Siyasət

“Ermənistan istənilən yola, vasitəyə əl ata bilər...” - ŞƏRH

30 Yanvar 2017 14:31

"Konyak diplomatiyası” ermənilərin köhnə vərdişidir və illərdir ki, davam edir. Təkcə bu deyil, daha öncə qədim peşənin sahiblərinin vasitəsilə Ermənistanın ayrı-ayrı ölkələrin diplomatlarını ələ alınması ilə bağlı da president var”.

Aydın Quliyev: “Prezidentin Sərəncamı dünyaya bir mesaj idi” 

30 Yanvar 2017 14:29

“Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Azərbaycanın tarixində, xüsusilə də Qarabağ münaqəşisinin ədalətlə həlli uğrunda ölkəmizin diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən, faktlardan biri kimi qalacaq”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

JerusalemOnline: "Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli həll olunmamış münaqişədir"

30 Yanvar 2017 13:38

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün Yaxın Şərqdə regional təhlükəsizliyə təhdid törətməsinə baxmayaraq, ona dünya ictimaiyyəti tərəfindən çox az diqqət ayrılır.

Aprel döyüşləri münaqişənin həllinə böyük təkan verdi

30 Yanvar 2017 13:24

“Aprel döyüşləri zamanı Azərbaycan Ermənistana və bütün dünyaya bir daha göstərdi ki, əzəli torpaqlarının işğalı ilə barışmayacaq. Ölkəmiz sülh danışıqlarına sadiqdir, amma problem öz həllini yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü qorunmaqla tapmalıdır. Daha dəqiq deyək: biz sülh istəyirik, lakin bizim qələbəmizlə”. Bunu  hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Politoloq: "Tramp ətrafında heç kimin mövqeyini düşünmür" 

30 Yanvar 2017 12:57

“ABŞ prezidenti Donald Trampın bəzi müəlman dövlətlərinin vətəndaşlarının Amerikaya daxil olmasının qadağan edilməsi barədə fərmanı onun yalnız öz mövqeyini nəzərə aldığını göstərir. D.Tramp ətrafında heç kimin mövqeyini düşünmür və ya ətrafındakılar ona təsir edə bilməyəcək dərəcədə zəifdirlər”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Seymur Orucov: “Hər kəs bilir ki, Həbib Müntəzir kimdir və nəyə qulluq edir”

30 Yanvar 2017 12:51

“İnformasiya Kommunikasiya Texnologiyları (İKT) inkişaf etdikcə və bizim daha çox gündəlik həyatımızın bir tərkib hissəsi olduqca dezinformasiya xarakterli məlumatlar da özünü artıq qabarıq şəkildə göstərməkdədir. Virtual aləmdə nəyəsə nəzarət etmək real aləmdən qat-qat çətindir. Biz bu reallığı qəbul etməliyik”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Razi Nurullayev düşərgəni Əli Kərimiyə qarşı çıxmağa çağırır- Siyasi analiz

30 Yanvar 2017 12:48

Əli Kərimlinin sədrlik  etdiyi Xalq Cəbhəsi partiyasına alternativ şəkildə fəaliyyət göstərən AXCP sədri Razi Nurullayev vaxtilə sədr müavini olduğu siyasi təşkilatın “liderinə” qarşı ittihamlarını davam etdirməkdədir.

Politoloq: “Rusiya Belarus və Qazaxıstanı neytrallaşdırıb”

30 Yanvar 2017 12:46

“Ermənistan nümayəndəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib gətirilməsinə Belarus və Qazaxıstan etiraz etsə də, Rusiya artıq onları neytrallaşdırır. Rusiyanın təzyiqi ilə Qazaxıstan mövqeyini dəyişib. Artıq Belarus da neytrallaşmaq üzrədir”. Bunu politoloq Qabil Hüseynli deyib.

Devid Harris: “Azərbaycan ABŞ üçün vacib və dost ölkədir”

30 Yanvar 2017 12:33

"Özümüzü Azərbaycanın dostu və tərəfdaşı hesab edirik". Bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris deyib.

Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub

30 Yanvar 2017 12:29

Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi Radek Smolka “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub.

Atəşkəsin pozulması halları azalıb

30 Yanvar 2017 12:26

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 7 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Hərbi qulluqçunun ölüm səbəbi araşdırılır

30 Yanvar 2017 12:24

Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Tezliklə təcrübəli komandamız Azərbaycanla danışıqlara başlayacaq

30 Yanvar 2017 12:07

“Biz Avropa Xarici Əlaqələr Xidmətindən olan direktor Luk Devinin başçılığı ilə “Şərq tərəfdaşlığı" zonasında müxtəlif razılaşmalar üzrə işləmiş təcrübəli komanda ilə çox tezliklə Azərbaycanla yeni saziş üzrə danışıqlara başlayacağıq”.