Siyasət
Sarkisyanın hərəkəti Moskvanı özündən ÇIXARTDI: Putindən QARABAĞ CƏZASI
"Ermənistanla danışıqlar dayanıb" - XİN
"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb". Bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".
Bir həbsin səbəb olduğu düşüncələrim
Elə adamlar olur ki, onlar haqqında yazmağım gəlmir. Çünki buna layiq olduqlarını düşünmürəm. Səs-küyləri olur, özlərini hansısa yollarla ictimai rəyə sırımağa çalışırlar, amma baxırsan ki, içi boş qazan kimi bir şeydirlər. Ona görə də qələmimi elə adamlara bulaşdırmaq istəmirəm. Amma bəzən aldadılmış ictimai rəyin belələrinə aldanmağa meyllərini gördükdə düşünürəm ki, o cür adamların deyil, aldadılmaq üzrə olan ictimai rəyin xatirinə mən də bir münasibət bildirim.
Dmitri Medvedyev Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması sosial sifarişdir
Martın 7-də Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib. Öncə spiker Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, Mehriban xanım 12 ildir ki, parlamentdə deputat kimi fəaliyyət göztərir. O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb.
Ermənistan: "geosiyasi turbulentlik" və regional risk mənbəyi
Dünya siyasətində müşahidə edilən bir sıra proseslər rəsmi İrəvanı xeyli çətinliyə salıb. Son günlər erməni mətbuatı həmin hadisələrə reaksiyanı ifadə edən yazılar dərc edir. Hiss olunur ki, orada siyasi-ideoloji təfəkkürdə inersiya davam edir və heç bir yeniləşmə yoxdur. Böyük geosiyasi güclərin atdıqları addımları birtərəfli və yanlış kontekstdə təqdim etməyə çalışan erməni ekspertlər Ermənistanın regiondakı rolu barədə də absurd tezislər irəli sürürlər. Bu zaman onlar bölgənin İran, Türkiyə və Rusiya kimi böyük dövlətlərinin xarici siyasətini təhrif edirlər. Ayrıca, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət kursuna ləkə salmağa cəhd göstərirlər. Təbii ki, bütün bunlar acı təəssüfdən başqa bir şey yaratmır. Çünki söhbət bütövlükdə Cənubi Qafqazın taleyindən gedir və bunda hər kəsin məsuliyyəti vardır. "Geosiyasi turbulentliyə" düşüb, hərəkət məntiqini və istiqamətini itirən Ermənistan faktiki olaraq region üçün risk mənbəyinə çevrilib. Qəribədir ki, buna ABŞ, Rusiya və Fransa həmsədr dövlətlər kimi ciddi reaksiya vermirlər. Belə gedişat nələrlə sonuclana bilər?
Aprel müharibəsi: tanklara tökməyə dizel yox imiş...
Ermənistanın baş naziri Karen Karapetyanın bu günlərdə ötən il Qarabağdakı aprel döyüşləri zamanı erməni ordusunun yanacaq problemi ilə üzləşdiyi barədə sensasion bəyanatı ilə bağlı qalmaqal səngimir.
“Bütün Qərb mətbuatı Mehriban Əliyevanın sanballı töhfələrini alqışlayır”
“Mehriban xanım, Sizi Azərbaycanın birinci vitse-prezidenti təyin edilməyiniz münasibəti ilə təbrik edirəm. Bu məsuliyyətli dövlət işində Sizə uğurlar arzu edirəm”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.
“Prezidentimizin ən yaxın silahdaşı kimi, ona yardımçı olacaq”
“Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Mehriban xanımın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq”.
General Patruşev Qarabağdakı eskalasiyanı İrəvanda müzakirə edib
Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşevin İrəvana ötən gün başlayan və bu gün də davam edən səfəri zamanı əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi zonasında gəginliyin artması olub.
Deputat: “Mehriban Əliyeva Azərbaycanı boykot edənləri və ona dəstək verənləri utandırdı”
Mehriban xanım Əliyeva təşkilatçılıq qabliyyəti ilə Azərbaycanın düşmənlərini və ona dəstək verənləri utandırdı. “Olaylar” xəbər verir ki, bu fikri millət vəkili Fəzail İbrahimli Milli Məclisin bu gün keçirilən iclasında Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı çıxışı zamanı deyib. Onun sözlərinə görə, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini kənara qoyub, təkcə dünya və Azərbaycan tarixində şərəflə yazılacaq Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabliyyəti və bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adınızı yazdırmış oldunuz.
Siyavuş Novruzov: “Mehriban Əliyevanın birinci-vistse prezident seçilməsi cəmiyyətin sosial sifarişi idi”
Millət vəkili Siyavuş Novruzov parlametin plenar iclasında Mehriban Əliyevanın birinci-vistse prezident seçilməsini cəmiyyətin sosial sifarişi kimi qiymətləndirib.”Olaylar”ın xəbərinə görə, o, bu təyinatı eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının bariz nümunəsi kimi dəyərləndirib. O, qeyd edib ki, bu təyinat hakim partiya üçün ikiqat sevinclidir. Çünki 2013- cü ildə M. Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi ilə o, YAP-ın fəaliyyətinə yeni impuls verib.
“Azərbaycanın hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam”
“Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib. O bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.














.jpg)