Siyasət
Ekspert: Azərbaycan torpaqlarının işğalı davam etdikcə regionda gərginlik daha da artacaq
Azərbaycan torpaqlarının işğalı davam etdikcə regionda gərginlik qalacaq və daha da artacaq. Bunu Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı , politoloq Toğrul İsmayıl deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan və Ermənistanın problemi deyil.
Nazir müavini: “Ermənistan təmas xəttində gərginliyi artırmaqla sülh prosesinə zərbə vurur”
“Azərbaycanla Moldovanın ərazi bütövlüyünün pozulması iki ölkənin üzləşdiyi problemlərin oxşar cəhətidir”. Bunu Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy ilə görüşdə deyib.
Deputat: "Erməni hakimiyyəti bu cür təxribatlarla nüfuzunu bərpa etməyə çalışır"
Ermənistanın cəbhə xəttində təxribat törətməsi birinci dəfə deyil. Bunu millət vəkili Rauf Əliyev deyib. Millət vəkili bildirib ki, erməni tərəfi mütəmadi olaraq təmas xəttində təxribat törətməklə danışıqlar prosesini pozmağa çalışır:
Media rəhbərlərindən mətbuata çağırış
“Erməni mənbələrinin yaydığı məlumat, foto və videoların Azərbaycan resurslarında işıqlandırılması yaxşı hal deyil. Çünki müharibə şəraitində olan ölkənin resursları yalnız Müdafiə Nazirliyi tərəfindən yayılan rəsmi məlumatları yaymalıdır”. Bunu SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru və "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz deyib.
Britaniyadan QARABAĞ XƏBƏRDARLIĞI: qaçılmaz olan müharibə və sürpriz- TAKTİKA
“Qarabağda müharibə qaçılmaz görünür və Azərbaycan ərazilərini azad edəcək”. Bu barədə Böyük Britaniyada fəaliyyət göstərən “Jane's Intelligence” analitik mərkəzinin Dağlıq Qarabağda erməni hücumu nəticəsində başlanan gərginliklə bağlı hazırladığı məqalədə deyilir.
"Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən “fəal” münaqişələrdən biridir"
Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən "fəal" münaqişələrdən biridir. Bunu "Yeni Rusiya" hərəkatının rəhbəri Nikita İsayev deyib.
Prezident Mikayıl Müşfiqin abidəsinin sökülməsinə görə günahkarların cəzalandırılması barədə tapşırıq verib
“Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib”.
Cəbhə ilə bağlı təxribat xəbərlərini kim yayır?
Cəbhə xəttində baş verən sonuncu qarşıdurma ilə bağlı mətbuatda, sosial şəbəkələrdə növbəti dəfə də heç bir rəsmi təsdiqi olmayan müxtəlif rəylər, məlumatlar, videolar yayıldı. Cəbhədə hər dəfə gərginlik yarananda dövlətin müvafiq qurumları tərəfindən mətbuata və cəmiyyətə müxtəlif çağırışlar olmasına baxmayaraq, yenə də nəticə çıxarılmadı. Kimlərsə düşmən tərəfin yaydığı məlumatları ictimailəşdirərək cəmiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, bu prosesdə düşmən tərəfdən iştirak etdi.
Hərbi ekspert: "Ermənilər Azərbaycanı aktiv hücuma vadar edirlər"
"Ermənistan hakimiyyəti 2 aprel seçkilərində özünü göstərmək üçün Dağlıq Qarabağda təxribatları aktivləşdirib".
Prezident İlham Əliyev Pakistanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib.
Aydın Quliyev: "Cəbhədə baş verənlər Ermənistanın sistemli işinin tərkib hissəsidir"
“Ermənilərin cəbhə xəttində törətdikləri təxribatların hər birinin onlar üçün pərdəarxası mənası var”. Bunu Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Yıldırım: "Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır"
"Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür".
Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçildi
Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib. “OLAYLAR”-ın xəbəriunə görə, Qurultayda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim İbrahimov da iştirak edib. Qurultayı AAK-ın prezidenti Samira Patzer-İsmailova girişsözü ilə açdıqdan sonra Xocalısoyqırımı qurbanlarınınxatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputat ATƏT PA-da Xocalıdan danışıb
23-24 fevral tarixlərində Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası çərçivəsində bütün komitələrin birgə iclası keçirilib. İclasda Milli Məclisin deputatı Ülviyyə Ağayeva da çıxış edib. “Olaylar” xəbər verir ki, Ülviyyə Ağayeva çıxışı zamanı ATƏT PA-nın sessiyasında 1992-ci ilin fevralında xalqımıza qarşı törədilmiş hərbi cinayət-Xocalı soyqırımı haqqında danışıb.
Bosniya və Hersoqovina Prezidenti: “Bakı platformu müsbət təşəbbüslərin irəli sürüldüyü məkandır”
“Böyük çətinliklərin olduğu bir dövrdə bizi sülhün, tərəqqi və ədalətin olduğu dünyaya bir addım daha yaxınlaşdıran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir”. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuiat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədri Mladen İvanıç martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumu ilə bağlı verdiyi açıqlama belə deyib.














