Siyasət
Finlandiya azərbaycanlılarından beynəlxalq təşkilatlara müraciət
Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Yeniyetmə Gənclər Təşkilatı və Azər-Türk Gənclər Təşkilatı 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı birgə bəyanat yayıb.
"The American Spectator": "Azərbaycan stabil, dünyəvi, ultramüasir və inkişaf edən demokratik ölkədir"
ABŞ ehtiyatlılıq nümayiş etdirməli və bütün İslam dünyası üçün nümunə ola biləcək müsəlman ölkələrinin liderləri ilə çalışmağa başlamalıdır. Bu ölkələrdən biri də Azərbaycandır. Bunu ABŞ-ın nüfuzlu "The American Spectator" nəşrində Ceykob Kamaras yazıb.
Tarixi toplantıda qeyri-adi olay: Mışıl-mışıl yatdı
"Ermənistan tərəfi uşaqları qətlə yetirmək ənənəsini davam etdirir"
Azərbaycan tərəfinin, xüsusilə də Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə Ermənistan yenə də hərbi təcavüzlə cavab verir. Aydın görünür ki, Ermənistan tərəfinin təcavüzkar hərəkətləri mülki əhaliyə qarşı yönəlib. Cəbhə bölgəsində körpə qızın qətli bizi çox kədərləndirir.
Soydaşlarımız Haaqada etiraz aksiyası keçirəcək etiraz aksiyası keçiriləcək
Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.
Vətəndaş cəmiyyəti nümayəndələrindən beynəlxalq təşkilatlara çağırış
Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir. Bu günlərdə işğalçı ölkə daha bir təxribata əl ataraq mülkü vətəndaşları hədəfə alıb. Belə ki, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva ermənilərin açdığı atəş nətiəsində qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. Təssəüflər olsun ki, İrəvanın bu insanlıq əleyhinə cinayətinə beynəlxalq aləm səssiz qalmaqda davam edir. Dünya birliyinin bu səssizliyi isə işğalçı ölkəni daha aqressiv olmağa sövq edir. Nəticə etibarilə ermənilər neçə-neçə günahsız insanın həyatına son qoyur.
Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir
Hüquq müdafiəçiləri Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat veriblər. Bəyanatda qeyd edilir ki, iyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması, bir qadının isə ağır yaralnaması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir: “Biz Azərbaycan hüquq müdafiəçiləri bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törədiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır”.
Hərbi attaşelər və xarici KİV nümayəndələri Zəhranın məzarını ziyarət etdi
Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Alıxanlı kəndində həlak olmuş 2 yaşlı Zəhra Quliyeva və Sahibə Allahverdiyevanın qəbrini ziyarət ediblər.
Ermənistana sanksiyaların tətbiq edilməsi tələb olunur
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində cəbhə xəttindəki vəziyyət barədə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi və yaralanması ilə bağlı bəyanat yayıb. Bəyanat dünyanın müxtəlif ölkələrinin dövlət rəhblərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlar və gənclər platformalarına göndərilməkdədir. “OLAYLAR”-a daxil olan bəyanatda Azərbaycan gəncləri adından beynəlxalq təşkilatları və dünya ölkələrini sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi qanunsuzluqları, insan haqqlarının pozuntusu faktlarını, suveren dövlətin torpaqlarını işğal altında saxladığını nəzərə alaraq Ermənistana qarşı sanksiyaların tətbiq olunması tələb edilir.
Avropa Parlamenti qarşısında aksiya keçiriləcək
Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan Səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar əməllərinə lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək. Aksiyanın keçirilməsi ilə bağlı artıq yerli orqanlara müraciət göndərilib.
Nəcməddin Sadıkov Amerikaya gedir
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Birləşmiş Ştatlara gedib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd 6-7 iyul tarixlərində Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak etməkdir. Baş qərargah rəisi Nyu-York şəhərinə yola düşüb.
Andre Reyşar da etiraz etdi
Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyşar bəyanat verib. Avropa Azərbaycan Cəmiyyəti bəyanatı “Olaylar” – a təqdim edir. Bəyanatda deyilir:
İran saytı Ermənistana: “Uşaqları qətlə yetirən vəhşi rejim”
İranın “Yol Press” saytı Ermənistanın Füzuli rayonunun Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində 2 yaşlı Azərbaycan vətəndaşı Zəhra Quliyevanın öldürülməsi haqqında yazıb. Yazıda Ermənistan hökuməti “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırılıb. Qeyd olunub ki, işğalçı Ermənistanın silahlı bölmələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alır.
Musa Qasımlı: “Təcavüzkarın vəhşi hərəkəti cavabsız qalmayacaq”
"İşğalçı Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə mülki əhalini hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və azyaşlı qız uşağını vəhşicəsinə öldürməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir və əsl vəhşilikdir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Beynəlxalq təşkilatların səssizliyi fonunda davam edən erməni vandalizmi
Ermənistanın cəbhə xəttində həyata keçirdiyi son təxribat hadisəsi və mülkü vətəndaşları qətlə yetirməsi bu ölkənin mahiyyətini bir daha ortaya qoymuş oldu. İyulun 4-də baş vermiş məlum hadisə zamanı 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin erməni gülləsinə tuş gələrək həyatını itirməsi Azərbaycan cəmiyyətində ciddi şəkildə etiraz doğurub. Xüsusilə cəmiyyətin gənc təbəqəsi Ermənistanın bu təxribatını qəti şəkildə pisləyərək beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə qarşı qəti və ciddi addımlar atmağa çağırıb. Hadisə baş verən andan müxtəlif gənclər təşkilatları etiraz bəyanatı yayaraq beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıblar.














