Siyasət

“Arif Rəhimzadə Rusiyanın mövqeyini ifadə edib” – “Biz türk deyilik!” deyən deputata həmkarından CAVAB

2 Mart 2017 15:27

"Ruslar bizimlə Türkiyə türklərini hər zaman fərqləndiriblər”. Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına verdiyi qalmaqallı müsahibəni şərh edərkən söyləyib.

Nazir müavini Cenevrədə Ermənistanın işğalçılıq siyasətini pislədi

2 Mart 2017 15:15

27 fevralda Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası öz işinə başlayıb.Sessiyanın 27 fevral - 1 mart tarixlərində keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı BMT üzv-dövlətlərinin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış edib.

Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Dünyası Bələdiyyələr Birliyinin rolu

2 Mart 2017 15:01

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti-Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini aldı. Rejiminin dağılması ilə yetmiş il türk xalqlarının yeganə təmsilçisi rolunu oynamış müstəqil Türkiyə dövləti və SSRİ-nin sərhədlərindən kənarda yaşayan digər türk qardaşlarından ayrı düşmüş 5 türk dövləti üçün yeni bir səhifə açılmış oldu. Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkmlənməsinə zəmin yaratmış oldular.

Polkovnik: "Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir"

2 Mart 2017 14:37

Fevralın 25-də cəbhənin Füzuli-Xocavənd istiqamətində 5 hərbçimizin şəhid olmasından 3 gün sonra Ermənistan ordusuna məxsus zirehli texnika vurulub, üstündən bir gün sonra isə atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına artilleriya zərbəsi endirilib, bundan əlavə kəşfiyyat-diversiya qrupu məhv edilib. Bütün hallarda düşmən xeyli itki verib.

Deputat: "Ermənistan muzdlulardan istifadə etdiyi üçün itkilərini gizlədir"

2 Mart 2017 14:12

“Ermənistanın daxilində sosial gərginlik, hakimiyyətdən ciddi narazılıq hökm sürür. Artıq orada Dağlıq Qarabağın Ermənistana məxsus olmadığı və Qarabağı qaytarın şüarı ilə çıxışlar edilir. Bundan narahat olan düşmən ölkə son günlər cəbhədəki gərginlik zamanı itkilərinin sayını belə gizlədir”. Bunu Milli Məclisin üzvü Fərəc Quliyev deyib.

Düşmənin təxribat qrupu məhv edilib

2 Mart 2017 13:28

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub. Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

"Qərargahdakıların sağ qalma şansı yoxdur"

2 Mart 2017 13:17

İstər separatçı Dağlıq Qarabağ rejimi, istərsə də Ermənistanın Müdafiə Nazirliyi çox çaşqın vəziyyətdədir. Özləri özlərini gülünc vəziyyətə qoyublar. Elan edirlər ki, Azərbaycan Ordusunun artilleriya zərbəsi nəticəsində guya onların 1 əsgəri ölüb.

Prezident: “ABŞ-la Avropanın enerji təhlükəsizliyini gücləndirəcək layihə çərçivəsində yaxından əməkdaşlıq edirik”

2 Mart 2017 13:11

“Azərbaycanla Amerika Birləşmiş Ştatlarını sıx dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində əməkdaşlığımız uğurla davam edir. 1995-ci ildən fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət Palatası bu proseslərin iştirakçısı olub. Mən də Ticarət Palatasının Himayədarlar Şurasının üzvü olaraq göstərdiyiniz səyləri dəstəkləyir və yüksək qiymətləndirirəm”.

Elşən Musayev: “Ermənistanda bu gün eyforiya yaşanır”

2 Mart 2017 12:50

“Bu gün Ermənistan yenə də öz mahiyyətindədir və öz ənənəvi xislətindən əl çəkmir. Ümumiyyətlə Ermənistan bu gün bir eyforiya yaşanır. Artıq o Dağlıq Qarabağ məsələsinin kuliminasiyaya gəldiyinin fərqdindədir. Həmçinin onlar bu mövzunun dalana dirəndiyinin fərqdindədir”. Bunu  millət vəkili Elşən Musayev deyib.

“Qarabağ münaqişəsinin həlli regiona sabitlik və rifah gətirəcək” 

2 Mart 2017 12:49

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və regiona sabitlik və rifah gətirəcək”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Vaşinqtonda Azərbaycanın-ABŞ diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş illik konfransda çıxışı zamanı deyib.

Beynəlxalq ekspert: “Hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq” 

2 Mart 2017 12:45

“Son günlər cəbhə xəttində yaşayan gərginlik onu göstərir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də provokasiyalara əl atır”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Rövşən Rzayev: “Azərbaycanın Pakistanla maraqları üst-üstə düşür” 

2 Mart 2017 12:44

“Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı mühüm görüşlər olub. Prezidentin bu səfəri çox böyük önəm daşıyırdı”. Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Politoloq: “Ermənistan hakimiyyəti hərbiyə çağırmağa adam tapmır” 

2 Mart 2017 12:42

“Ermənistan rəhbərliyi cəbhədəki itkiləri gizlətsə də, erməni xalqı artıq onların yalanlarına inanmır. Orada xalq hakimyyətə qarşıdır. Bununla bağlı böyük mitinqlər də təşkil olunur”. Bunu politoloq Cümşüd Nuriyev deyib.