Siyasət

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Bəyanat qəbul etdi

6 İyul 2017 15:09

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İdarə Heyəti,  iyul ayının 4-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Fizuli rayonu Alxanlı kəndində mülki əhalini qəsdən atəşə tutması nəticəsində dinc sakinlər, o cümlədən 18 aylıq uşağın həlak olması ilə bağlı baş vermiş insidenti qətiyyətlə pisləyən bəyanat qəbul etmişdir.  

Ramiz Mehdiyev: "Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir"

6 İyul 2017 15:07

Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir. Bunu  Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatı şərh edərkən bağlı bildirib.

AYB şəhidlərimizlə bağlı bəyanat yaydı

6 İyul 2017 14:50

Azərbaycan xalqına və dövlətinə qarşı uzun zamandan bəri təcavüzkar mövqe nümayiş etdirən işğalçı Ermənistan və erməni quldurları bugünlərdə öz murdar əməllərinin növbəti qanlı səhifəsini yazdılar. Son dərəcə azğınlaşan işğalçılar iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq dağıntılara və mülki əhali arasında insan tələfatına səbəb oldular. Onların bu qəddarlığı nəticəsində kənd sakinlərindən 50 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.

Azərbaycanın turizm ictimaiyyəti ermənilərin dinc əhalini qətlə yetirməsi ilə əlaqədar BƏYANAT yaydı

6 İyul 2017 14:49

Azərbaycanın turizm ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında vəziyyət və işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.

Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınmasını nəzərdə tutan raport qəbul edib

6 İyul 2017 14:42

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı rəsmi müzakirələrin təxirə salınmasını nəzərdə tutan raportu qəbul edib. 

Azərbaycan qadınları beynəlxalq təşkilatlara müraciət etdilər

6 İyul 2017 14:37

Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və İctimai Birliklər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017-ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.

Qənirə Paşayeva İspaniyada Ermənistanın cinayətlərindən danışıb

6 İyul 2017 14:32

Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malta prezidenti xanım Marie-Louise Coleiro-Precaya, Aralıq Dənizi Birliyinin Baş katibi Fathallah Sijilmassi, Solomon Adalarının naziri Samuel Manetoaliye, Burkino Fasonun Gənclər və İdman naziri Tairou Bangreye,  Afrika ölkələrinin tanınmış QHT rəhbərləri və tanınmış təşkilat nümayəndələri ilə görüşüb.

Beynəlxalq təşkilatları necə ayıltmaq olar?

6 İyul 2017 14:30

 İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Baş verən hadisə ermənilərin terorizm və vandalism aktlarını davam etdirmələrinin bariz nümunəsidir. Çox təəssüf ki, yenə də beynəlxalq təşkilatlar ikili standartlarını davam etdirərək Ermənistanın insanlığa sığmayan hərəkətinə münasibət fikrində deyillər. Belə halda Azərbaycan hansı təsir vasitələrundən istifadə etməlidir ki, dünya ictimaiyyəti Ermənistana qarşı təzyiq vasitəsinə əl atsın.

Rusiyalı politoloq: "Azərbaycanlı uşağın qətlə yetirilməsi erməni hərbçilərin zəifliyinin əlamətidir"

6 İyul 2017 14:20

Rusiya, ABŞ və Fransada Dağlıq Qarabağ münaqişəsini görməməyi üstün tuturlar və bu ölkələrin hərəkətində "dondurulma"nın dominant istiqamət olduğu sezilir. Bu barədə rusiyalı politoloq Nikita Qolobokov Ermənistanın iyulun 4-də törətdiyi təxribatı şərh edərkən bildirib.

Əcnəbi jurnalistlər və hərbi attaşelər ermənilərin atəşi nəticəsində 2 yaşlı Zəhranın həlak olduğu yerə baxış keçiriblər

6 İyul 2017 14:13

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Füzuli rayonunun Alıxanlı kəndində olublar. Onlar iyulun 4-də  Füzulirayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər.

"Ermənistan və Sarkisyan buna görə mütləq cavab verəcəklər" - Millət vəkili

6 İyul 2017 13:59

Ermənistan və Serj Sarkisyan iki yaşlı körpə Zəhra Quliyevanın ölümünə görə mütləq cavab verəcəklər. Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Facebook şəbəkəsindəki profilində bildirib.

Aydın Mirzəzadə: "Alxanlı kəndində törədilənlərlə Xocalıda törədilənlər arasında oxşarlıqlar var"

6 İyul 2017 13:55

Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi və yaralanması ilə nəticələnən erməni təxribatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də keçiriləcək görüşü ərəfəsində baş verməsi təsadüfi deyil.