Siyasət

Perspektivli və böyük imkanlar vəd edən səfər

9 Mart 2017 12:02

Son aylarda Azərbaycan xarici siyasət sahəsində bir sıra mühüm addımlar ataraq həm Qərb, həm də Şərqlə əməkdaşlığı genişləndirir. Dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl Avropanın siyasi paytaxtı sayılan Brüsselə səfər edərək Avropa Komissiyasının rəsmiləri ilə görüşlər keçirməsi, bunun ardınca isə Qətər və Pakistana səfər etməsi, hər üç səfər zamanı tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair müzakirələrin aparılması deyilənlərin əyani sübutudur.

Azərbaycan diasporu Sərkisyanın Fransa səfərinə etiraz etdi

9 Mart 2017 11:51

Azərbaycan doapor təşkilatları Martın 8-də Parisin mərkəzində Trokadero meydanı “İnsan hüquqları esplanad”ında Ermənistan preidenti S.Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, "Paris Azərbaycan Evi"nin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

119 dəfə atəşkəs rejimi pozulub

9 Mart 2017 11:47

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.

Mübariz Əhmədoğlu: “Rusiya İran üçün favorit dövlətə çevrilib”

9 Mart 2017 11:39

“Rusiya hal-hazırda İran üçün favorit dövlətə çevrilib. İrana qarşı xaricdən olan ən böyük təzyiq ABŞ tərəfindəndir. Donald Tramp İranı terrorçu dövlət adlandırdı və onun İranı hədələməsinə cavab olaraq İran tərəfi ballistik raketlərin sınağını keçirdi. ABŞ İrana xəbərdarlıq etdi və raket sınağının BMT TŞ qətnamələrinə zidd olduğunu bildirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

“İran Ermənistana qarşı siyasətini dəyişdirir”

9 Mart 2017 11:15

“Rusiya, Qərb və İranın təsirlərinin Ermənistan üzərində çarpaz kəsişməsi dövrü başladı. Ermənistan rəhbərliyinin yeni siyasi aktivliyi belə vəziyyət yaratdı. Ermənistan Rusiya ilə əlaqələrinə yeni dinamizmlə yanaşı, paralel olaraq İran və Qərblə də münasibətlərində yeni dinamizm yarada bilib”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

“Ermənistanda seçkilərlə bağlı böyük ictimai narazılıqlar yaranıb”

9 Mart 2017 11:14

“Ermənistan sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəmir. Ona görə də danışıqlardan yayınırlar, razılaşmalarını icra etməyərək təxribatlar yolu ilə status-kvonu saxlamaq istəyirlər. Yəni, işğalçılıq prosesinin müddətini uzatmaq istəyirlər. Bir neçə müddət əvvəl Dağlıq Qarabağda "referendum" keçirilmişdi və istəyirdilər ki, beynəlxalq ictimaiyyət bunu dəyərləndirsin, dəstəkləsin. Amma əksinə heç bir ölkə və beynəlxalq təşkilat Qarabağda keçirilən referendumu tanımadı və Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş torpaqımızda seçkinin keçirilməsini beynəlxalq hüquq normalarına zidd olduğunu ifadə etdilər. Bunu da həzm edə bilməyən Ermənistan təxribatlara əl atır”. Bunu  millət vəkili Azər Badamov deyib.

Susun ki, Vətən qazansın!

8 Mart 2017 08:02

"Azərbaycan enerji təminatının şaxələndirilməsində Almaniyanın strateji tərəfdaşıdır"

7 Mart 2017 18:49

Azərbaycan və Almaniya xarici işlər nazirləri arasında diplomatik əlaqələrin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib.

“Mehriban Əliyeva Birinci vitse-prezidentliyə başlamamışdan əvvəl xalqa hesabatını verib”

7 Mart 2017 18:24

“Mehriban Əliyevanın Heydər Əliyev ideyaları ilə silahlanaraq, milli mənəvi dəyərlərimizə söykənərək, peşəkarlığından, işgüzarlığından və prinsipiallığından istifadə edərək üz-üzə dayanmış iki dünyanı - Qərblə Şərqi, sivilizasiyaların, mədəniyyətlərin bir araya gətirmək istiqamətindəki səyləri dünyada olan düzənin, nizamın yaxşılaşması və harmoniyanın olması üçün çox böyük faydalı bir fəaliyyətdir”.

Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib

7 Mart 2017 17:58

Bu gün Avropa Birliyinin paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında “Avropa İttifaqı - Azərbaycan əlaqələri – münasibətlərin daha yüksək səviyyəsinə doğru” başlığı altında siyasi dinləmələr keçirilib.

Deputat: "Birinci vitse-prezident Mehriban Əliyeva bu yüksək vəzifəyə layiq olduğunu uğurlu fəaliyyəti ilə sübuta yetirib"

7 Mart 2017 16:49

"Çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə ürəkdən təbrik edirəm. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Əlbəttə, mən bir millət vəkili olaraq, Mehriban xanım Əliyevanın ölkəmizi və Azərbaycan qadınını bütün dünyada yüksək səviyyədə təmsil etməsindən və bu yolda əldə etdiyi uğurlardan qürur hissi keçirirəm".  Bunu deputat Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında deyib.