Siyasət

Beynəlxalq ictimaiyyət Ermənistanın qeyri-insani hərəkətlərinə laqeyd qalmamalıdır

7 İyul 2017 11:15

“Yaşayış məntəqələrinin qəsdən hədəf seçilməsi, azyaşlı körpənin, yaşlı qadının həlak olması və digərinin ağır yaralanması, mülki obyektlərə ciddi zərər vurulması bir daha göstərir ki, Ermənistan qeyri-insani hərəkətlərini hələ də davam etdirir”.

Avropa Parlamentinin üzvləri: "Ermənistanın hərbi cinayətləri qorxaqlığın təcəssümüdür"

7 İyul 2017 11:09

“Ermənistanın AzərbaycanınFüzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi cinayət nəticəsində iki mülki vətəndaş qətlə yetirilib. Biz təxribat qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk və Azərbaycan xalqına dəstəyimizi ifadə edirik".  Bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayqlın (Sloveniya, ALDA) cəbhə xəttində baş verən son hadisələrlə əlaqədar birgə bəyanatında bildirilir.

Ermənilər Rusiya pasportu ilə Bakıya gəlir– TERROR və CASUS OYUNU

7 İyul 2017 10:11

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyada ittiham edir. Moskvanın məlumatına görə, Rusiya vətəndaşı olan ermənilər Azərbaycana gəlmək istəyərkən, Bakı aeroportunda saxlanılır və deportasiya edilir. Azərbaycan Xarici İşlər Nazirliyi bu faktı təkzib etmir və açıq şəkildə bəyan edir ki, bu proses davam edəcək.

"Dinc sakinlərin öldürülməsi terror kimi qiymətləndirilməlidir"

6 İyul 2017 21:13

Dinc sakinlərin, xüsusilə də qadın və uşaqların öldürülməsi terror kimi qiymətləndirilməlidir.  Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, bunu Misir-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Əbdürrəhman Səd iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı deyib.

Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında etiraz aksiyası

6 İyul 2017 21:07

Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında aksiya keçirilib. Aksiyanı Azərbaycan diaspor fəalı Səttar Qəmbərov təşkil edib. O, əlində Azərbaycan bayrağı iyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı Zəhra Quliyevanın qan içində olan cəsədinin fotolarından ibarət "Uşaq qatilləri" yazılan plakatla Ermənistan səfirliyinin qarşısında təkbaşına etiraz edib.

"Zəhranın qisası bəlkə də alınıb" - General Aydəmirov

6 İyul 2017 18:52

"Ermənistan bizə yalvarır ki, müharibəni başlayaq. Ancaq Ermənistan heç vaxt açıq müharibəyə getməz. Nə qədər güclü havadarları, himayədarları olsa belə. Onların hərbi psixologiyaları, hərbi və siyasi rəhbərlərinin psixologiyası bundan ibarətdir. Onlar bilirlər ki, Azərbaycan tərəfi cavablarını artıqlaması ilə verəcək. Ona görə də Ermənistan əhalisinin başını aldatmağa çalışırlar. Sakinləri inandırmaq istəyirlər ki, cəbhə bölgəsində vəziyyət pisdir, Azərbaycan tərəfi atəş açır, biz də məcbur olub atəş açdıq. Normal həbiçi qadına, uşağa güllə atarmı? Onlar normal deyillər. Sözsüz ki, bunun cavabını qəti sürətdə alacaqlar, özlərini peşman vəziyyətə gətirəcəklər". Bu fikirləri  Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov səsləndirib.

Azərbaycan XİN Rusiyanın ittihamlarına CAVAB VERDİ

6 İyul 2017 18:48

"Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyil. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir". Bu barədə "Olaylar" - a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib: "İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq

"Islam News France": Heç bir millət, heç bir lobbi erməni vəhşiliklərini dəstəkləyə

6 İyul 2017 18:45

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nə zaman real addımlar atılacaq və Azərbaycan vətəndaşlarının həyat təhlükəsizliyi təmin olunacaq? Bu sual Fransanın "Islam News France" müsəlman nəşrindəki məqalədə səsləndirilib. Məqalədə vurğulanıb ki, heç bir millət, heç bir lobbi erməni vəhşiliklərini dəstəkləyə bilməz.

Rusiya və Ukrayna diasporu Ermənistanın təxribatı ilə bağlı bəyanat yaydı

6 İyul 2017 18:43

mumrusiya Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindənverilən məlumata görə  bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib. Bəyanatda deyilir:

Zəhra ilə bağlı kampaniya başladı

6 İyul 2017 18:39

Türkiyənin nüfuzlu media qurumları Twitter-də  Zəhra ilə bağlı kampaniyaya start veriblər.  Türkiyənin İhlas Xəbər Agentliyi (İHA), "Türkiyə" qəzeti və TGRT Haber kanalı  Twitter sosial şəbəkəsində  "SUSMA!  #BebekKatiliErmenistan başlığı ilə paylaşımlar ediblər.  Məlumat üçün bildirək ki, İhlas Xəbər Agentliyi Twitter-də 553 min 105 izləyiciyə, "Türkiyə" qəzeti 209 min 410 izləyiciyə, TGRT Haber kanalı isə 386 min 412 izləyicisi sayına sahibdir.

Ərdoğan iki yaşlı şəhidimizə görə İlham Əliyevə ZƏNG ETDİ

6 İyul 2017 18:37

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.  Türkiyə Prezidenti cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan səbir diləyib. Prezident İlham Əliyev telefon zənginə və başsağlığına görə minnətdarlığını bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə başsağlığı verdi

6 İyul 2017 18:35

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - 2012-2017-ci illərdə Bolqarıstan Prezidenti Rosen Plevneliev, 1997-2002-ci illərdə Albaniya Prezidenti Recep Meydani və 2007-2011-ci illərdə Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı veriblər. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.

Avropanın mərkəzi şəhərlərində etirazlar başlayır - Zəhranın qətlinə görə

6 İyul 2017 17:12

2 yaşlı Zəhranın Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi Avropanın bir çox ölkələrində etiraz aksiyaları, yürüşlər, fleşmoblar vasitəsilə diqqət mərkəzinə gətiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsi artıq bir çox xarici ölkələrdə hadisə ilə bağlı tədbirlərin keçirilməsi üçün qəti addımlar atıb. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda icazə alınma prosesi gedir və sabahdan etibarən Avropa ölkələrində etiraz aksiyalarına başlanacaq. “Aksiyalar, bəyanatlar, fleşmoblar, yürüşlər tədbirlər planımızın tərkib hissəsidir. Artıq icazə alınmaq prosesi gedir. Dünəndən bəri danışıqlar aparırıq, sabahdan isə aksiyalarımız başlayır. Kişniyovda, Kiyevdə, Berlində, Brüsseldə, Haaqada və s. şəhərlərdə aksiyaların keçirilməsi nəzərdə tutulub.

Sarkisyanın ŞOK PLANI: Azərbaycan uşaqlarına qarşı hücum DAYANDIRILMAYACAQ

6 İyul 2017 17:10

İyunun 4-də axşam saatlarında erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücumu nəticəsində 50 yaşlı Sahibə Quliyevə onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak oldu. Həlak olanların cəsədləri, xüsusilə iki yaşlı Zəhranın qəlpə yarası almış körpə bədəni Xocalı dəhşətinin hələ də bitmədiyini bizə xatırlatdı. Lakin dünya birliyinin bu hadisəyə reaksiyası adekvat deyil və dünyanın susqunluğu erməni vandalizminin davam edəcəyinin sübutudur. Hətta düşmən ölkə Azərbaycan uşaqlarını öldürməyə davam edəcəyini gizlətmir də. Alxanlıda qanlı hadisəyə İrəvan rejiminin və Ermənistan mediasının münasibəti belə hücumların davamlı olacağını göstərir. Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan baş vermiş hadisəyə görə həyasızcasına Azərbaycanı ittiham edir. Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan isə körpə Zəhranın qətlini “adekvat addım” adlandırır. Onun sözləri aydın göstərir ki, Ermənistan hədəfinə nail olmayana qədər Azərbaycanın mülki vətəndaşlarına belə zərbələri davam etdirəcək.