Aprel döyüşləri münaqişənin həlli istiqamətində ciddi dönüş yaradıb

Ötən ildə baş vermiş dördgünlük aprel döyüşləri bir sıra məqamlarla Azərbaycan ordusunun, eləcə də xalqının yaddaşına həkk olundu.  Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı sözün həqiq mənasında qəhrəman xalqdır.

Siyasi elita Ermənistanın qurtuluşunu Azərbaycan torpaqlarını geri qaytarmaqda görür

Ötən ildə baş vermiş dördgünlük aprel döyüşləri bir sıra məqamlarla Azərbaycan ordusunun, eləcə də xalqının yaddaşına həkk olundu.  Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı sözün həqiq mənasında qəhrəman xalqdır. Bununla işğalçı Ermənistan ordusu barədə süni şəkildə yaradılmış "məğlubedilməz ordu" sindromu dağıdıldı, Azərbaycan Silahlı Qüvvələri özünün əzəmət və rəşadətini bir daha təsdiqləmiş oldu. Nəticədə ötən bir il müddətində Ermənistanın siyasi təbəqəsində işğal edilmiş Dağlıq Qarabağın geri qaytarılması ideyası gerçəkləşdi. Artıq Ermənistanın siyasi idarəçiliyi barədə kifayət qədər məlumatı olan keçmiş dövlət xadimləri ölkənin qurtuluşunun bundan başqa yolu olmadığını bəyan ediblər. Məhz Ermənistan cəmiyətində belə fikirlərin səslənməsi aprel döyüşlərində Azərbaycan ordusunun təzahür edən qüdrətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşü zamanı qeyd edib ki, bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi: "Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır". Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyətin yarandığını vurğulayan Prezident İlham Əliyev deyib: "Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü". Millət vəkili Rövşən Rzayev deyib ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qarşısında hansı hədəflər durmuşdusa, o hədəflərə də nail olundu. Deputat deyib ki, Ermənistanın ötən il aprel aylarının ilk günlərində etdiyi hücumlara Azərbaycan Ordusu kifayət qədər tutarlı cavab verib: "Həmin gün Milli Ordumuzun əsgər və zabitləri böyük qəhrəmanlıq nümayiş etdiriblər. Həmin döyüşlər zamanı strateji baxımdan kifayət qədər əhəmiyyətli olan ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Döyüşlərin getdiyi günlərdə təmas xəttinə yaxın yerlərdə yaşayan Azərbaycan vətəndaşları da çox böyük cəsarət göstərərək öz evlərini tərk etmədilər. Vətəndaşlar tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu onları müdafiə edəcək, onların əziyyətlərinin, tökülmüş qanın əvəzini çıxacaq". R.Rzayev deyib ki, aprel döyüşləri həm də erməni miflərinin hamısını dağıtmış oldu: "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə köçmək istəyən vətəndaşlarımızın sayının artması ermənilərin dünya ictimaiyyəti qarşısında "azərbaycanlılar öz doğma torpaqlarına qayıtmaq istəmir" kimi yalanlarını ifşa etdi. Dünya ictimaiyyəti bu mifin Ermənistanın cinayətkar hakimiyyəti tərəfindən yaradıldığını, Azərbaycan gənclərinin öz torpaqlarını unutmadıqlarını, hər an döyüşə hazır olduqlarını gördü". R.Rzayev deyib ki, aprel döyüşləri həm də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə və aparıcı dövlətlərə böyük bir siqnal oldu. Onun sözlərinə görə, aprel döyüşlərindən sonra həm danışıqlar prosesində, həm də bölgədə yeni vəziyyət yarandı, Azərbaycanın mövqeyi daha da möhkəmləndi: "Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Ermənilər bilməlidirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün imkanlardan istifadə edəcək". Politoloq, millət vəkili Rasim Musabəyov isə bildirib ki, aprel döyüşləri hazırki status-kvonun əbədi olacağı barədə düşünənlərin fikirlərini alt-üst edib: "Cəmi dörd günlük döyüşlərdən sonra məlum oldu ki, hərbi əməliyyatlar istənilən an bərpa oluna bilər. Digər tərəfdən, aprel döyüşlərinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi  hər zaman lovğalanaraq bəyanatlar səsləndirirdilər ki,  onlar hərbi üstünlüyə malikdir. Nə bilim, Azərbaycan öz torpaqlarını azad edə bilməz,. Guya ermənilər istəsə  hətta Kürə qədər irəliləyə bilərlər. Aprel döyüşləri Ermənistanın lovğalığını bitirdi. Onlar konkret və uzun müddət barışa bilməyəcəkləri məğlubiyyətlə üzləşdilər. Haqqında miflər danışılan "polad müdafiə xəttinin" hərbçilərimiz tərəfindən cəmi 4 saata yarılması, vacib strateji yüksəkliklərin azad edilməsi, nəhayət, Ermənistanın hərbi rəhbərliyinin istefaya göndərilməsi bunun təsdiqidir. Beləliklə, aprel döyüşlərində Azərbaycan ordusunun üstünlüyünü, kimlərinsə mövcud vəziyyəti, status-kvonu əbədi qoruyub saxlamaq iddialarının reallıqdan uzaq olduğunu nümayiş etdirdi". Politoloq Elçin Mirzəbəyli hesab edir ki, aprel döyüşlərindən sonra danışıqlar masasında səssizlik növbəti hərbi toqquşmalara apara bilər. Çünki döyüşlərin dayandırılmasını xahiş edən vasitəçilər məsələnin həlli istiqamətində bir il ərzində nəzərəçarpacaq heç nə etməyib: "Azərbaycan torpaqlarını azad etmək üçün hərəkətə keçəcəksə, bu, ikinci aprel savaşı deyil, daha genişmiqyaslı əməliyyat olacaq: "Ermənilərin əndişələri buradan qaynaqlanır. Ermənilər ötən ildəki aprel savaşının cavabını vermək üçün dəfələrlə cəhdlər edib. Amma onların təxribatlarının qarşısı alınıb, ermənilər ciddi itkilər verərək geriyə çəkiliblər. Azərbaycanın konkret düşmən hədəflərini müəyyən etməsi erməniləri ciddi qorxuya salıb. Təsadüfi deyil ki, artıq son zamanlarda ermənilər təxribata əl atanda, ordumuz onlara təkcə cavab vermir, hərbi hədəflərini konkret vururlar". Elçin Mirzəbəylinin sözlərinə görə, bu ilin 2 aprelində  Ermənistanda keçirilən seçkilər öncəsi Sərkisyanın rəqibi Ter-Petrosyan sülh çağırışları ilə gündəmə gəldi. Bu isə o deməkdir ki, seçkilərin rəsmi nəticələri elan olunduqdan sonra hakimiyyətə gələn və gedənlərin mübarizəsi ilə müşahidə olunacaq. Bu da müəyyən parçalanmalara səbəb ola bilər: "Amma bu, Azərbaycanın əməliyyatlara başlayacağı anlamına gəlməməlidir. İstənilən halda döyüşlərin başlayacağı ilə bağlı nəsə deməyə çətinlik çəkirəm. Amma istisna hal kimi də qəbul etmək olmaz. Faktiki, döyüşlər hər gün gedir. Son zamanlarda hökumət səviyyəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atılan addımlar, verilən qərarlar onu göstərir ki, Azərbaycan bu məsələdə prinsipiallığını davam etdirir. Bu il münaqişənin həlli istiqamətində ciddi dönüş yaranacaq. Bu da Ermənistandakı seçkilərlə əlaqəli olmayacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31