Siyasət

Ermənipərəst mer işdən qovuldu TÜRKİYƏDƏ

2 Mart 2017 12:41

Türkiyənin daxili işlər nazirliyi milliyyətcə kürd olan və əyalətlərin birində mer vəzifəsi daşıyan Sıre Sakini istefaya göndərib.

Dağlıq Qarabağda referendum, yoxsa teatrallaşdırılmış şou?

2 Mart 2017 12:39

Dağlıq Qarabağ erməniləri “Konstitusiyaya dəyişikləri ilə bağlı referendumun” başa çatdığını elan etdilər. Əslində bu referendum teatrallaşdırılmış şoudan başqa bir şey deyildi". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Azər Həsrət: “İnsanlarımız informasiya yayarkən diqqətli olmalıdırlar”

2 Mart 2017 12:37

“Bəzi adamlar informasiya axtarışı zamanı düşmənin məqsədli şəkildə içimizə ötürdüyü informasiyaları yayırlar. İkincisi bir tərəfdən isə insanlarımız arasında maarifləndirmə işini gücləndirmək lazımdır. Onlara izah etmək lazımdır ki, Müdafiə Nazirliyi xaricində ümumiyyətlə isə dövlətin xaricində yayımlanan istənilən informasiyaya şübhə ilə yanaşmaq lazımdır”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Şahları öldürmək düşmənə asan başa gəlmədi"

2 Mart 2017 12:13

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərovun əmisi oğlu Vüsal Nəzərov şəxsi Facebook hesabından şəhidin qəhrəmanlıqları barədə bildiklərini bölüşüb.

Düşmənin qərargahı darmadağın edildi

2 Mart 2017 11:53

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Ermənilər minaatanlardan istifadə edir

2 Mart 2017 11:41

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub.

Millət vəkili: “Dövlət başçımızın səfərləri İslam ölkələri ilə daha yaxın əməkdaşlığın inkişafını təmin edəcək”

2 Mart 2017 11:24

"Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələrinə səfərləri, keçirdiyi görüşlər və səsləndirilən bəyanatlar Azərbaycanın İslam aləmində həmrəyliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini göstərir". Bunu Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Deputat: "Səfər Pakistana minnətdarlıq jestidir"

2 Mart 2017 11:21

“Ölkə başçısının son səfərləri xüsusi əhəmiyyətə malikdir. Bu səfərlərlə Azərbaycan öz xarici siyasətində çox böyük uğurlara imza atmış oldu”. Bunu deputat, politoloq Elşən Musayev deyib.

Aureliya Buşez: "Azərbaycan "Cənub qaz dəhlizi"ndə mühüm rol oynayır"

2 Mart 2017 11:20

Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib. Görüşdə Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan-Fransa informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Səfir Fransa şirkətlərinin Caspian Energy Forum Baku - 2017-də iştirakında maraqlı olduğunu ifadə edib və bunun informasiya baxımından vacibliyini qeyd edib.

Müdafiə Nazirliyi: "Bu, erməni təbliğatına xidmət edir"

1 Mart 2017 18:21

Müdafiə Nazirliyi son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı narahatlıq doğuran yazılara reaksiya verib.