Siyasət

Prezident İlham Əliyev: ""Made in Azerbaijan" brendi artıq dünyada şöhrət qazanır"

17 Aprel 2017 14:43

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev "Made in Azerbaijan" brendinin dünyada tanıtdırılması üçün praktiki addımlar atıldığını, artıq bu brendin bu gün dünyada şöhrət qazandığını bildirib.

Ekspert: “Ermənistanın mövcudluğu sual altındadır"

17 Aprel 2017 14:41

“Ermənistanda həm iqtisadi, həm də hərbi böhran dərinləşib. 2014-cü ilin avqust ayında onların diversiya qrupları darmadağın edildi, ardınca  cəbhə bölgəsində helikopterləri vuruldu. 2016-cı ilin aprelində isə ermənilər çox pis məğlubiyyətə uğradılar. Ohanyan xətti 40 dəqiqədə alt-üstü oldu. Seyran Ohanyan başqa olmaqla 10-a qədər general istefaya göndərildi. Ermənistan ordusunda hələ belə hal olmamışdı.Ermənistanın Müdafiə Nazirliyinin sistemi bütünlükdə dəyişildi. Bundan sonra orada vəziyyət daha da gərginləşdi”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli deyib.

Əkbər Qoşalı: “Haqq bizim tərəfimizdədir, biz qalib gələcəyik” 

17 Aprel 2017 14:39

“Sabotajla məşğul olmaq “Ermənistan” adlanan “dövlət”in xarakteridir. Əslində “sabotaj”la, “Ermənistan”la gül kimi “xarakter” sözünü yanaşı işlətmək özü də düzgün deyil bəlkə. Amma necə deyərlər, sözün gəlişi belə deyirik”. Bunu Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.

Roin Metreveli: "Qafqazşünasların Forumu əlaqələri daha da möhkəmləndirəcək"

17 Aprel 2017 14:38

"Qafqaz bütün dövrlərdə diqqət cəlb etməklə yanaşı, Şərq ilə Qərb arasında həmişə mühüm körpü rolunu oynayıb".

Azərbaycanla Rusiya arasında dövlət sərhədi keçməsi qaydasının təlimatı imzalanıb

17 Aprel 2017 14:07

13-17 aprel tarixlərində Bakıda Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası keçirilib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik ediblər.

Azərbaycan Prezidenti: "Bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır"

17 Aprel 2017 14:06

Bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Bunu Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində giriş nitqində deyib.

Prezident: "Azərbaycanda qeyri-neft ixracı ilə bağlı atılmış addımlar öz gözəl nəticələrini verir"

17 Aprel 2017 14:02

Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Bu fikirləri Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində söyləyib.

Türk xalqı konstitusiya dəyişikliyinə “HƏ” dedi

17 Aprel 2017 13:30

Türkiyə daha bir sinaqdan uğurla çıxdı. Bir neçə ay davam edən gərgin təbliğat və təşviqat mərhələsi aprelin 16-da öz sözünü dedi. Baxmayaraq ki, Türkiyənin Ana Yasaya ümumxalq səsverməsi ilə edəcəyi dəyişikliklərə ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası ilə yanaşı, qardaş ölkənin inkişafını, uğurunu istəməyən bəzi Avropa ölkələri, xüsusilə Niderland Krallığı və Almaniya da ciddi cəhdlə qarşı çıxırdı, amma bütün bunlara rəğmən türk xalqı ötən gün öz layiqli seçimi ilə antiTürkiyə qüvvələrinə öz layiqli sözünü demiş oldu. Türkiyə Yüksək Seçim Kurulunun açıqladığı məlumata görə, ilkin nəticələrə əsasən16 aprel referendumunda 51,4 faiz seçici konstitusiya dəyişikliyinin lehinə, 48,6 faiz isə Ana Yasa dəyişikliyinin əleyhinə səs verib. Beləliklə, Konstitusiyaya edilməsi nəzər tutulan dəyişikliklər Türk xalqı tərəfindən dəstək qazanıb. Ancaq onu da qeyd etmək lazımdır ki, referendumun nəticələri əsas etibarilə PKK-nin siyasi qanadı sayılan HDP-də dərin xəyan qırıqlığı yaradıb. Türkiyədə baş tutan 16 aprel referendumu Azərbaycanda da diqqətlə izlənilib və nəticələr ölkədə məmnunluqla qarşılanıb.

İranla hərbi əməkdaşlıq nə vəd edir?

17 Aprel 2017 13:22

İranla Azərbaycan arasında münasibətlər şimal və cənub küləyinə xas olaraq dəyişkəndir. Bir qayda olaraq rəsmi Bakı qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirərək Tehranla əlaqələri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prinsipindən çıxış etsə də, zaman-zaman İslam Respublikasından nümayiş etdirilən və adekvat olmayan münasibət Bakını da bəzən öz siyasətinə yenidən nəzər salmaq məcburiyyətində qoyur. Buna misal olaraq Tehranın işğslçı Ermənistanla quruduğu əlaqələri göstərmək olar. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri Azərbaycanda haqlı narazılıq yaratsa da, lakin dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl İslam Respublikasına səfəri bir növ Tehran-Bakı incikliyini aradan qaldırmış oldu və ikitərəfli əlaqələr yeni bir mərhələyə qədəm qoydu.

Prezident İlham Əliyev: "2017-ci il Azərbaycan üçün çox uğurlu il olacaq"

17 Aprel 2017 13:11

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev cari ilin birinci rübündə ölkəmizdə əldə edilən uğurlara toxunaraq deyib: "Bu ilin göstəriciləri çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib".

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz səkkizinci cildi çapdan çıxıb

17 Aprel 2017 13:08

"Mən həmişə demişəm ki, Qafqaz vahid bir orqanizmdir. Şimali Qafqazda, Cənubi Qafqazda baş verən proseslərlə sıx bağlıdır. Biz hamımız çalışmalıyıq ki, bölgəmizdə, bu gözəl Qafqaz bölgəsində sülh, əmin-amanlıq, tərəqqi təmin edilsin, insanlar sülh, rifah şəraitində yaşasınlar və ölkələrimiz inkişaf etsin, çiçəklənsin. Biz buna ancaq birlikdə nail ola bilərik. Birgə səylərimizlə, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında, bir-birimizə kömək etməklə biz buna nail ola bilərik. Azərbaycan öz tərəfindən bu istiqamətdə üzərinə düşən vəzifələri ləyaqətlə icra edir".

Prezident İlham Əliyev: "Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib"

17 Aprel 2017 13:05

Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. Bu fikirləri Prezident İlham Əliyev bu fikirləri qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

Refik Turan: "Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqaza sülh gətirəcək"

17 Aprel 2017 13:00

"Qafqaz  ən gözəl,  qədim tarixə malik, türklərin etibar etdiyi ən böyük regiondur". Bunu Türk Tarix Qurumunun sədri professor Refik Turan Bakıda keçirilən Qafqazşünasların I Beynəlxalq Forumunda çıxış edərkən deyib.

Prezident İlham Əliyev: "Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir"

17 Aprel 2017 12:41

"Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir. Sahibkarlar üçün Yevlax rayonundakı Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir".