Azay Quliyev ATƏT PA-nın qış sessiyasına qatılacaq
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək. “Olaylar” xəbər verir ki, ATƏT PA-nın qış sessiyasında ilk olaraq Daimi Komitənin plenar iclasında “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debat da təşkil olunacaq. Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək. Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.
21 Fevral 2017 11:33 SiyasətATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək. "Olaylar" xəbər verir ki, ATƏT PA-nın qış sessiyasında ilk olaraq Daimi Komitənin plenar iclasında "Böhran dövründə insan hüquqlarının qorunması" mövzusunda xüsusi debat da təşkil olunacaq. Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək. Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.