Siyasət

“Düşmən ağır zərbələr alacaq hamımız eşidəcəyik” Üzeyir Cəfərov

1 Mart 2017 14:09

“Ermənistanın həm əvvəlki, həm də hazırkı siyasi-hərbi rəhbərlərinin ağılsız və düşüncəsiz addımları bu vassal ölkəni böyük sürətlə fəlakətlərə aparır. Diqqət edin ki, son vaxtlar bunlar sanki zəncirdən buraxılan buğa kimi "yetənə yetir, yetməyənə isə daş atırlar". Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Vitse-spiker Ombudsmanın müdafiəsinə qalxdı: “Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir”

1 Mart 2017 13:38

"Ombudsman Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir və bu, mənfi qüvvələrin Azərbaycana uzadılmış əllərinin nəticəsidir". "Olaylar”-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin iclasında Ombudsman Aparatının ötən ilki hesabatının müzakirəsi zamanı deyib.

Bahar Muradova: Cəbhədəki gərginlik hələ səngiməyib

1 Mart 2017 13:23

"Son günlər cəbhədə çox ciddi gərginliklər olub. Lakin bu gərginlik hələ səngiməyib və hələ də hiss olunmaqdadır".“Olaylar”-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Müşfiq Ələsgərli: “Ölkəmizi təhlükə qarşısında qoymayaq” 

1 Mart 2017 12:39

“Təəssüf hissi ilə bildirirəm ki, dəfələrlə xəbərdalıqlar edilməsinə, təlimatlar verilməsinə, təlimlər keçirilməsinə baxmayaraq, yenə də bəzi sosial şəbəkə istifadəçiləri və özünü media qurumu elan etmiş onlayn resurslar müharibə dövrünün informasiya yayımı şərtlərini pozurlar. Fevralın son günlərində cəbhə bölgəsində baş verən hadisələr zamanı bu hal yenidən təkrarlandı”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Belçikanın tanınmış qəzeti Ermənistanın gerçək üzünü ifşa etdi 

1 Mart 2017 12:36

Belçikanın iki dildə çap olunan "Metro" qəzeti Ermənistanın Xocalıda törətdikləri haqqında məlumat yayıb. Qəzetdə xüsusi olaraq 25-il bundan öncə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törətdikləri soyqırım zamanı 613 dinc insanın vəhşicəsinə qətlə yetirilməsi, 1275 nəfər əsir götürülməsi, girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması qeyd edilib. Bildirək ki, qəzet gündəlik 200 min tirajla çıxır.

MN düşmənin itkilərini gizlətməsinin səbəblərinə aydınlıq gətirib

1 Mart 2017 12:23

“Qoşunlarımız sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır".

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qətiyyətli addımlar atmalıyıq"

1 Mart 2017 12:01

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlar atmalıyıq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində çıxışı zamanı deyib.

Leyla Əliyeva Moskvada Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Əbədi xatirə" adlı gecədə iştirak edib 

1 Mart 2017 11:58

Fevralın 28-də Moskvada, "Ukrayna" mehmanxanasının konqres salonunda "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Əbədi xatirə" adlı gecə keçirilib.

Həmsədr: "Təmas xəttində son hadisələr danışıqları bir daha zəruri edir"

1 Mart 2017 11:55

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr regionda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi istiqamətində tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir.

Deputat: Ermənilər bu günədək sanksiyalar tətbiq olunmamasından həvəslənirlər

1 Mart 2017 11:33

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində beynəlxalq hüquq normalarına öz havadarlarına arxalanaraq məhəl qoymur.

Cəbhədə gərginlik səngimir

1 Mart 2017 11:17

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 17 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.

İrəvanda mitinqdir: “Əraziləri qaytar, münaqişəni həll et” – Sarkisyana QARABAĞ TƏLƏBİ

1 Mart 2017 10:22

Bu gün saat 18:00-da "Erməni Milli Konqresi" İrəvanda mitinq keçirəcək. Mitinq 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsinə həsr olunub.