Siyasət

Washington Times: "ABŞ Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını alqışlamalıdır"

7 Mart 2017 12:58

Bu gün qadınların öz hüquqları üçün mübarizə apardığı müsəlman dünyasında Azərbaycan Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması ilə irəliyə tarixi addım atmış oldu.

Ekspert: “Bizim də səbrimizin bir sonu var”

7 Mart 2017 12:23

“Son günlər cəbhə xəttində baş verənlər bizi əsla aldatmamalıdır. Mən düşmənin aktiv hərəkətlərinin bir qədər səngiməsini nəzərdə tuturam. Prinsip etibarı ilə Ermənistan öz çirkin məqsədinə qismən nail oldu. Mən onların qan axıtmasını nəzərdə tuturam. Dərhal da ATƏT-in Minsk qrupunun səsi çıxdı. Bildiyim qədər onlar bu gün Bakıya gəlirlər. Necə deyərlər, hə nə olsun? Biz bu biveclərin o qədər belə mənasız, yorucu səfərlərinin, bezdirici, heç bir konkretikaya hesablanmayan bəyanat və söz yığnağını çox eşitmişik. Bu də olacaq növbəti bir hiyləgər addım. Guya bunlar iş görürlər”. Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Politoloq: “Ermənistanın əsas məqsədi əraziləri işğalda saxlamaqdır”

7 Mart 2017 12:21

“Ermənistanın Azərbaycana qarşı təhdidləri işğalçı ölkədə keçiriləcək seçkilərlə bağlıdır. Serj Sarkisyan bununla öz partiyasına səs yığmağa çalışır. Orada qərb klanı ilə rusiyapərəst qüvvələr arasında siyasi qütbləşmə dərinləşir. Ermənilərin təhdidləri və təxribatlarının məqsədi işğal etdikləri ərazilərə qanunsuz səfər edən Avropa Parlamentinin üzvləri və xarici dövlətlərdən gəlmiş nümayəndələrə cəbhədə daim atışma, qeyri-stabil vəziyyət göstərmək və bunun da günahkarının guya Azərbaycan olmasını bildirməkdir”. Bunu  siyasi şərhçi Arzu Nağıyev deyib.

Mehman Hüseynov məsələsini siyasiləşdirmək cəhdi İFLAS

7 Mart 2017 12:18

Demokratiyanın vacib elementlərindən hesab olunan söz və mətbuat azadlığının təmin olunması, müstəqil mətbuatın inkişafı dövlətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Konstitusiyanda və digər qanunvericilik aktlarında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə geniş yer verilib. Konstitusiyanın imkan verdiyi prinsiplərə əsaslanmaqla, hər kəs informasiyanı əldə edib, onu yaymaq hüququna malikdir. Amma gəlin razılaşaq ki, bəzən informasiyanın əldə edilib, yayılması prosesində qərəzkarlığa yol verilir, şər və böhtan məlumatlara daha çox üstünlüyün verilməsinə cəhdlər göstərilir.

Bir gəncin faciəsi: Mehman Hüseynovu kim və niyə alət etdi?

7 Mart 2017 12:09

1944-cü ilin iyulun 31-də Antuan de Sent-Ekzüperinin təyyarəsi Korsika adasındakı Borqo aerodromundan səmaya qalxdı və bir daha geri dönmədi.

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb

7 Mart 2017 11:52

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb. Petisiyanın müəllifi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovdur.  O. Kuznetsov petisiyanın Rusiya Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcəyini bildirib. 

İsrailli ekspert: "Suriya və Qarabağ münaqişələri dünya ictimaiyyətinin çağırışlara cavab verməyi bacarmadığını göstərir"

7 Mart 2017 11:45

“Suriya münaqişəsi artıq regional deyil, beynəlxalq münaqişəyə çevrilib”. Bu sözləri Azərbaycanda səfərdə olan Tel-Əviv Universitetinin prorektoru, Orta Şərq üzrə ekspert Eyal Zisser deyib. O xatırladıb ki, Suriyamünaqişəsində təkcə suriyalılar deyil, dünyanın bir çox yerindən könüllülər döyüşür: “Suriyamünaqişəsi hazırda cəmiyyətin radikallaşması şəklində təzahür edir. Əvvəllər bu, Suriyada yox idi. Münaqişə təbii kataklizmlərdən baş verib. Neçə illik quraqlıq səbəbindən fermerlər mitinq keçirməyə başladılar və bu, getdikcə hökumət əleyhinə aksiyalara çevrildi. İnsanlar radikallaşmağa başladılar. Burada təbii ki, xarici qüvvələrin də təsiri oldu. Bu ölkənin məsələsi regional stabilliyin təmin olunmasında aparıcı rol oynayır”.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

7 Mart 2017 11:40

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.

Müdafiə naziri qadınları təbrik etdi

7 Mart 2017 11:36

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. “OLAYLAR”-ın xəbərinə görə, nazir 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edir və ən xoş arzularımı bildirir.

MUHARİBƏ BAŞLAYIR

7 Mart 2017 09:07

Müşfiq Ələsgərli: “Mehman Hüseynovun hərəkətlərində ciddi qanun pozuntuları var”

6 Mart 2017 19:07

“Özünü “beynəlxalq təşkilat elan etmiş”, reallıqda isə eyni siyasi şəbəkənin üzvü olan və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmaq ənənəsi yeni deyil”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.

Politoloq: "Hər kəs törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verməlidir"

6 Mart 2017 18:42

"Hər bir şəxs törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verir. Mehman Hüseynov da etdiyi əməlinə görə həbs edilib”. Bunu  politoloq Arzu Nağıyev deyib.

“Fazil Mustafa: “Bu həbsin siyasiləşdirilməsinə heç bir səbəb yoxdur"

6 Mart 2017 18:40

“Mehman Hüseynovun həbsinin siyasiləşdirilməsinin heç bir mənası yoxdur. Bundan kimsə dövlət əleyhinə istifadə etməyə çalışmamalıdır”. Bunu millət vəkili Fazil Mustafa deyib.

Aydın Mirzəzadə: “Qanun qarşısında hamı bərabərdir"

6 Mart 2017 18:35

“Ümumiyyətlə, Mehman Hüseynov kimilərini beynəlxalq təşkilatlar müdafiə etmir. Onu və onun kimi digərlərini xaricdəki müəyyən qeyri-hökumət təşkilatları (QHT) müdafiə edir. Maraqlananda isə həmin QHT-lərin bu çağırışlarında siyasi motivlərin olduğunu görərik”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.