Siyasət
MM Alxanlı şəhidləri barədə AB və AŞ-a məlumat verib
“Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib”. “Olaylar” xəər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyulun 4-də Ermənistan ordusunun Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş qanlı hadisəyə münasibət bildirərkən deyib.
Moldovada yaşayan azərbaycanlılar Ermənistanın hərbi təxribatına etiraz edir
İyulun 7-də Moldovada Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq fləşmob və etiraz yürüşü keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərinin mərkəzi meydanında keçirilməsi nəzərdə tutulan fleşmob və yürüşün əsas məqsədi Moldova azərbaycanlıları adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olmasına etiraz bildirməkdir.
Lukaşenko cəbhədəki qanlı olaydan təəssüfünü ifadə edib
“Belarus prezidenti A.T.Lukaşenko ilə ATƏT PA nın 26 cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüşümüz zamanı ilk sözü təmas xəttində baş verən insident barədə oldu”. “Olaylar” xəbər verir ki, bunu vitse-spiker, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova öz “Facebook” statusunda yazıb. “Azərbaycanın yüksələn xətlə inkişafını vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək, təəssüfünü ifadə etdi”-deyə, əlavə edib.
ATƏT-in Kiyevdəki ofisinin qarşısında etiraz aksiyası keçiriləcək
Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi ATƏT-in Kiyevdəki ofisinin qarşısında Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq aksiya keçirəcək. “OLAYLAR”-ın xəbərinə görə, aksiyanın keçirilməsində məqsəd Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq və dünya birliyini Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınalığına son qoymağa çağırmaqdır.
TƏCİLİ! Prezident 8 generalı istefaya göndərdi - ADLAR
"Dinc azərbaycanlıların qətli bunu edənlərə qarşı böyük nifrət oyadır"
"Günahsız, dinc mülki insanların qətlə yetirilməsi bunu edənlərə qarşı böyük nifrət oyadır və onlar ittiham olunmalıdırlar". Bunu Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Seyid İmran Əli erməni təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsinin həlak olmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi var - münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT qətnamələrini yerinə yetirməklə həll olunmalıdır: "Pakistan bu prinsiplərə sadiqdir və Azərbaycan dövləti və xalqı ilə həmrəyliyini nümayiş etdirir".
Moldovada Zəhra üçün flaşmob və yürüş keçiriləcək
İyulun 7-də Moldovada Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq fləşmob və etiraz yürüşü keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərinin mərkəzi meydanında keçirilməsi nəzərdə tutulan fləşmob və yürüşün əsas məqsədi Moldova azərbaycanlıları adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətli hadisəsinə etiraz bildirməkdir.
"Bütün Amerika həlak olan azərbaycanlıların ailələri ilə birlikdə hüzn içindədir"
"Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümü, kənd sakini Səlminaz Quliyevanın yaralanması bizi çox təəssüfləndirir". Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi James Tomson deyib.
Yusuf Məmmədəliyev: "Zəhranın ölümü göstərir ki, Ermənistan hakimiyyəti hərbi-kriminal rejimdə işləyir, atəşkəsi pozaraq dinc əhalini öz evində, öz torpağında öldürür"
2 gün öncə balaca Zəhranın başına gələn hadisə göstərir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan hakimiyyəti hərbi-kriminal rejimdə işləyir, atəşkəsi pozaraq dinc əhalini öz evində, öz torpağında öldürür.
NATO erməni təxribatı nəticəsində ölən azərbaycanlıların ailələrinə başsağlığı verdi
NATO Azərbaycanın dinc vətəndaşlarına qarşı erməni hərbi təxribatı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib. NATO-nun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər: "Biz bu faciənin qurbanlarının ailələrinə başsağlığı veririk".
"Növbəti erməni təxribatı humanizm dəyərlərinə qarşı atılan aşkar həyasızlıq aksiyasıdır"
"Füzuli rayonunun Alxanlı kəndində nənə və nəvəsinin işğalçı Ermənistan ordusunun atəşi nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, cinayətkarların toplaşdığı bu ölkədə heç bir insan hüquqlarına, heç bir bəşəri dəyərlərə qiymət verilmir".
Körpə Zəhranın qətlə yetirilməsinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistana havadarlıq etməsi dayanır
İşğalçı Ermənistan 4 iyul 2017-ci ildə növbəti qanlı cinayət törətdi. Belə ki, Ermənistan Silahlı Qüvvələri Füzulinin Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan atəşə tutmuşdur. Düşmənin atdığı mərmi atəşi nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 18 aylıq Quliyeva Zəhra həlak olmuşdur. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanmışdır.
Bu işğal uzun sürə bilməz
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin verdiyi məlumata görə Qarabağda iyulun 4-də baş vermiş qanlı hadisələrlə bağlı və eləcə də özünü qondarma “Dağlıq Qarabağ » təmsilçisi kimi təqdim edən Hovanes Gevorkyanın iyunun 22-də Fransanın TV 5 Monde telekanalındakı çıxışına etiraz olaraq Fransada fəaliyyət göstərən Azərbaycan Evi Bəyanat yayıb. Həmin Bəyanatların mətnini oxucularımızın diqqətinə təqdim edirik.
Hikmət Hacıyev: "Ermənistan məsuliyyətdən qaça bilməz"
“Azərbaycanda akkreditasiya olunmuş hərbi attaşelərin və xarici KİV nümayəndələrininFüzuli rayonunun Alxanlı kəndinə səfərinin təşkil olunmasında məqsəd həmin kənddə iyulun 4-də Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliyin beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv şəkildə çatdırılması olub”.
Böyük Britaniya Parlamentinin üzvləri etiraz edirlər
Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar”- a bildirilib ki, İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna Böyük Britaniya Parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies münasibət bildiriblər.




.jpg)








