Siyasət

Politoloq: “Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmamalıdır, açıla da bilməz”

25 Avqust 2017 11:16

“Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyaları kimin yaydığı mənbə bəlli deyil. Bəzi saytlar bu haqda həqiqətə uyğun olmayan məlumatlar yayırlar”. Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Azərbaycan Prezidenti: "Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər"

24 Avqust 2017 18:30

Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyəti ilə görüşündə deyib. 

Azərbaycan-Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiq edilib

24 Avqust 2017 18:26

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev: ""Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir"

24 Avqust 2017 18:24

"Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyəti ilə görüşündə deyib. İlham Əliyev vurğulayıb ki, bu tarixi qələbə eyni zamanda ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan "Qarabağ" komandası qazanıb: "Qarabağ" komandası Qarabağ adını daşıyır. "Qarabağ" komandası işğal altında olan Ağdam şəhərini təmsil edir.

Serbiya Prezidenti İlham Əliyevə məktub göndərib

24 Avqust 2017 18:23

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Azay Quliyev Astanada nüvə silahına qarşı çağırışlar edəcək

24 Avqust 2017 18:20

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Səfər çərçivəsində  deputat “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək. 

Azərbaycanın Ukraynadakı səfirliyi: Səfirliyin avtomobilinə qarşı terror olması barədə məlumatlar yalandır

24 Avqust 2017 17:47

Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarına və səfirliyin avtomobillərinə qarşı heç bir terror hadisəsi baş verməyib. Bu barədə  Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən Kiyevdə Azərbaycan səfirliyinin avtomobilinə partlayıcı qurğunun atılması barədə məlumatları şərh edərkən bildiriblər. Səfirlikdən Ukraynada bu gün terror aktının olmasını təsdiqləyiblər. “Lakin səfirliyin bütün işçiləri işdədir və avtomobilləri ilə bağlı heç bir problem olmayıb. Ukrayna ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bizim səfirliyə qarşı terror hadisəsinin olması ağlabatan deyil”, - deyə səfirlikdən bildirilib.

Prezident İlham Əliyev: "Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb"

24 Avqust 2017 17:30

"Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb." Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyəti ilə görüşündə deyib.

Prezident İlham Əliyev "Qarabağ" futbol klubuna 2 milyon manat ayırdı

24 Avqust 2017 16:15

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb. "Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.

Yunanıstan Azərbaycana yeni səfir təyin etdi

24 Avqust 2017 15:51

Yunanıstan Azərbaycana yeni səfir təyin edib. Yunanıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir postuna təcrübəli diplomat Nikolaos Kanellos (Nicolaos D. Kanellos) təyin edilib.