Siyasət

Politoloq: “Türkiyədə daha güclü hakimiyyət sistemi olacaq”

17 Aprel 2017 12:25

“Referendum nəticəsinə əsasən Türkiyə parlamentar üsul idarəsindən prezident üsul idarəsinə keçdi. Prezident üsul idarəsi ilə qardaş ölkədə daha güclü hakimiyyət sistemi olacaq”. Bunu  politoloq Qabil Hüseynli deyib.

Binəqədi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb

17 Aprel 2017 12:14

Binəqədi rayonunda Azərbaycanda Oftolmalogiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, əvvəlcə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziayrət etmiş və abidə önünə gül dəstələri qoyublar.

Azərbaycan yenə də Türkiyə üçün nümunə oldu

17 Aprel 2017 12:12

Azərbaycan xx əsrin əvvəllərində olduğu kimi yenə də Türkiyə üçün nümunə oldu. “OLAYLAR”-ın xəbəinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Araz Aslanlı bildirib ki, təxminən 100 il öncə Azərbaycanda cümhuriyyət qurulduqdan sonra Anadoluda da cümhuriyyət qurulmuşdu: “İndi bizdə güclü başqanlıq sistemi var.

Ermənilər atəşkəs rejimini 114 dəfə pozub

17 Aprel 2017 12:11

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Prezident İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına müraciət edib

17 Aprel 2017 11:55

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir. Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

Referendumun nəticələri qardaş ölkənin inkişafına və gələcəyinə xidmət edəcək

17 Aprel 2017 11:42

“Türkiyədə keçirilən referendum qardaş ölkənin öz daxili məsələsidir və öz seçimidir. Kimliyindən asılı olmayaraq, hər kəs də bu seçimə hörmətlə yanaşmalıdır”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri millət vəkili Eldəniz Səlimov səsləndirib.

Novruz Məmmədov: “Türkiyə yeni bir mərhələyə qədəm qoyur”

17 Aprel 2017 11:39

"Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur".  Bu barədə President administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Tvitter” səhifəsində yazıb.

Sarkisyanın siyasi korrupsiya oyunu

17 Aprel 2017 11:34

Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) çox ciddi narahat edir. Belə bir açıqlama ilə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski çıxış edib. Təbii ki, nüfuzlu bir beynəlxalq təşkilat rəsmisinin tərəfindən belə bir fikrin səsləndirilməsi Ermənistanda heç də birmənalı qarşılanmayıb.

Ekspert: “Bəzi dairələri indi bir məsələ maraqlandırır”

17 Aprel 2017 11:10

“Azərbaycan Silahlı Qüvvələrinin aprelin 21-dək davam edəcəyi genişmiqyaslı hərbi təlimləri sözsüz ki həm düşmən ölkədə, həm də yaxın-uzaq maraqlı ölkələrdə aktiv müzakirə edilməkdədir. Bu də səbəbsiz deyil. 2016-cı ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin aldığı sarsıdıcı və ağır zərbələrdən sonra, bir vaxtlar Azərbaycan əsgəri haqqında o qədər də yüksək fikirdə olmayan dairələr, fikirlərini tam əks istiqamətdə dəyişiblər”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.