Diaspora Komitəsindən ÜAK açıqlaması

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub.

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan və Rusiyanın müvafiq dövlət оrqanları ilə qarşılıqlı еtimada dayanan səmərəli əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olan ÜAK-ın fəaliyyəti хalqlarımızı birləşdirən çохəsrlik dоstluq ənənələrinə əsaslanmış, ölkələrimiz arasındakı stratеji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verməyə xidmət edib. Təsadüfi deyildir ki, ÜAK-ın II qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin iştirak edərək, geniş nitq söyləmiş, təşkilatın fəaliyyətinin əhəmiyyətini və iki ölkə arasında əlaqələrin inkişafında rolunu yüksək qiymətləndirmişlər. Bu, hər iki dövlətin ÜAK-ın fəaliyyətinə verdiyi yüksək dəyərin bariz ifadəsidir: "Azərbaycan ictimaiyyəti, eyni zamanda Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiya Federasiyasının müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və Rusiya azərbaycanlılarını öz ətrafında birləşdirən ÜAK bundan sonra da həmvətənlərimiz arasında mədəni- mənəvi birliyin və bütövlükdə Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik bir təşkilat kimi uğurla fəaliyyət göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31