“Exit-pol”un nəticələri açıqlandı - Sarkisyanın partiyası öndədir
3 Aprel 2017 06:35 SiyasətErmənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar "Erkir media" telekanalının sifarişi əsasında "Baltic Surveys/The Gallup Organization" şirkətinin keçirdiyi "exit-pol"un nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, "Exit-poll" 125 məntəqədə 19130 seçici arasında keçirilib.
Hakim Respublika partiyası 46 faiz, "Tsarukyan" bloku 25 faiz, "Yelk" bloku 10 faiz səs toplayıb. Dördüncü yerdə yeddi faiz səslə "Daşnaksutyun" partiyası qərarlaşıb.
Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31