Siyasət
Media Qrupunun rəhbəri Qarabağ klubunun tarixi zəfərindən danışdı
“Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu qələbə yalnız futbolsevərlərin qələbəsi deyil. Eyni zamanda, Azərbaycanı sevən, ölkəmizdən kənarda yaşayan insanları da qələbə münasibəti ilə təbrik edirəm”. Bunu “SƏS” Media Qrupunun baş direktoru Bəhruz Quliyev UEFA-nın Çempionlar Liqası seçmə mərhələsində Ağdamın Qarabağ klubunun Danimarkanın Kopenhagen klubunu kənarlaşdıraraq tarix yazmasına münasibətini bildirərkən deyib.
Samiraldo nəyə görə Əli Kərimlidən reytinqlidir?
Son günlər AXCP sədri Əli Kərimlinin vaxtilə ona yaxın olmuş şəxslər tərəfindən ifşa olunmasına daha bir nəfər də qoşuldu. Bu şəxslərdən biri də uzun müddət cəbhəçilər arasında fəallığı ilə seçilən Şahin Həsənlidir. Əslində, belə ifşalardan təəccüblənməyə də dəyməz. Çünki baş verənləri olduğu kimi dərk edənlər, eyni zamanda müxalifət kuluarlarında cərəyan edən olayları və bu olaylarda hansı “liderin” hansı oyunbazlıqlardan çıxmalarını bilənlər-bilir. Sadəcə, baş verənlərin ictimailəşdirilməsi bir daha sübut edir ki, ənənəvi müxalifətdə hər şey heç də normal deyil. Bu anormallığı isə biz, iqtidar jurnalistləri deyil, elə özləri ifşa edirlər.
Müharibənin olmaması üçün Azərbaycandan ŞƏRT
Elmar Məmmədyarov: "Ermənistan bunu etiraf edirsə..."
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoaqlandın son açıqlaması ilə bağlı azərtac-a məxsusi müsahibə verib. “Olaylar” müsahibəni təqdim edir.
Azərbaycan qadını: tarix və bu gün
Ölkəmizin gender tarixinə nəzər saldıqda əsrlər boyu bu torpaqda yaşayıb dəyişən nəsillərin dünyanın əksər bölgələrində olduğu kimi, tam patriarxal sosial sistemdə yaşadığını iddia etmək doğru olmazdı. Azərbaycan qadını tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir.
Milli mənəvi dəyərləri özünün həyat tərzində, əxlaq və düşüncəsində yaşadan birinci xanım
Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli-mənəvi dəyərlərilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır.
Kamaləddin Qafarov: Uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin və təşkilatçılığının böyük rolu var
"Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox prioritet sahələr üzrə möhtəşəm uğurlar əldə edib. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır.
Deputat: “Sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin dezinformasiyasıdır”
“Türkiyə-Ermənistan sərhədlərinin açılması iləbağlı gündəmdə heç bir məsələ yoxdur”. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib. R.Musabəyov bildirib ki, sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin yaydığı dezinformasiyalardır: “Ermənistanla sərhədlərin açılması Türkiyənin nəyinə lazımdır?Düşünürəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözünün sahibidir.
“Ermənistan düşmən münasibətindən əl çəkmədikcə sərhədlərin açılması mümkün deyil”
Türkiyənin Ermənistanla sərhədləri açması əsla mümkün deyil. Bu fikri Türkiyədən olan siyasi ekspert Cağatay Balcı açıqlamasında deyib. O qeyd edib ki, Türkiyənin bu məsələdə prinsipial mövqeyi var.
Asim Mollazadə: “Türkiyə üçün belə bir sazişdə iştirak əlverişli deyil”
“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Milli Məclisində çıxışında Ermənistanla sərhədlərin açılmaması ilə bağlı öz mövqeyini bildirmişdi. Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyənədək Ermənistanla sərhədlər açılmayacaq”. Bunu millət vəkili Asim Mollazadə deyib.
Mübariz Əhmədoğlu: "Ermənistanda hakim partiya Rusiyaya meydan oxuyur"
Hakim “Respublika” partiyasının avqustun 17-də keçirilən iclası Ermənistanın siyasi mühitində formalaşmış ənənələrdən kənara çıxma oldu. Bu yığıncaq və orada müzakirə olunacaq məsələlər barədə əvvəldən anons edilmədi. Əksərən müzakirə olunan məsələlər və ya şəxslər mətbuatda geniş müzakirə olunur.
“Qarabağ” Ermənistanın başına daş saldı”
“Qarabağ” komandası Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. Belə ki, komandamız Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Bu deyilənləri Ermənistana kim qəbul etdirəcək?
İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır. "Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənin həlli ilə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, onun dedikləri faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin "mərhələli həll" variantını ehtiva edir.
Prezident İlham Əliyev "Buta Airways" aviaşirkətinin Bakıya gətirilən ilk "Embraer 190" təyyarəsi ilə tanış olub
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" QSC-nin nəzdində yaradılan "Buta Airways" aviaşirkətinin Bakıya gətirilən ilk "Embraer 190" təyyarəsi ilə tanış olub.
Mirhəsən Seyidov: “Bütün ölkə “Qarabağ”ın uğuruna sevinirdi"
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, “Qarabağ” dünyaya bizim olduğunu və gücümüzü çatdırdı: “Ölkədə hamı “Qarabağ” klubuna inanırdı. Bu inam futbolçularımıza çox böyük dəstək və güc verirdi. Tarixi uğurumuz oldu bu oyun. Bizim bu kimi uğurlara imza atan gənclərimiz var. Yetişməkdə olan bu gəncliklə Azərbaycan böyük uğurlara imza atacaq və Qarabağda “Qarabağın” oyunu keçiriləcəkdir. Burda inam amili çox vacib nüansdır. Necə ki, bütün ölkə dünənki uğurun qazanılacağına, futbolçularımıza inanırdıq.














