Siyasət
İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir"
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Dünya dövlətləri xain metotlarla idarə edilməkdədir
2015-ci ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranını hələlik aradan qaldırmaq mümkün olmur. Düzdür, müəyyən mənada bu böhranı aradan qaldırmaq üçün cəhdlər göstərilsə də, lakin indiki halda ortada real nəticə yoxdur. Bəzi hallarda isə hətta bəzi ölkələr mövcud problemləri aradan qaldırmağa maraqlı görünmürlər. Bu isə öz-özlüyündə belə bir fikrin formalaşmasına gətirib çıxarır ki, əslində həmin dövlətlər qlobal iqtisadi problemlərin meydana gəlməsində maraqlıdırlar. Nədən ki, meydana çıxan problem onlara cüzi şəkildə təsir edir. Bəzi hallarda isə hətta bu situasiyadan yararlanmağa da müvəffəq olurlar.
Türkiyədən Ermənistana Qarabağ XƏBƏRDARLIĞI: “Səbrimiz tükənir”
"Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir"
"Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir". Bunu müsahibəsində rusiyalı ekspert, "Yeni Rusiya" ictimai-siyasi hərəkatının lideri, iqtisadçı Nikita İsayev deyib.
Ermənistan hakimiyəti can vermək üzrədir
Ermənistanın uzaq hədəflərə hesablanmış Dağlıq Qarabağda “komstitusiya referendumu” siyasəti fiaskoya uğradı. Qeyri-qanuni keçirilən “referendum”un nəticələri nəinki beynəlxalq təşkilatlar tərəfindən tanınmadı, əksinə, Ermənistan beynəlxalq ictimaiyyətin qınağına tuş gəldi. Separatçı rejimdə keçirilən “referendum”la Azərbaycanı təxribata çəkə bilməyən ermənilər indi də hərbi təxribata əl atıblar. Belə ki, fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma keçiblər.
Ermənistan dövləti silahlı birləşmələr üzərində nəzarəti itirib
Fevralın 24-dən 25-nə keçən gecədən etibarən bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətməyə cəhd edən Ermənistan silahlı birləşmələri beynəlxalq humanitar qanunları ayaq altına atdıqlarını bir daha nümayiş etdiriblər.
Bahçeli: "ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib"
"Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır". Bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Bahçeli deyib.
Rusiya və İsrail səfirlikləri Lapşinlə görüş müraciətlərinə cavab gözləyirlər
"Bakıdakı Rusiya və İsrail səfirlikləri ikili vətəndaşlığı olan bloger Aleksandr Lapşinlə görüş üçün Azərbaycan tərəfindən cavab gözləyirlər". Bunu Lapşinin vəkili Eduard Çernin deyib. Onun sözlərinə görə, məhkəmə prosesinin nə vaxt başlayacağı hələlik məlum deyil. Bundan başqa, vəkil qeyd edib ki, A.Lapşinin həyat yoldaşı ilə görüşüb-görüşməyəcəyi sual altındadır.
"Ermənistan təcavüzkar siyasətinə son qoymaq istəmir”
“Ermənistan-Azərbaycan cəbhəsində gərginlik əslində heç vaxt bitməyib. Çünki Ermənistan öz təcavüzkar siyasətinə son qoymaq istəmir”. Bunu millət vəkili Asim Mollazadə deyib. O bildirb ki, Ermənistan demək olar ki, tam özəlləşdirilib, amma onun arxasında dayanan qüvvənin təsiri ilə vəziyyəti gərginləşdirərək Azərbaycana təzyiq göstərmək istəyir: “Azərbaycan bir neçə istiqamətdə, ilk növbədə enerji sahəsində Avropa ilə əməkdaşlıq edir. Ölkəmizin böyük nəqliyyat layihələri var. Bütün bunlar isə Ermənistanı və onun havadarlarını narahat edir. Bu səbəbdən də atəşkəs rejimini mütamadi olaraq pozurlar”.
Qarabağdakı döyüşlərin 4 SƏBƏBİ: Putinin adamı BÜTÜN SİRLƏRİ AÇDI
Polkovnik Manuxin: "Azərbaycan ordusu torpaqların bir hissəsini də azad edərək irəli gedəcək"
"Ermənilər cəbhədə vəziyyəti belə gərginləşdirməkdə davam etsələr, bu onlara çox baha başa gələcək. Ən əsası odur ki, ermənilər çoxlu itkilər verəcəklər. Bu itkilər həm canlı qüvvədə, həm də silah və texnikada olacaq. Hətta mənə belə gəlir ki, Azərbaycan ordusu yenə də işğal altındakı torpaqların bir hissəsini də azad edərək irəli gedəcək və müdafiə xəttini nisbətən bərabərləşdirəcək. Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, onların atdığı hər hansı atəş cavabsız qalmayacaq, cavab zərbəsi onlar üçün sarsıdıcı olacaq.
"Ermənilərin itkiləri barədə videolar var" - Polkovnik
"Biz müharibə şəraitində yaşayırıq. Bu səbəbdən heç vaxt müharibənin olmayacağını deməmişik. Həmişə deyirik ki, müharibə ehtimalı yüksəkdir. Gündəlik fəaliyyətə baxsaq, görərik ki, döyüş bölgəsində daim atəşkəs pozulur. Sadəcə bu gah azalır, gah da çoxalır. Düşmən tərəfinin diversiya təxribat qrupları yenə də həmişə olduğu kimi vəziyyəti gərginləşdirir".
ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb
ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb. Bəyanat Nevada ştatının qubernatoru Brayan Sandoval tərəfindən imzalanıb. Sənəddə, onun "Xocalını Anma Günü" münasibətilə imzalandığı bildirilir.
Fransada Xocalı soyqırımının tanınması üçün PETİSİYA təqdim olundu
Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib. Petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub.
Azərbaycan hərbçisi şəhid olub
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.














