Siyasət
Ərdoğanla Putinin görüş vaxtı AÇIQLANDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin bu ilin martın əvvəlində görüşəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kərim Kərimovun 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gənclərlə iş sahəsində fərqlənən şəxslər təltif edilib
Prezident İlham Əliyev Azərbaycanda gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə ötən həftə baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.
Deputat: “Köçkünlər müavinətin əlavə hissəsini digər ehtiyaclarına xərcləyə biləcəklər”
Milli Məclisin deputatı Mirzəcan Xəlilov bildirib ki, ölkə Prezidentinin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman birmənalı şəkildə məcburi köçkün soydaşlarımızın maraqlaranın qorunmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Deputat: "Prezidentin çıxışı bir daha ona qəti əminlik yaratdı..."
"Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqi, geniş məzmunlu və əhatəli çıxışı tarixi əhəmiyyətli, ölkəmizin gələcək inkişaf yoluna işıq salacaq bir çıxışdır". Bunu millət vəkili Eldəniz Səlimov dilə gətirib.
İlham Əliyev: "Bizim təcrübəmizi indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər"
"Bizim təcrübəmizi indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər". Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti: "2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir"
"2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir". Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
İlham Əliyev: "Bizim valyuta ehtiyatlarımız iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir"
"Bizim valyuta ehtiyatlarımız iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir". Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Prezident İlham Əliyev: ""Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi hesabına icra edilir"
"Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Qoşunlarda yeni tədris dövrü başlanıb
Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə yerinə yetiriləcək.
Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixi hadisədir
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Prezident İlham Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan yenə əndazəni aşır
Rəsmi İrəvan növbəti dəfə yalan kampaniyasına baş vurub. O, Hamburqda ATƏT-in növbəti sammitindən sonra ağırlaşmış vəziyyətini düzəltmək üçün Azərbaycana qarşı "qara piar" fəaliyyətinə başlayıb. Danışıqlar prosesinin dalana dirənməsində Azərbaycan hakimiyyətini günahlandıran ermənilər heç bir ədalət sərhədini gözləmədən reallığı təhrif edirlər. Qəribədir ki, bu məqamda da erməni işğalçılarına himayədarlıq etməyə çalışan dövlətlər meydana çıxır. Onlar işğalçıdan zəbt etdiyi ərazilərdən çıxmağı tələb etmək əvəzinə, Azərbaycanı nələrdəsə ittiham etməyə çalışırlar. Təəssüf doğuran haldır. Bunlara baxmayaraq, Azərbaycan rəhbərliyi danışıqları davam etdirməyə hazır olduğunu bəyan edir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zərurətini vurğulayır.











