Tramp Putinə qarşı hücuma keçdi: YENİ PLAN
10 Aprel 2017 12:59 SiyasətABŞ prezidenti Donald Tramp Rusiyanın Suriyadakı addımlarına görə Putin hökumətinə qarşı yeni sanksiyalar irəli sürmək niyyətindədir.
Publika.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Trampın Rusiya və İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
"ABŞ-ın Suriya siyasətində bir neçə prioritet var. Birincisi, təkcə Əsədin getməsi yox, həm də İŞİD-in məhv edilməsidir. İkincisi, Əsəd prezident olduğu müddətdə Suriyada sülh görmürük. Üçüncüsü, İranın Suriyadakı nüfuzunu qırmaq və problemin həllinə nail olmaqdır. Rejim dəyişikliyinin reallaşacağını düşünürük", - deyə o bildirib.
Dövlət Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev isə bildirib ki, Tramp Suriyaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, bu, iki ölkənin münasibətlərini pozacaq.