Siyasət

Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edib

23 Avqust 2017 17:38

Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev Petro Poroşenkonu təbrik edib

23 Avqust 2017 17:34

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenkoya təbrik məktubu ünvanlayıb.

Gürcüstanın müdafiə naziri: “Göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq”

23 Avqust 2017 17:08

Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib. Nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: “Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq. Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik. Yüksək əməkdaşlıq sayəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olmuşuq”.

Putin Sərkisyanı təlimatlandıracaq

23 Avqust 2017 16:17

“Ötən ay Rusiya prezidenti Vladimir Putin ölkə başçısı İlham Əliyevlə Soçidə görüşündən sonra, belə bir görüşün Ermənistan prezidenti ilə də keçiriləcəyini qeyd etmişdim. Təbii ki, Putinlə Əliyevin görüşündə iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunsa da, Azərbaycanı qayğılandıran Kremlin Qarabağ münaqişəsinin həllində tutduğu və tutacağı mövqedə əsas müzakirə predmeti olub”.

Gürcüstan Prezidenti: Azərbaycanlılar göstərdi ki, onlar gürcülərin tarixi dostlarıdır

23 Avqust 2017 15:59

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycan, Türkiyə və Belarusdan olan yanğınsöndürənlərə Barjomidə meşə yanğınları ilə mübarizədə göstərdikləri köməyə görə təşəkkür edib.

Ramil Səfərovdan düşmənə MESAJ:  “Əzəcəyik”

23 Avqust 2017 15:54

“Mənfur düşmənlərimiz və havadarları çalışırlar ki,  işğal prosesini bir az da uzatsınlar. O səbəbdən ki, yetişən gənc nəsil o torpaqları görməyib, havasından udmayıb suyundan içib, çörəyindən yeməyib. Düşünürdülər ki, məhz bunlara görə Dağlıq Qarabağ münaqişəsini öz xeyirlərinə həll edə bilərlər. Amma yanıldılar”.

UNİCEF 2 yaşlı Zəhra Quliyevanın öldürülməsinə münasibət bildirib

23 Avqust 2017 15:22

“Heç bir icma, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir”. Ombudsman Aparatından  verilən məlumata görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Entoni Leykin Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində həlak olmasına dair bəyanatına cavab olaraq göndərdiyi məktubda deyilir.

“İtirlmiş torpaqlar” və... - İrəvandan Ankaraya qəbuledilməz ÜÇ ŞƏRT

23 Avqust 2017 14:08

“İrəvan bu məsələdən sui-istifadə etmək niyyətindədir və istəkləri yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı deyil”. Bunu politoloq Qabil Hüseynli Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanata Ermənistan tərəfindən verilən reaksiyaları şərh edərkən deyib.

Ekspert: "Ermənistanın tələbləri Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələr tərəfindən rədd edilir"

23 Avqust 2017 14:03

Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi bağlamaq üçün irəli sürdüyü təşəbbüsün bu ölkənin Ermənistanla sərhədlərinin açılmasına heç bir aidiyyəti yoxdur. Bunu siyasi ekspert Bəhruz Quliyev son günlərdə sözügedən mövzu ətrafında Ermənistanın ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin Türkiyə qarşısında sərhəd qapılarının açılmasına hesablanmış şərtlər irəli sürəcəklərinə münasibət bildirərkən deyib.

Ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

23 Avqust 2017 13:50

Son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. İqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr fonunda ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalıb, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, nsanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır. Ancaq Azərbaycanda bunun əksini müşahidə etməkdəyik. Belə ki, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi ölkədə məşğulluğun səviyyəsinin artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına da rəvac verir.

Politoloq: “Ankara Ermənistanla sərhəd məsələsində prioritetlərini dəyişməyəcək”

23 Avqust 2017 13:17

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirdi.

Yavər Camalovla Rusiyanın sənaye və ticarət naziri nədən danışdılar?

23 Avqust 2017 13:03

Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “ARMİYA-2017” Beynəlxalq Hərbi Forumda iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov, Rusiyanın sənaye və ticarət naziri  Denis Manturovla görüşüb. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Naxçıvanda SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib 

23 Avqust 2017 13:02

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.

Mübariz Əhmədoğlu: "Ermənistan ABŞ Dövlət Departamentinin rəsmi sənədini saxtalaşdırıb

23 Avqust 2017 12:21

ABŞ Dövlət Departamenti 2016-cı ildə dünyada dini azadlıqların vəziyyəti ilə bağlı ənənəvi hesabatını yaydı. Hesabatın “Ermənistan” bölməsində bu ölkədəki dini pozuntular daha kəskin şəkildə qeyd edilir.

Deputat: "İşğal faktoru aradan qalxmadıqca, sərhədlər açıla bilməz" 

23 Avqust 2017 12:19

“Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə söylənən fikirlər düşmən ölkənin təxribatından başqa bir şey deyil”. Bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rövşən Rzayev deyib.