Siyasət

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirəcək 

23 Avqust 2017 12:10

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirmək niyyətindədir. Bunu  Perunun Bakıdakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib. Onun sözlərinə görə, hazırda Peru Azərbaycanın elektron viza proqramına qoşulub ki, bu da Peru pasportuna malik şəxslərə elektron viza almağa imkan verir: “Peruda elektron viza sistemi mövcud deyil, amma biz çalışırıq ki, Azərbaycan vətəndaşlarına viza verilməsi prosesi daha sürətli və ucuz olsun”.

Deputat: İşğala son qoyulmayınca Türkiyə-Ermənistan sərhədləri açıla bilməz

23 Avqust 2017 12:08

Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur.

Soçi görüşündə nə baş verəcək? - Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?

23 Avqust 2017 11:49

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşü baş tutacaq. Görüşdə iki ölkə liderlərinin Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etmələri nəzərdə tutulub. Liderlər həmçinin ən vacib beynəlxalq, regional mövzular və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi də edəcəklər.

Ermənilər 143 dəfə atəşkəs rejimini pozub

23 Avqust 2017 11:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbəə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Putin və Sərkisyan görüşü sıradan bir görüş olacaq

23 Avqust 2017 11:28

“Rusiya prezidenti Vladimir Putinin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyini gözləmirəm”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə münasibət bildirərkən səsləndirib.

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 07:04

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür.  1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI

22 Avqust 2017 18:29

Prezident İlham Əliyev Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Şəmkirdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

22 Avqust 2017 18:27

Prezident İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Gədəbəydə abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

22 Avqust 2017 18:26

Prezident İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71,0 dəfə artıb, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılıb, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, “Aşıqlar evi”, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilib, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, körpülər salınıb, geniş abadlıq-quruculuq işləri aparılıb.

İrəvan Türkiyə ilə sərhədlərin açılacağı sevincində

22 Avqust 2017 18:14

Erməni lobbisinin hər şeydən əli üzüləndə yenə son vasitə kimi Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq taktikasına əl atırlar. Yenə də eyni taktikadan istifadə edilir. Bu dəfə ermənilərin Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq planına rəsmi Ankaranın Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyi dəstək olub desək yanılmarıq.

Elşad Həmidova "Əməkdar həkim" fəxri adı verilib

22 Avqust 2017 18:13

Prezident İlham Əliyev Elşad Həmidova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verilib

22 Avqust 2017 18:11

Azərbaycan Prezidenti İlham Əliyev Elmar Qəzənfər oğlu Novruzova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.