Pakistanın hüquq müdafiəçisi Malala Yusufzay BMT-nin sülh elçisi təyin edilib
11 Aprel 2017 13:36 SiyasətPakistanın hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Malala Yusufzay rəsmi olaraq BMT-nin sülh elçisi təyin edilib və o bu nüfuzlu təşkilatın ən gənc elçisi olub.
Pakistan mətbuatının verdiyi məlumata görə, Malala Yusufzay qızların təhsil proqramı ilə məşğul olacaq.
Təyinat mərasimində BMT-nin baş katibi Antonio Quterreş Malala Yusufzayı təbrik edib, bu məsul işdə ona uğurlar arzulayıb.
Malala Yusufzay 2012-ci il oktyabrın 9-da Pakistanın Xayber-Paxtunxva əyalətində məktəbdən evə gələrkən terrorçuların hücumuna məruz qalıb, başından və boğazından güllə yarası alıb. Xəstəxanadan çıxdıqdan sonra o, qızların hüquqlarının müdafiəsinə qalxıb. Bu istiqamətində fəaliyyətinə görə 2014-cü ildə Nobel mükafatına layiq görülüb və ən gənc Nobel laureatı olub.AZƏRTAC