Siyasət
Qarabağda böyük müharibə başlayacaq?
Birinci vitse-prezident Mehriban Əliyevadan ilk vacib qərarlar
Zakir Həsənov Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadəın verdiyi xəbərə görə, Bakıda Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlərin əsas müzakirə mövzusu olduğu görüşdə ölkələrimiz arasında hərbi təhsil, xüsusilə də Silahlı Qüvvələrimizin nümayəndələrinin “Hərbi ingilis dili kursu”nda iştirakı barədə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq Planı imzalanıb
Martın 9-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Teatr xadimlərinə fəxri adlar verilib
Azərbaycan Prezidenti İlham Əliyev teatr xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Mehriban Əliyeva: “Əsas məqsəd Bakı və Sumqayıtda 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir” - YENİLƏNİB
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.
Lütfi Zadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
ABŞ-ın Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir
“Azərbaycan-İran münasibətlərinin inkişafı bütövlükdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəmlidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov səsləndirib.
AŞPA-da Soros və erməni işbirliyi: kəşfiyyat mərkəzi Azərbaycana düşmən şəbəkəni İFŞA ETDİ
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA), ATƏT-də və digər qurumlarda Azərbaycanla bağlı qərəzli, aqressiv sənədlərin, qətnamələrin və bəyanatların qəbul olunmasında, xüsusilə də insan haqları və söz azadlığı prinsiplərinin qorunması ilə məşğul olduqlarını iddia edən strukturların rəsmi Bakıya qarşı yönəlmiş fəaliyyətini yenidən sübut etməyə ehtiyac yoxdur.
“Washington Times”: ABŞ Qarabağı işğal edən Ermənistanın maliyyələşdirilməsini dayandırmalıdır
Vaşinqton rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, USAID Qarabağı işğal edən Ermənistana illik maliyyə yardımını dayandırmalıdır.
Ermənistanlı fəlsəfə elmləri doktoru Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi, hazırda İrəvanda yaşayan Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.
Türkiyəli ekspert: “İqtisadi baxımdan Orta Asiya ölkələrinin Rusiyadan üz döndərmələri mümkün deyil”
“Keçmiş Sovet İttifaqından qalma münasibətlərin davamı kimi Orta Asiyadakı türk ölkələrinin Rusiya ilə münasibətləri müstəqillik dövründə də isti olub. Burada Qazaxıstan və Qırğızıstanı xüsusi qeyd etmək lazımdır. Özbəkistan müəyyən vaxtlarda bəzi təşkilatlara üzv olub, daha sonra ayrılıb və keçmiş prezident İslam Kərimovun dövründə ABŞ-la bəzi müqavilələr çərçivəsində əməkdaşlıq qurub. Orta Asiyanın türk cümhuriyyətləri içərisində Qazaxıstanın Rusiya ilə əlaqələri daha ön plandadır”.
Qarabağ problemini Rusiya ilə müzakirə etmək məcburiyyəti
Keçən ayın sonlarında ermənilərin cəbhə xəttində həyata keçirdikləri növbəti təxribat və çoxsaylı əsgər ölümünə səbəb olan kiçikmiqyaslı döyüşlərdən sonra Kreml yenidən Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik səyləri artırmağı qərarlaşdırıb. Hər halda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu günlərdə Moskvaya dəvət edilməsi, mart ayının ortalarında isə Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir Putinin qəbuluna dəvət olunması belə deməyə əsas verir. Ancaq cərəyan edən proseslərdən gəlinən qənaət ondan ibarətdir ki, Kremlin bu dəfəki diplomatik fəallığı heç də keçən ilin aprelindəki kimi deyil. Belə ki, keçən ilin aprelində cəbhədə yaşanan 4 günıük hərbi əməliyyatlardan sonra Moskva daha aktiv şəkildə dövriyyəyə girərək tərəflər arasında hansısa bir razılaşmanın əldə edilməsinə səy göstərmişdi. Hazırda isə Kremlin təşəbbüsü yalnız görüntü xarakteri daşıyır. Elə ekspertlər də bu qənaətdədirlər.
ABŞ səfiri: "Dağlıq Qarabağ problemi çox uzandı"
“Dağlıq Qarabağ problemi çox uzandı. Münaqişənin hərbi yolla həlli mümkün deyil”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.














