Siyasət

IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları Azərbaycana vizasız səfər edəcəklər

2 Mart 2017 18:40

Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi keçiriləcək

2 Mart 2017 18:37

Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında sərəncam imzalayıb. 2017-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur.

Ermənistana məxsus taktiki PUA məhv edilib

2 Mart 2017 18:31

Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

2 Mart 2017 18:20

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

Rusiya XİN: Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə ünsiyyəti dəstəkləyir

2 Mart 2017 17:50

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə ünsiyyəti dəstəkləyir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya bu münaqişənin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Rusiya XİN: Lapşin Bakıda lazımi hüquqi yardım alır

2 Mart 2017 17:49

Bloqer Aleksandr Lapşinin işi üzrə istintaq davam edir, onun saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb.

Avropa Parlamenti üzvlərinə çağırış: "Diqqətli olun!"

2 Mart 2017 17:41

Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində Avropa Parlamentinin (AP) nümayəndə heyətinin rəhbəri Səyyad Kərim parlament üzvlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar bəyanatla çıxış edib.

“Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki,...”

2 Mart 2017 16:57

“Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki, işğal altındakı torpaqları tez geri qaytara bilək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, ancaq bir istiqamətdə Ermənistandan geri qala bilərik: “ Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı çəvçivəsində Brüssellə assosiativ sazişi Gürcüstan, Ukrayna və Moldova imzaladılar, müxtəlif səbəblərdən Azərbaycan və Ermənistan imzalamadılar. Bu ilin başlanğıcında Brüsselə ilk olaraq Azərbaycan prezidenti səfər etdi, bir neçə gün əvvəl isə Ermənistan prezidenti də Avropa İttifaqının paytaxtında görüşlər keçirdi.

Hurriyet Daily News: "Danışıqların iflası ərazi bütövlüyünün bərpası üçün hərbi yolu yeganə imkana çevirə bilər"

2 Mart 2017 16:17

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez işlənən "dondurulmuş münaqişə" termini insanları yanıldır. Bu barədə doktor Nəcibə Mustafayeva "Hurriyet Daily News" qəzetində dərc olunan məqaləsində yazır. 

Fransalı vəkil Xocalı soyqırımı ilə bağlı petisiya açdı

2 Mart 2017 16:08

"Change.org" saytında Xocalı soyqırımının tanınması ilə bağlı petisiya açılıb. Fransalı vəkil Oliver Pardo tərəfindən açılan petisiyanı imzalayanların sayı 8 mini keçib.  

XİN: Gürcüstanlı jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

2 Mart 2017 16:04

Gürcüstan vətəndaşı, “TV İmedi” telekanalının müxbiri Qurami Roqava Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Prezidentin İrana səfəri nə vəd edir?

2 Mart 2017 15:52

Son vaxtlar Azərbaycanla İran arasında münasibətlərin müsbət məcrada inkişafı müşahidə olunmaqdadır. Artıq iki qonşu ölkə arasında bir sıra müştərək layihələrin reallaşdırılmasına start verilib, bəzi layihələr barədə isə ilkin razılaşma əldə edilib. Azərbaycanın iqtisaiyyat naziri Şahin Müstafayevin rəhbərliyi ilə geniştərkibli nümayəndə heyətinin İrana səfəri nəzərdə tutlan layihələrin reallaşdırılmasına rəvac verib. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri planlaşdırılır. Bəs, Azərbaycan Prezidentinin İrana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına hansı töhvəsini verə bilər? 

Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edildi - VİDEO

2 Mart 2017 15:50

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib.

Cəlilabadda sürüşmə aktivləşdi - Evlər təhlükədə

2 Mart 2017 15:46

Cəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb. Rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bir neçə ev təhlükə ilə üzləşib.  Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.

Sərkisyanın Rusiya dəvəti

2 Mart 2017 15:42

Ermənistan cəbhə xəttində gərginliyi artırıb təxribatlar törətdiyi bir ərəfədə işğalçı ölkənin prezidenti Serj Sərkisyan yenidən Rusiya Federasiyasına dəvət edilib. Sərkisyanın rusiyalı həmkarı ilə keçirəcəyi görüşdə əsas müzakirə mövzusunun məhz Dağlıq Qarabağ problemi olacağı qeyd edilir.