Siyasət
Region hər an partlaya bilər: Əjdaha yuxuda ikən Putindən QƏFİL HÜCUM
Əli Həsənov: “Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur”
“Cocuq Mərcanlıda səfərdə olan zaman Rusiyanın Azərbaycandakı səfiri Doroxin dedi ki, adətən informasiya işi ilə məşğul olur, kağız üzərində işləyirlər. Bildirdi ki, Cocuq Mərcanlıda dağıntının nə demək olduğunu, kiçik bir kəndin qısa müddətdə necə dağıdıldığını gözləri ilə görüblər”.
DTX rəisi: “Azərbaycanın 900-dək vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”
“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altındaSuriya və İraqda terrorçulara qoşulub”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
Mədət Quliyev: “Ermənilərin törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub"
“Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.
Malena Mardın Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatır
Malena Mardın Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri vəzifəsində səlahiyyət müddəti başa çatır. Onun Azərbaycanı yaxın vaxtlarda tərk edəcəyi gözlənilir, dəqiq tarix isə hələlik məlum deyil. Onu bu vəzifədə kimin əvəz edəcəyi də hələlik açıqlanmayıb.
Malena Mard: “Azərbaycan və Avropa İttifaqı danışıqların növbəti mərhələsinə hazırlaşır”
“Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb”.
Mard: "Status kvo" dayanıqlı deyil
"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyirik". Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Politoloq: “Hər gün ermənilər ciddi itkilər verirlər”
“Cəbhədəki döyüşlər bir daha sübut etdi ki, informasiya müharibəsi bəzən heç də səngərdən az vacib deyil. Ən əsası da, döyüşlərin ilk günlərində hər iki ölkənin sosial şəbəkələrində müxtəlif, təsdiq olunmamış informasiyaların yayılması təbii ki, sadə xalqı çaşdırıb. Buna görə mən hər kəsi rəsmi mənbələri səbrlə gözləməyi və tələsik informasiyalara uymamağı çağırıram”. Bunu politoloq Zaur Məmmədov deyib.
Cəbhədə gərginlik artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 196 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 265 dəfə pozub.
Novruz bayramında Əfv Sərəncamı ola bilər MÜNASİBƏT
“Ümumiyyətlə Əfv Sərəncamının nə zaman imzalanacağını yalnız cənab Prezident İlham Əliyev müəyyən edir. Çünki əfv Prezidentin müstəsna konstision hüquqlarındandır. Amma Əfv Komissiyasının iclasları davam edir. Artıq xeyli sayda ərizəyə baxılıb. Buna baxılaraq müvafiq rəy hazırlanması barədə qərar qəbul edilib”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
İrəvan könüllü DƏSTƏLƏR TOPLAMAĞA BAŞLADI
Tütün emalı ilə məşğul olan fiziki şəxslərə də subsidiya veriləcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Formula 1-in təşkili ilə bağlı Azərbaycana gələcək şəxslər üçün viza proseduru sadələşdirilir
Prezident İlham Əliyev 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.












