Siyasət

Uorlik: “Bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb”

28 Fevral 2017 12:06

“Beynəlxalq vasitəçilər atəşkəs rejiminə riayət olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinə kömək etməlidir”. 

Elman Nəsirov: "Sarkisyan bu hərəkəti ilə onsuz da olmayan nüfuzuna növbəti dəfə zərbə endirdi"

28 Fevral 2017 11:53

"Ermənistanın cinayətkar Sarkisyan rejimi təmas xəttində növbəti dəfə siyasi təxribata əl atıb". Bunu millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, bu təxribat bütün dünyanın gözü qarşısında baş verir: "Xocalı soyqırımının 25-ci ildönümündə Ermənistanın növbəti təxribatı düşünülmüş addımdır. Onlar bu təxribatla dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımından yayındırmağa cəhd etdilər. Onlar həm də bununla məsuliyyətdən yayınmaq istəyirlər. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistanda keçiriləcək 2 aprel seçkilərində daxili auditoriyanın diqqətini ölkənin problemlərindən uzaqlaşdırıb Dağlıq Qarabağa yönəltməyə çalışırlar. Ermənistanın niyyəti ondan ibarətdir ki, danışıqlar prosesi baş tutmasın, əgər baş tutarsa, gərginlik fonunda baş verərsə, danışıqlarda fundamental məsələlər diqqətdən kənarda qalsın və əsas məsələ atəşkəsin bərpası ilə bağlı olsun".

Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

28 Fevral 2017 11:47

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Cəbhədə gərginlik davam edir

28 Fevral 2017 11:30

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin qumbaraatanlardan da (cəmi 68 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub. Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Şəhid atası: “Təssüf ki, o, övladını görə bilmədi”

28 Fevral 2017 11:26

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli – Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərov Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub. “Olaylar” xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları,  Milli Məclisin deputatı Musa Qasımlı, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib. Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb. 

Deputat: "Beynəlxalq aləm bu məsələyə ciddi qiymət verməlidir" 

28 Fevral 2017 11:20

“Ermənistanın Sarkisyanın rəhbərliyi ilə cəbhədə təxribatlara əl atmasında məqsəd ölkəsində keçiriləcək seçkilərdə müəyyən qədər uğur qazanmaqdır”. Bunu deputat Rövşən Rzayev deyib.

Millət vəkili: “Ermənistanın təxribat törətməyə əsgəri qalmayacaq” 

28 Fevral 2017 11:18

“Son günlər erməni təxribatlarının aktivləşməsini Ermənistandakı siyasi qeyri- stabillik ilə əlaqələndirərdim. Günü –gündən zəifləyən və iqtisadi problemlərin girdabına batmış Ermənistan Qarabağda təxribatlar törətməklə ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir”. Bunu  millət vəkili Azər Badamov deyib.

Baş redaktor: “Milli maraqlardan sui-istifadə edənlərə qarşı addımlar atılmalıdır” 

28 Fevral 2017 11:15

“Təəssüf ki, cəbhədə baş verən hadisələr haqqında Müdafiə Nazirliyindən dəqiqləşdirilməmiş, yalan məlumatların yayılması ilə bağlı yenə də sosial şəbəkələrdə kifayət qədər problemlər oldu. Bununla yanaşı, özlərini peşəkar adlandıran bəzi internet saytları və rəhbərləri Ermənistan mətbuatının yaydığı məlumatlara istinad edərək xəbər yayırdılar. Onların əksər hissəsi isə təxribat xarakterli məlumatlar idi”. Bunu  “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Cəbhədən XƏBƏR VAR

28 Fevral 2017 10:39

Növbəti erməni təxribatı

28 Fevral 2017 09:15

Azərbaycan prezidenti: “Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”

27 Fevral 2017 19:21

“Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə keçirdiyi görüşdə deyib.

Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

27 Fevral 2017 18:35

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dominikan Respublikasının prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.

Ermənilər xoflanıblar: "Biz müharibəyə hazır deyilik: başlasaq, uduzacağıq"

27 Fevral 2017 18:30

Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər yaşanan olaylar, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin bir neçə istiqamətindən hücuma keçmək cəhdləri və ağır cavab alaraq geri çəkilmələri rəsmi İrəvanın aqressiv planlarının arxivə yollanmadığını göstərir. Ermənilər işğal etdikləri ərazilərdən irəliləməyə, ordumuzun mövqelərini ağır və reaktiv artilleriya sistemlərindən, iriçaplı minaatanlardan və pulemyotlardan atəşə tutmaqla yeni mövqelər qazanmağa çalışırlar.