Siyasət

Deputat: “Qəlyanın içinə uyuşdurucu xarakterli maddələr atırlar ki…”

10 Mart 2017 15:43

"Bu gün gənclərimizi zəhərləyən və kütləvi şəkildə yayılan təhlükəli viruslardan biri də ayrı-ayrı çayxanalarda, kafelərdə, restoranlarda təklif olunan sulu qəlyanlardır. Xüsusilə də, gənclərin orqanizmi üçün yeni xəstəliklərə rəvac verən qəlyan çəkmə vərdişinə alışdırmaq kimi məqsədyönlü fəaliyyət göstərən şəbəkənin də olduğunu açıqca söyləmək olar”. “Olaylar” xəbər verir ki. bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilk missiyasını davam etdirməyə hazırdır

10 Mart 2017 15:08

Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik missiyasını davam etdirmək niyyətindədir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ üzrə əvvəlki bütün razılaşmaların gözlənilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm addımdır.

“Azərbaycan güzəştə gedə biləcəyi ən son nöqtəni belə göstərib”

10 Mart 2017 14:49

“Son günlər keçirilən bir sıra yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir ümidverici fikir səsləndirilməyib”.  Bunu siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli deyib. O bildirib ki, xüsusilə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərin razılaşmadan çox uzaq olduğunu bildirməsi danışıqlar prosesinin davam etdirilməsində müəyyən ciddi problemlərin olduğunu ortaya çıxardı: “Tərəflər arasında razılaşdırılmayan məsələlər fundamental xarakter daşıyır və tənzimlənmə prosesinin təməl sütununu təşkil edir. Əgər onlar ətrafında razılaşma yoxdursa, digər məsələlərin hamısı təfərrüatdır. Yəni xırda detallardır ki, bunlar da müəyyən qədər razılaşdırılıb.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanun dəyişdirildi  

10 Mart 2017 13:50

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklərə baxılıb.

Erməniləri qorxudur, Rusiyanı aldadır, Avropanı dolayır...

10 Mart 2017 13:36

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan "France Press" agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu "Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə" çağırıb. Sarkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib: "Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb"

Ekspert: “Əvvəl-axır Sarkisyan konstruktiv mövqeyə gəlməyə məcbur olacaq”

10 Mart 2017 12:54

“Ümumiyyətlə son zamanlar Ermənistanın xarici siyasətindəki çirkin əməllər daha qabarıq şəkildə görünməkdədir”. Bunu  beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Azərbaycan- İran-Türkiyə yaxınlaşması MÜNASİBƏT

10 Mart 2017 11:58

“Həm Azərbaycan Prezidentinin səfəri, həm də bundan öncə Bakıda baş tutan Azərbaycan İran, Rusiya üçtərəfli görüşü Azərbaycan-İran münasibətlərində böyük əhəmiyyətə malik oldu. İran və Rusiya güclü qonşu dövlətlərdir. Bu iki dövlətin arasında Azərbaycanın sayılıb-seçilməsi, onlarla eyni bloka cəlb edilməsi, qoşulması ölkəmizin diplomatiyasının və dövlət başçısının xarici siyasətinin uğurlarıdır”. Bunu SİA-ya açıqlamasında deputat Çingiz Qənizadə deyib.

Qənirə Paşayevadan müraciət

10 Mart 2017 11:48

“Anar adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub. Bildirmək istəyirəm ki, mənim bu adlı qohumum və ya işçim yoxdur və bu adamın mənimlə heç bir əlaqəsi yoxdur. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm”. Bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

Düşmən snayperləri işə saldı

10 Mart 2017 11:46

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.

Prezident İlham Əliyev Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib

10 Mart 2017 11:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını dedi.

"Lapşin istintaqın gedişindən narazı deyil"

10 Mart 2017 11:24

İsrail səfirliyinin əməkdaşları Aleksandr Lapşin ilə görüşüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, səfirlik nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında A.Lapşinlə görüşüb, onun səhhəti və saxlanma şəraiti ilə maraqlanıblar: "Martın 9-da mən təcridxanada Lapşinlə görüşdüm. Heç bir şikayəti yoxdur, vəziyyəti normaldır. İstintaqın gedişindən narazı deyil. O, istintaqın yekunlaşmasını gözləyir". E.Çernin bildirib ki, A.Lapşin anası ilə telefon əlaqəsi də saxlayır.

Azərbaycan Ermənistanın Lapşinlə bağlı iddiasına CAVAB VERDİ

10 Mart 2017 11:22

Azərbaycanda bloqqer Aleksandr Lapşinin saxlanması ATƏT-in məsələsi deyil.  Bu sözləri Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Ermənistanın ATƏT-in Daimi Şurasında Aleksandr Lapşin məsələsini qaldırması ilə bağlı bəyanatında deyilir.

“Sarkisyanın səfəri münaqişənin həlli istiqamətində heç bir rol oynamayacaq”

10 Mart 2017 11:13

“Martın 6-da Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər etdi və həmkarı Fransua Ollandla bir sıra məsələləri müzakirə etdi. Sözsüz ki, ən əsas məsələlər içərisində birincisi Sarkisyanın aprelin 2-də parlament seçkiləri öncəsi vəziyyəti ona ətraflı izah etməsi və sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durumu müzakirə etməsi olduğunu düşünürəm. Diqqət yetirdinizsə, yenə "köhnə val, köhnə musiqi". Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.