Siyasət
Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun heyətini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyətini qəbul edib.
“Türkiyə hansısa ittifaqa üzv olmaq üçün Azərbaycanla münasibətləri yarımçıq qoymaz”
"Türkiyə istənilən dövlətlə müqavilə imzalayıb münasibət qura, istənilən ittifaqa daxil ola bilər. Bu Türkiyənin özünün müstəqil siyasi xəttidir, strateji kursudur. Türkiyə dövlətinə Azərbaycan tərəfindən təzyiq, ultimatum verilməsi istisnadır. Türkiyə böyük dövlətdir, onun xarici siyasətini özü müstəqil həll edir".
Dağlıq Qarabağ münaqişəsinin həllindəki canlanmanın əsas məqamları- ŞƏRH
“Sentyabr ayında Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb. Görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən təkliflər də irəli sürülür. Təkliflərdə həm torpaqlarımızın işğaldan azad olunması, həm də danışıqlar prosesinin mərhələli şəkildə davamı və digər məsələlər öz əksini tapır. Amerikalı müvəqqəti həmsədr Riçard Hoqlandın söylədiyi 6 bənddən ibarət plan da onlardan biridir”.
Ermənistanla sərhədlərin açılacağı yalanı
Hər zaman Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq məqsədilə planlı şəkilə ortalığa atılan və heç bir əsası olmayan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən ortalığa atılıb. İddia olunur ki, bu dəfə sərhədlərin açılmasına İrıvan qədər də, Ankara maraqlıdır. Hər halda Türkiyənin Avrasiya İqtisadi Biliyinə üzv olma istəyinin açıqlanması belə bir təsəvvürü formalaşdırıb.
Prezident: "Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir" - YENİLƏNİB
Prezident İlham Əliyev avqustun 24-də İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.
Serj Sarkisyan: xalqını hərraca çıxarmış insan
2014-cü il, yanvarın 24-ü. Cənubi Koreyanın nüfuzlu "Chosun İlbo" xəbər saytı "Ermənistan prezidenti Cənubi Koreyaya gələn tibb turistləri arasındadır" başlıqlı məqalə dərc edir. Məqalədə bildirilir ki, Cənubi Koreyada sürətlə inkişaf edən tibb turizmi bizesi ilk dəfə olaraq xarici ölkənin dövlət başçısını - Ermənistan prezidenti Serj Sarkisyanı cəlb edir.
Avropa İttifaqının Azərbaycana yeni səfiri təyin olundu
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycana yeni səfir təyin edib. Yeni səfir Kestutis Yankauskasdır. O, hazırda Gürcüstanda Aİ Monitorinq Missiyasına rəhbərlik edir. Kestutis Yankauskas bu vəzifədə Malena Mardı əvəzləyəcək.
Deputat: "Ermənistan öz müttəfiqini satmağa hazır olduğunu bir daha göstərdi"
Ermənistan müttəfiqi adlandırdığı Rusiyanın gərgin münasibətlərdə olduğu NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməklə özünün ikiüzlü siyasətini bir daha ortaya qoyur.
Ali Baş Komandan yeni inşa edilmiş sərhəd gözətçi gəmisi ilə tanış olub, yenisinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 24-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 6 elementdən danışıb
ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland təqaüdə çıxır. Bu barədə səfir Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada bildirib. R. Hoqland Dağlıq Qarabağda “dayanıqlı sülh” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb. Sadaladığı 6 elementdə səfir danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb: Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 139 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Türkiyə-Ermənistan sərhədləri açılacaq? - Azərbaycanlılar da narahatdır, ermənilər də...
"Türkiyənin Avrasiya İqtisadi Birliyinin (AİB) Gömrük İttifaqına (AGİ) üzv ola bilməsi haqda fikir səhvən başa düşülən bir şeydir. Türkiyə, əslində, nə bu İttifaqa daxil ola, nə də bununla bağlı təkliflərlə çıxış edə bilməz.
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncama dəyişiklik edilib
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Qarabağ İcması "Qarabağ"dan qələbə gözləyir
““Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. İnanıram ki, ”Qarabağ” bu gün qələbə qazanaraq bütün Azərbaycan xalqını sevindirəcək”. Bunu açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Qarabağ”- “Kopenhagen” komandaları arasında keçiriləcək oyunu şərh edərkən deyib. B. Səfərov bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər.
Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Şirvan Əbilovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.














