. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşıb

30 Yanvar 2017 14:48

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə güclü və fəal milli biznes sinfinin formalaşdığını bildirib.

Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın

30 Yanvar 2017 14:33

Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın.