Siyasət

Deputat: Ermənistan danışıqları pozmaq üçün həmişə təxribatlar törədir

1 Mart 2017 17:36

Ermənistanın son günlərdə cəbhə xəttində təxribatlar törətməsinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaqdır. Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Prezident İlham Əliyevin Pakistana səfəri başa çatıb

1 Mart 2017 16:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına səfəri martın 1-də başa çatıb.

Deputat: "Ermənistan Azərbaycanın uğurlarından qıcıqlıdır"

1 Mart 2017 16:41

“Ermənistan hər zaman, xüsusilə də həssas məqamlarda ölkəmizə qarşı təxribat törətməyə cəhd edir. Bilirsiniz ki, son təxribat Xocalı faciəsinin törədildiyi günün gecəsi başladı. Ermənistan bunu sülh danışıqlarının, atəşkəsin, ölkəmizin maraqları, eləcə də beynəlxalq konvensiyalara zidd olaraq həyata keçirdi”. Bunu deputat, politoloq Elşən Musayev deyib.

MN: Ermənistan cəbhədə monitorinq keçirən ATƏT missiyasına böhtan ataraq şantaj edir

1 Mart 2017 16:38

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdamrayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb".

Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr

1 Mart 2017 16:22

Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi təhlükəsizlik konfransında dünyanın müxtəlif ölkələrindən mötəbər nümayəndələr iştirak edib.

Səfir: "Moldova Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"

1 Mart 2017 16:20

Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir. Bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke deyib. 

Cocuq Mərcanlı kəndində yaşayış evləri sənədləşdirilir

1 Mart 2017 16:08

Əmlak Məsələləri Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işini həyata keçirməkdədir.

Qənirə Paşayeva Neapol meri ilə görüşdü

1 Mart 2017 15:59

Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Qonaqları salamlayan Neapol meri bu görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb.

İşğal davam etdikcə Ermənistanı rahatlıq gözləmir

1 Mart 2017 15:24

Keçən ayın son günlərindən cəbhə xəttində gərginliyin artması, ermənilərin müntəzəm olaraq təxribat cəhdlərində bulunması hərbi əməliyyatların yenidən və daha geniş miqyasda baş verəcəyi ehtimalını artırır. Xüsusilə işğalçı ölkənin aqressiyanı davam etdirməsi bu arzuedilməz tendensiyanın meydana çıxmasına səbəb olur. Elə ekspertlər də bu qənaətdədirlər ki, məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi və cəbhədə müntəzəm olaraq törətdiyi təxribatlar prosesləri mənfi məcraya yönəldir.

Ali Baş Komandamızın rəhbərliyi ilə ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək

1 Mart 2017 15:01

«Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncamı Qarabağa böyük qayıdışın müjdəsidir». “OLAYLAR”-ın xəbərinə görə, bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov səsləndirib.

Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edib - YENİLƏNİB 

1 Mart 2017 14:33

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevSammitdə iştirak edib. Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirdilər.

Hərbi ekspert: “Tərəfdaşlıq daha da qüdrətli hərbi potensialın yaradılmasına töhfə verəcək” 

1 Mart 2017 14:12

“Azərbaycan və Pakistan arasında çox yaxın dostluq münasibətləri var. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan və diplomatik əlaqələr quran dövlətlərdən biri məhz Pakistan olub. Pakistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu ölkə bizimlə həmrəydir və hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik göstərməyə hazır olduğunu bildirir. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri iki ölkə arasında bütün sahələrdə olan münasibətləri daha da genişləndirəcək”. Bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, hərbi ekspert Cəlil Xəlilov bildirib.