Siyasət

Terror Ermənistanın dövlət siyasətinə çevrilib

6 İyul 2017 12:47

Son hadisələr bir daha göstərdi ki, Ermənistan qətiyyətlə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil və İrəvan imkan düşdükcə cəbhə xəttində vəziyyəti gərginləşdirməyə, bununla da hərbi əməliyyatların aktiv fazaya qədəm qoymasına maraqlıdır. Əks təqdirdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 15-də Avstriyada bir araya gələcəyi ərəfəsində İrəvan yeni bir təxribata əl atmazdı. Ümumiyyətlə, Ermənistan hər dəfə danışıqlar ərəfəsində cəbhədə vəziyyəti planlı şəkildə gərginləşdirir ki, sülh danışıqları nəticəsiz qalsın və heç bir effekt verməsin.

Cəzasızlıq ermənilərin vandalizm aktlarını davam etdirməyə zəmin yaradır

6 İyul 2017 12:45

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur.

Ermənistan odla oynayır

6 İyul 2017 12:41

İyulun 4-də ermənilərin növbəti təxribatı nəticəsində 2 yaşlı Zəhra və digər mülkü vətəndaşın qətlə yetirilməsi Azərbaycandan kənarda da ciddi narahatçılıq və təşviş yaradıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın son təxribat hərəkətlərinə öz etiraz səslərini ucaldıb, sivil dünyanı erməni vandalizminə qarşı qəti şəkildə hərəkətə keçməyə çağırıblar.

Milli Qeyri Hökumət Təşkilatları Forumunun (MQF)  Hüquq  Mərkəzinin bəyanatı

6 İyul 2017 12:35

2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Fizuli rayonun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Səbinə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Ərdoğan ABŞ-ı ittiham etdi: "Silahı geri almayacaq"

6 İyul 2017 12:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG terror təşkilatına verdiyi silahları müharibə bitdikdən sonra geri alacağına inanmadığını söyləyib. Prezident bu sözləri “Fransa 24” telekanalına müsahibəsində deyib. 

Zaxarova ermənilərin atəşi nəticəsində iki yaşlı Zəhranın və nənəsinin həlak olması ilə bağlı başsağlığı verib

6 İyul 2017 12:29

"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq". Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində biri azyaşlı olmaqla iki nərin həlak olmasına, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

Azərbaycanlı deputatın qətnamə layihəsi ATƏT PA-nın gündəliyə salındı

6 İyul 2017 12:20

Belarusun paytaxtı Minsk şəhərində ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası başlayıb. Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb.

Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndində ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər 

6 İyul 2017 12:14

Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub. Hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər.

İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

6 İyul 2017 12:11

İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlar veriblər.

Le Monde: Azərbaycanlı uşağın ölümü Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir

6 İyul 2017 12:06

"Zəhra adlı azyşalı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır".

Yevgeni Mixaylov: "Bu, dəhşətli aksiyadır, vəhşilikdir, insanlığa nifrətdir”

6 İyul 2017 11:57

“Erməni hərbi birləşmələri tərəfindən iki yaşlı uşağın və yaşlı qadının öldürülməsi dəhşətli aksiyadır, vəhşilikdir, insanlığa nifrətdir”. Bu barədə “Analitika” mərkəzinin rəhbəri, rusiyalı politoloq Yevgeni Mixaylov Azərbaycanda fəaliyyət göstərən rusdilli saytlardan birinə açıqlama verərkən deyib.

"Dünya ictimaiyyətinin buna səssiz qalması dəhşətli tarixi səhvdir" - Amerikalı politoloq

6 İyul 2017 11:52

Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində törətdiyi zorakılıq aktlarını qınamalıdır. Bunu amerikalı politoloq Piter Teys ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və onun nənəsinin ölməsi, eləcə də bir sakinin yaralanmasıyla nəticələnən hadisəni şərh edərkən deyib.

Jan-Fransua Mansel: "Ümid edirəm Fransanın yeni prezidenti Ermənistanın Füzulidə törətdiyi son cinayətinə göz yummayacaq"

6 İyul 2017 11:51

Füzuli rayonunun Alıxanlı kəndində günahsız nəvə və nənənin ölümü yolverilməz və bağışlanmaz cinayətdir. Bunu Fransa bürosuna müsahibəsində Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Alıxanlıda törətdiyi təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və iki yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı məsələyə münasibət bildirən Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.