Əli Kərimli və Mili Şura adlanan qurumun istənilən tədbiri təxminən sünnət toyu kimi bir şeydir

“Müxalifətin son mitinqi artıq fiaskonun, ümidsizliyin, uğursuzluğun deyil, tam anlamı ilə rəzalətin anonsu idi. O mənada ki, əllərindən gələn hər şeyi etdilər, fəqət yenə də nəticə hasil olmadı”.

"Müxalifətin son mitinqi artıq fiaskonun, ümidsizliyin, uğursuzluğun deyil, tam anlamı ilə rəzalətin anonsu idi. O mənada ki, əllərindən gələn hər şeyi etdilər, fəqət yenə də nəticə hasil olmadı". Bu fikirləri "OLAYLAR"-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, qeyd edib ki, bu kontekstdə bir məsələ, bir ölçü meyarı daha var: "Məsələn, hamı bilir ki, Əli Kərimli və onun özünə bənzəyən tərəfdarları mitinq üzvlərinin sayını faktiki ortada olanların min mislinə vurmaqda pərgardırlar. Amma hətta bu istedadla belə, həmin sayın 3 mindən o tərəfə olduğunu deyə bilmədilər. Bax bu qədər miskin idilər. Bu məntiq, meyar isə bir daha söyləməyə əsas verir ki, haqqında danışdığımız aksiyada kütləvilik müşahidə olunmayıb. Milli Şura adlanan qurum keçmişdə hansısa kolxozun keçirdiyi komsomol şurasının iclasına bərabər bir toplantı keçirib. Adını da qoyublar mitinq. Mili Şura adlanan qurumun istənilən tədbiri təxminən sünnət toyu kimi bir şeydir. O mənada ki, bilmirsən komplimenti, sağlığı nə haqda deyəsən. Üstəgəl, necə ki, bəzi toylara sadəcə pul göndərib getməmək kifayət edir, yəni məclisdə iştirak etməsən də olar, eləcə də bu. Yetər ki, siyahıda, qurumda adın getsin. Onsuz da bunların yaratdığı bütün təsisatlar tarixən adı olub, özü olmayan nəsnələrdən ibarətlik təşkil edib. Bir sözlə AXCP və Əli Kərimlinin kölgə liderliyini etdiyi Milli Şuranın təşkil etdiyi ucuz şou proqram növbəti dəfə fiaskoya uğradı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31