Siyasət
BQXK Azərbaycan hərbçilərinin nəşinin döyüş meydanından çıxarılması barədə məlumat yayıb
Təmas xətti boyu baş vermiş hadisə zamanı həlak olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildirilib.
Donald Tusk: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil”. Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”.
Almaniyanın Sosial-Demokratlar Partiyası və Bundestaqın Cənubi Qafqaz Qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Almaniyanın Sosial- Demokratlar Partiyasının Bundestaqdakı fraksiyası Xocalı soyqırımın 25-ci ildönümü münasibəti ilə bəyanat yayıb.
Erməni analitik Sarkisyan rejimini və müxalifəti "topa" tutdu İTTİHAM
“Ermənistanda saxtakarlıq yalnız siyasi arenada deyil, özü-özülüyündə bu arenanın kriteriyalarında da mövcuddur”. Bu fikirləri Ermənistanın 1.in.am saytında analitik yazar Aram Amatuni yazdığı yazısında qeyd edib. O, bildirib ki, Ermənistanda hər şey süni və saxtadır. SİTAT: “Bu kriteriyalardan biri də budur ki, əgər kimsə hər hansı müxalif gücləri tənqid edirsə, o hakimiyyətin iradəsini həyata keçirən tərəfə çevrilir - hazırki məqamda isə Serj Sarkisyanın. Halbuki bu fikirləri elə müxalifətin özü istehsal edir”.
İsrailli ekspert: "Ermənistanın növbəti təxribatı göstərir ki, bu ölkə regiondakı sabitlikdə maraqlı deyil"
"Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində Ermənistanın törətdiyi növbəti təxribat bir daha onu göstərir ki, bu ölkə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpa olunmasında maraqlı deyil".
Qənirə Paşayeva Boluda Daqlıq Qarağdan danışıb
Türkiyənin Bolu vilayətində Bolu bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı: Unutmadıq, unutmayacağız və unutturmayacağız” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib.
"Ermənistanın son təxribatına..."
Ermənistan Silahlı Qüvvələrinin Xocalı soyqırımının 25-ci ildönümündə cəbhə xəttində növbəti təxribat törətməsinə beynəlxalq təşkilatların susqunluğu münaqişənin həllində yenə də ikili standartları göstərir.
Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından çıxarılıb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.
MN: Hərbçilərimizin meyiti ermənilərin əlində deyil ki, onlar da bizə qaytarsınlar
Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib.
Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında "Ermənistan körpüsü"
Qlobal miqyasda geosiyasi proseslərin sürətlənməsi ilə müxtəlif regionlarda mümkün dəyişikliklər daha da aktuallaşır. Sirr deyil ki, 2017-ci il Qərblə Rusiya arasında intensiv siyasi dialoqla başlayıb. Tərəflər müxtəlif aspektləri müzakirə edirlər, lakin hələlik ziddiyyətlər üstünlük təşkil edir.
"Ermənilərə o dərsi yenidən keçməyə hazırıq"
"Cəbhə xəttində təxribatlar törətmək, Azərbaycan mövqelərinə məqsədli şəkildə hücumlar təşkil etmək, əldə edilmiş razılıqları pozmaq Ermənistana xas olan bir məsələdir".
“Erməni tələsinə düşən media orqanlarına qarşı lazımı tədbirlər görüləcək”
“Təəssüf ki, Azərbaycan mediasında hələ də Ermənistanın təxribat törətdikləri anda sınaqdan üzü ağ çıxmayan, virtual aləmdə fəaliyyət göstərən media orqanları var. Bu məsələ Ermənistanın son təxribatı zamanı da özünü göstərdi”. Bunu “Bakı- Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Özbəkistanın hilol.uz portalı Xocalı soyqırımından yazıb
Özbəkistanın hilol.uz portalı Xocalı faciəsi haqqında özbək dilində material yayıb. Materialda Azərbaycanın Xocalı şəhərinin tarixi haqqında məlumat verilir, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin bu şəhərdə törətdikləri soyqırımı haqqında danışılır.
Gürcüstan azərbaycanlıları Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından məmnundur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə gün əvvəl Heydər Əliyev Fondunun prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsi təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük sevinc və ruh yüksəkliyinə səbəb olub.
Gereral Vasyak: "Ermənistan hərbçilərinə xüsusi tapşırıq verilib"
"İrəvanın və Xankəndinin hərəkətlərinə siyasi qiymət verməyə ehtiyac yoxdur. Çünki onlar öz hakimiyyətini istənilən yolla qoruyub saxlamaq üçün "ağıllı strategiyaları" barədə bu gün hətta evdar qadınlar və məktəblilər də bilir. Məni isə hərbçi insan kimi, bu il fevralın 25-nə keçən gecə cəbhədə baş vermiş toqquşmaların soyuqqanlı təhlili daha çox narahat edir. Çox az adam bilir. Amma Ermənistan rəhbərliyi tərəfindən hərbi dairələr qarşısında cəbhədə heç olmasa hər hansı bir lokal uğur qazanmaq barədə tapşırıq qoyulub. Ermənistandan xüsusi təyinatlı bölmələrin döyüş əməliyyatları zonasına atılması və qoşunların təmas xəttində saysız-hesabsız və ardı-arası kəsilmədən diversiya hərəkətlərinə cəhdlər buna sübutdur".














