Alban dövlətinin erməniləşdirilməsinin qarşısı alınmalıdır
Ermənilərin erməni adını oğurlayan Haylar olmaları və Türklərə məxsus alban mədəniyyətini özününküləşdirdiklərini ifşa etmək, daha böyük bir erməni yalanını dünyaya anlatmaq baxımından bu gün Azərbaycan dövləti gecikmədən öz tarixi olan Albaniya dövlətinin tarixinin ətraflı araşdırılmasını təşkil etməlidir.
10 Aprel 2017 11:11 SiyasətErmənilərin erməni adını oğurlayan Haylar olmaları və Türklərə məxsus alban mədəniyyətini özününküləşdirdiklərini ifşa etmək, daha böyük bir erməni yalanını dünyaya anlatmaq baxımından bu gün Azərbaycan dövləti gecikmədən öz tarixi olan Albaniya dövlətinin tarixinin ətraflı araşdırılmasını təşkil etməlidir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə müstəqil ekspert Rövşən Məmmədli çıxış edib. O, bildirib ki, Azərbaycan Alban dövlətinin mədəniyyətinin varisi olmasını dünyaya faktlarla göstərməlidir: "Babalarımızın müqəddəs saydıqları Vənglərin, məbədlərin bu gün saxtalaşdırılaraq erməni kilsələrinə çevirilməsi və dünyaya erməni mədəniyyətinin nümunələri kimi təqdim edilməsi yolverilməzdir. Buna qarşı bizim ziyalılarımız, xüsusilə tarixçi alimlərimiz, milli mədəniyyətin inkişafına və qorunmasına cavabdeh olan dövlət qurumları ciddi tədbirlər görməlidir".