Siyasət
Ermənilər Facebook-da Azərbaycan dilində hərbi səhifə yaratdılar - DİQQƏTLİ OLUN!
Ermənilər Facebook sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar. "HƏRBİ MEDİA" adlanan səhifədə Azərbaycan dilində Azərbaycan Silahlı Qüvvələrinin əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır.
Tanınmış ekspert generallara müraciət etdi
Tanınmış politoloq Azərbaycan generallarını ermənilərin "İskəndər" hədəsinə cavab verməyə çağırıb. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Azərbaycan rəsmilərini informasiya müharibəsinin elementlərindən istifadə etməyə səsləyib:
Ermənilərin azərbaycanlılara verdikləri DƏHŞƏTLİ İŞGƏNCƏLƏR - ŞOK FOTOLAR (+18)
Bu yazını hazırlamaq olduqca çətin idi. Müharibə dəhşətləri görmüş, Xocalı soyqrımı qurbanlarını öz gözləri ilə görən bir şəxs olaraq hər cümləni yazdıqca o illəri yaşayırdım. Tam olaraq yazıda erməni vəhşətini ortaya qoymaq olduqca çətin idi. Yazıda qeyd edilənlər şahidlərin ifadəsi, MTN-nin məlumatları, “Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası”nın hesabatları, müharibə iştirakçıları, erməni müəlliflərinin yazdıqlarına əsaslanır. Bəzi şahidlərin və mənbələrin xahişi ilə onların adı tam olaraq açıqlanmır.
ATƏT-dəki Daimi Nümayəndəlik: Qondarma "referendum" göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil
“Ermənistan Silahlı Qüvvələrinin fevralın 26-da təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini ağır texnikadan atəşə tutması ilə bağlı təxribat təsadüfi akt kimi qiymətləndirilməməlidir".
Dövlət Dumasının sədri: “Qarabağ münaqişəsi Rusiyanı narahat etməyə bilməz”
“Rusiya Qarabağ nizamlanmasını hər zaman nəzarətdə saxlayır”. Bunu İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib.
“Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib. Konfrans DTX, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu,Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
ATƏT-dən Aİ-yə MİNNƏTDARLIQ - "Referendumu" tanımadığına görə
ATƏT-in Azərbaycandakı daimi nümayəndəliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş "referendumu" tanımadığına görə Avropa İttifaqının rəhbərliyinə və üzv ölkələrinə minnətdarlığını bildirib.
"Ermənistan həftədə 10 əsgərini itirir"
“Nə qədər ki Serj Sarkisyan hakimiyyətdədir, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişlərin əldə olunması çətin məsələdir. Çünki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yürütdüyü siyasət bir başa müharibənin baş verməsinə səbəb yaradır”. Bunu politoloq İlqar Vəlizadə deyib.
Ermənistan ATƏT-nin Minsk qrupu tərəfindən müdafiə olunur
Artıq bir həftədən çoxdur ki, Ermənistan beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin çağırışlarına məhəl qoymayaraq cəbhə xəttində gərginliyi davam etdirir. Əslində, işğalçı dövlətin atşkəs rejmini pozması birinci dəfə deyil və belə təxribatların hansı məqsəd daşıdığı beynəlxalq aləmə gün kimi aydındır. Vasitəçilər tərfindən danışıqlar prosesinin sürətləndirilməsi barədə fikirlər səsləndikdən sonra erməni silahlı dəstələrinin fəallaşması öz-özlüyündə Ermənistan dövlətinin xislətini ortaya qoyur. Məslə orasındadır ki, Qarabağ cəbhəsində vəziyyət yenidən gərginləşsə də, beynəlxalq aləm Ermənistanın təxribatlarına susqunluqla yanaşır. Beynəlxalq birlik işğlaçıya yerini göstərib, ona qarşı hansısa ciddi sanksiyalar tətbiq etmək əvəzinə, ümumi xatakterli bəyanatlarla çıxış edirlər.
İSESKO rəhbəri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir
Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir.
Artıq hədə-qorxulara yer yoxdur
Ermənistanın ölkəmizə qarşı təxribatları davam etməkdədir. Bu dəfə ermənilər cəbhə xəttində törətdikləri hərbi təxribatdan maksumum yararlanmağa çalışırlar. Beynəlxalq ictimaiyətinin çağırışlarına məhəl qoymayan Ermənistan iqtidarı cəbhə xəttində baş verənlərdə Azərbaycanl günahlandırçaq yolu tutublar. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə hədələyici tonda çıxış edib. O, bəyan edib ki, Dağlıq Qarabağ ətrafında hərbi eskalasiya zamanı bütün hərbi arsenal tətbiq olunacaq. Sarkisyanın iddiasına görə, Bakı Dağlıq Qarabağda təmas xəttindəki vəziyyəti gərginləşdirir: “Əgər Azərbaycan bu qaydada davam edərsə, Dağlıq Qarabağ “xalqı”nın təhlükəsizliyinin təminatı üçün Ermənistan arsenalındakı bütün imkanların tətbiqindən geri çəkilməyəcək”.
25 illik əməkdaşlıq
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarda təmsilçilik və onlarla səmərəli əməkdaşlıqdır. Müstəqillik illərindən etibarən bu istiqamətdə uğurlu addımlar atılaraq dünyanın böyük əksəriyyət təşkilatları ilə normal, qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu sırada Birləşmiiş Millətlər Təşkilatının (BMT) da öz yeri var. 25 illik tarixə malik bu əməkdaşlıq günümüzdə daha da inkişaf edərək özünün yeni bir mərhələsinə qədəm qoyub. Tarixə qısa bir nəzər salsaq görərik ki, Azərbaycanla təşkilat arasında əməkdaşlıq Sovet İttifaqının dağılmasından və ölkəmizin öz müstəqilliyini bərpa etməsindən sonra yaranmağa başladı. Nəticə etibarilə, Azərbaycan Respublikası 1992-ci il, mart ayının 2-də BMT-nin üzvlüyünə qəbul edildi.
DTX-nın şöbə rəisi: "Son yarım ildə Azərbaycanda 9 ekstremist məhv edilib, 4-ü tutulub"
“Son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı 9 ekstremist məhv edilib, 4 ekstremist həbs edilib”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Azərbaycan Ordusu Ermənistanı darmadağın ETDİ - VİDEOFAKTLAR
Fransada Xocalı soyqırımının tanınması üçün PETİSİYA - Siz də imzalayın
Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib. Petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub














